525.Az

Alim Qasımov "21 dekabr"la bağlı festivalda konsert verib

[24.12.12]
Alim Qasımov "21 dekabr"la bağlı festivalda konsert verib<b style="color:red"></b>

Kanadanın Toronto şəhərində beynəlxalq muğam festivalı çərçivəsində dünya şöhrətli musiqiçi Alim Qasımovun “Sama-e Rast Muğam rəqsi” adlı konserti təqdim edilib.

525.az-ın məlumatına görə, sözügedən festival Kanadada qışın gəlişi və 21 dekabrda dünyanın maraqla gözlədiyi “Planetlərin paradı” hadisəsi münasibətilə təşkil
olunub.

Xalq artisti konsertdə tanınmış rəqqas, Güney Azərbaycandan olan Saşar Zariflə birgə şou təqdim ed
ib. Konsertdə 70 yaşlı rəqqas, Mimi Beikin də çıxış edib.

Festival Kanadanın və Ontario əyalətinin incəsənət şuraları, Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin dəstəyi ilə təşkil edilib.Festivalın məqsədi Azərbaycanın zəngin muğam ənənələrini Kanadada təbliğ etməkdir.

Günel MUSA


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.