525.Az

Azərbaycanda dəhşətli ailə faciəsi

[24.12.12]
Azərbaycanda dəhşətli ailə faciəsi<b style="color:red"></b>

Ər 21 yaşlı arvadını küçənin ortasında öldürdü

 

Dekabrın 23-də Göygöl rayonunda dəhşətli qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Göygöl şəhərinin Heydər Əliyev prospektində 1987-ci il təvəllüdlü Rüstəmov Samir Rüstəm oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1991-ci ildə anadan olmuş Rüstəmova Nərmin Vəzir qızını bıçaqlayaraq qətlə yetirib.

 

R.Rüstəmov yaxalanıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.

 

Lent.az-ın əldə etdiyi məlumata görə, R.Rüstəmovla N.Rüstəmova 5 il əvvəl ailə həyatı qurub. Həmin vaxt Nərmini sevən Samir onu Balçılı kəndindən qaçırıb və el adəti ilə gənclərin toyu olub. Bu nikahdan cütlüyün 3 övladı dünyaya gəlib. Lakin sonradan gənc ər-arvadın münasibətləri korlanıb. 3 uşaq anası olan 21 yaşlı N.Rüstəmova atası evinə qayıdıb və boşanmaq qərarına gəlib. Dekabrın 23-də isə o övladlarını götürmək üçün kənddən rayon mərkəzinə gəlib. Kiçik qardaşı ilə birlikdə H.Əliyev prospektindəki evə gələn qız qapını döyüb. Qapıya onun həyat yoldaşı 25 yaşlı S.Rüstəmov çıxıb. N.Rüstəmova bura övladlarını aparmağa gəldiyini deyib və onlarsız qayıtmayacağını bildirib. Onlar mübahisə ediblər və daha sonra əsəblərinə hakim ola bilməyən S.Rüstəmov 21 yaşlı Nərmini bıçaqlayaraq öldürüb.

 

Araşdırmalar davam etdirilir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.