525.Az

Gəncliyimin ağsaqqalı

[24.12.12]
Gəncliyimin ağsaqqalı<b style="color:red"></b>

Ədalət TAHİRZADƏ,
Bakı Avrasiya Universitetinin professoru.

İsmayıl İsmayılovu (26.6.1947-21.4.2010) anarkən

Tələbə yoldaşım Südabə xanım zəng etdi. Əzizimiz İsmayıl haqqında yazı yazmağımı istəyirdi. Beş illik tələbə həyatımı gözlərim önünə gətirməyə çalışdım heyrət etdimdemək olar ki, hər şey yadımdan çıxmaqdadır: tələbə yoldaşlarımın ad-soyadlarından, sifətlərindən tutmuş yaşadığımız ən önəmli hadisələrədək. Ancaq yadıma düşənlərin hamısından hökmən İsmayılın gülər üzü boylanır!..

lll

1969-cu ilin iyul ayıydı. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) jurnalistika fakültəsinin qiyabi şöbəsinə ədəbiyyatdan şifahi imtahan verirdik. İmtahanı professor Pənah Xəlilov adlarını indi unutduğum bir neçə müəllim götürürdü. Pənah müəllim cavab verəcək növbəti abituriyenti çağırdı:

İndi İsmayıl gəlsin.

İki oğlan eyni vaxtda ayağa qalxdı. Müəllim dedi:

İsmayıl İsmayılov gəlsin.

Oğlanların ikisi İsmayıl İsmayılov olduğunu bildirdi. Belə olanda Pənah müəllim siyahıya baxıb İsmayıl Yolçu oğlu İsmayılovu çağırdı.

Gənclərdən biri qabağa çıxdı oturub cavab verməyə başladı. Bütün sualları əla cavablandırıb5” aldı. O biri  İsmayıl İsmayılovun da qiymətiəlaoldu. Mən 5” alıb çıxdım. Gördüm ki, İsmayıllar dəhlizdə söhbət edirlər. Onlar da mənim qiymətimlə maraqlandılar. Bizimlə birlikdə bizdən yaşca çox böyük olan şair Tacəddin Şahdağlı (Məmmədov) da imtahan verirdi. O da5” alanlardandı. Beləcə dördümüz tanış olaraq qalan imtahanlara birgə gedir, imtahanqabağı sorğu-sual edirdik.

Dördümüz yüksək bal toplamışdıq. Ancaq təkcə Tacəddin Şahdağlı qəbul olundu. Sonralar doğruluğuna çoxlarını çətinliklə inandıra bildiyim bir hadisə baş vermişdijurnalistika fakültəsinin qiyabi şöbəsinə hətta dörd dənə “3”- yalnız redaksiya nəşriyyatlarda işləyənləri qəbul etmiş (Tacəddin müəllim QəbələdəkiQalibiyyətqəzetinin əməkdaşıydı), bizim kimi yüksək ballı, ancaq ixtisas üzrə stajı olmayanları qıraqda qoymuşdular.

Ruhdan düşmədik. Bir ay sonraavqustda sənədlərimizi artıqküsdüyümüzjurnalistikaya deyil, filologiya fakültəsinə verdik. Bu dəfə   iki  5” iki4” alaraq qəbul olunduq. (O biri İsmayıl İsmayılov, yanılmıramsa, kitabxanaçılıq fakültəsinə girdi sonradan onunla əlaqəmiz kəsildi).

Mən İsmayılla eyni qrupa düşdüm. Bir neçə gün sonra məni qrup başqanı qoydular İsmayıl mənimtabeliyimdəoldu. Ancaq ikinci kursda hərbi dərslərə başlayarkən artıq əsgərliyini çəkmiş İsmayıl bölük komandiri seçildi bu dərslərdə mən onuntabeliyinəkeçdim.

Dərslərimiz ozamankıKommunist”, indikiİstiqlaliyyətküçəsində yerləşən bugünkü İqtisad Universitetinin binasında keçirilirdi. Bu binada çar dönəmində gimnaziya yerləşmiş, böyük maarifçi Həsən bəy Zərdabi onun səhnəsində Azərbaycan teatrının özülünü qoymuşdu. Sonralar Bakı Dövlət Universiteti bu binaya köçmüşdü. Sovet dönəmində Xalq Təsərrüfatı İnstitutunuİqtidad Universitetinin sələfini buraya gətirmişdilər bizNarxozuşaqlarıyla birgə oxuyurduq (girişimiz mərtəbələrimiz ayrıydı). Əlbəttə, belə tarixi bir ocaqda təhsil almağın özü çox böyük şərəfdi.

Onu da deyim ki, biz – 1974-ün məzunları bu binada oxuyan sonuncu Universitet (o zaman Azərbaycanda bircə universitet vardı) tələbələri olduq. Həmin ilin sentyabrından filologiya fakültəsi Yasamaldakı indiki binaya köçdü.

O zaman Universitetin Yasamalda 6 yataqxanası vardı. Birincisində hərbi kafedra yerləşirdi, ikinci üçüncüsündə oğlanlar, dördüncüsündə qızlar, beşinci altıncısında  dünyanın hər yerindən, özəlliklə Vyetnam Kubadan gələn əcnəbi tələbələr yaşayırdı. Biz üçüncü yataqxanada qalırdıq. Mən, İsmayıl İsmayılov jurnalistika fakültəsinin iki tələbəsi: kürdəmirli  Ayatxan İsgəndərov, naxçıvanlı Əşrəf Hümmətov bir otağa düşmüşdük. İsmayılla Əşrəfağsaqqallarəsgərlik çəkib gəlmişdilər. Çox mehriban dolanırdıq. Ancaq yataqxana hədsiz səs-küylü olduğuna görə mən birinci kursu bitirər-bitirməz oranı tərk edib kirayədə yaşamağa başladım. Buna baxmayaraq, köhnə yataqxana yoldaşlarımla yenə sıx əlaqəm vardı.

Müəllimlərimiz Azərbaycan ziyalılarının qaymağıydı. Onlar xalqımızın yetişdirdiyi, Azərbaycan elminin bu gün fəxr etdiyi böyük alimlər, azman şəxsiyyətlərdi. Məsələn, fonetikanı bizə dekanımız prof. Ağamusa Axundov, leksikologiyanı prof. Səlim Cəfərov, morfologiyanı prof. Muxtar Hüseynzadə, sintaksisi professorlar Əlövsət Abdullayev Yusif Seyidov, dosent Ağaməli Həsənov, türkologiyanı prof. Fərhad Zeynalov, dil tarixini prof. Tofiq Hacıyev, dialektologiyanı prof. Abdulla Vəliyev, ümumi dilçiliyi prof. Musa Adilov... öyrədirdi. Ədəbiyyatşünaslığın müxtəlif qollarını dövrlərini peyğəmbərcəsinə şəxsiyyətiylə bütün tələbələri ovsunlamış akademik Məmməd Cəfər, professorlar Bəxtiyar Vahabzadə, Pənah Xəlilov, Mircəlal Paşayev, Əkbər Ağayev, Firidun Hüseynov, Qulu Xəlilov başqa müəllimlər keçirdi, ancaq peşəcə həkim olan Əli Fəhminin Füzulidən keçdiyi xüsusi kursu unutmaq mümkün deyil. Bu kişilərin hər biri mütəxəssis insan kimi yetişməyimizdə böyük rol oynayıb.

İsmayıl məndən bir neçə yaş böyükdü onu gerçəkdən ağsaqqalım sayırdım. Bir çox məsələlərdə mənə müsbət təsir göstərmişdi. Bir-iki örnək. İlk kursda oxuduğumuz zaman küçədə onunla gəzərkən ara-sıra qızlara söz atardım. Bunun pis vərdiş olduğunu bildirən İsmayılın tələbiylə söz atmağı tərgitdim. Bir dəfə univermaqda özümə sapsarı rəngdə gödəkçə seçərkən özünə məxsus yumorla elə tənqid etdi ki, bir həyatım boyunca o rəngdə paltar almadım. Sonrakı bütün təhsil illərində ondan yalnız doğru faydalı məsləhətlər eşitdim, dediklərinə qulaq asdım, heç zaman da peşman olmadım.

Bizim kursa (536 538-ci qruplar) 50 nəfər qəbul olunmuşdu, hamısı da yaxşı oxuyurdu. Rüşvət söhbəti müəllimlərin , tələbələrin heç ağlına gəlməzdi. İsmayılla mən əlaçıydıq. İkimiz fərqlənmə diplomuna namizəddik, buna görə 3” ala bilməzdik. Ancaq mən kənd uşağı olduğuma görə rus dilini zəif bilirdim, bu üzdən hərbi dərsdən axsayırdım, İsmayılınsa yaralı yeri dil üzrə bəzi fənlərdi. Biz bir-birimizə möhkəm arxaydıq. İki dəfə hərbi dərs imtahanlarında komandirlər mənə3” yazmaq istəmişdilər, ancaq İsmayıl onları fikrindən daşındırıb4” verdirmişdi (diplomuma düşən yeganə 4” budur) – xatirini çox istədiklərinə görə sözünü yerə salmamışdılar. İki dəfə qrup başqanı nüfuzumu işə salaraq mən onu dil imtahanlarında “3”-dən xilas etmişdim. Beləliklə, ikimiz Universiteti qırmızı diplomla bitirmişdik. (Ümumən iki qrupdan 7 nəfərimiz fərqlənmə diplomu almışdı – 536-dan: Jalə, Kəmalə, Qızılgül, İsmayıl mən, 538-dən: Kamran Tərlan).

Üçüncü kursda oxuduğumuz zaman ixtisaslara bölündük. İsmayıl ədəbiyyatçı, mənsə dilçi oldum. O, hədsiz mütaliəçiydi inanılmaz sürətlə oxuyur, şeirləri asanlıqla yadda saxlayırdı. Füzulinin qəzəllərini əzbər bilirdi. Mirzə Cəlili, Əbdürrəhim bəy Haqverdiyevi, Sabiri son dərəcə sevir, tez-tez onlardan parçalar söyləyirdi. Xarici dillərdən almancanı yaxşı bilirdi. (Sonralar aspiranturaya girdiyim zaman elə İsmayıla güvənərək onun yardımıyla alman dilindən imtahan verdim aspiranturada da alman dili keçdim).

Biz – 536 538-ci qruplarda oxuyan bir neçə yoldaş: İsmayıl, Südabə, Giləxanım, Ramiz, balaca Qızılgül, Tofiq, Yaşar (bəzən onların qohumları da bizə qoşulurdu) mən dövlət bayramlarında, boş vaxtlarda şəhərdə bir yerdə gəzir, dəniz qırağına, kinoya birgə gedirdik. Təxminən üçüncü kursdan İsmayıl Südabəni sevməyə başladı, ancaq daş qayaya rast gəldiSüdabəni yola gətirmək ona heç asan olmadı. Yanılmıramsa, yalnız beşinci kursda o, qızınhərisini ala bildi. Südabəyə xüsusi bir dəftər ayırmış, burada ona həsr etdiyi çoxlu yazıları toplamışdı. Elə Universiteti bitirincə evləndilər.

Mənim taleyimdə İsmayılın mühüm bir rolu da olmuşdu. Onun dostluğu olmasaydı həyatım bəlkə başqa cür dəyişə bilərdi. Əhvalat belə baş vermişdi. Dördüncü kursda oxuduğumuz zaman yayda bizi Universitetdən Culfa rayonuna üç aylıq hərbi yığıma aparmışdılar. Komandirlərimiz Universitetin rus hərbi müəllimləriydi. Şəhərdəki əsgəri qışlada (kazarmada) qalırdıq.

Culfa dəhşətli isti yerdir. Biz tələbələr 45-50 dərəcə istidə bir-birimizi su şırnağıyla başdan-ayağa isladır, ancaq 15-20 dəqiqədən sonra yenidən qupquru olurduq. Culfa çöllərində bu cür istidə bizə hərbi təlim keçir, təpik döydürür, qaçırır, yer qazdırırdılar. Hərbi işə marağımız olmadığına görə bu təlimlərdən bezirdik. Çox vaxt bərk yorulduğumuza görə fasiləyə çıxan kimi gün təpəmizə döyə-döyə quru torpağın üstündə uzanır, elə toz-torpağın içində şirin yuxuya gedirdik.

Mən hərbi geyim qaydalarına əməl etməyi xoşlamırdım. Çox vaxt panamamın ortasını yatırıb çökəldir, hərbi geyimi kombinezon şəklinə salırdım. Bir dəfə elə bu cür geyimdəykən oturduğum yerdə əlim dinc durmayıb tozlu çəkmələrimin ikisinin üstündə çubuqla faşist svastikası çəkdim. Təbii ki, bu, sadəcə bir uşaq şıltaqlığıydı arxasında heç bir qara düşüncə durmurdu. Birdən rus komandirimizin gözləri çəkmələrimə sataşdı onu sanki ildırım vurdu. Tez qışqırdı: “Tahirzadə!”. Mən cəld ayağa durdum. O, “Sıradan çıx!” komandası verib məni yanına çağırdı. Hərbi yerişlə yanaşdım. Yüksək səslə əmr etdi :

Təcili şəkildə hərbi hissəyə, əks-kəşfiyyat rəisinin yanına get!

Öncə mən , uşaqlar da elə bildik ki, zarafat edir. Sonra gördük ki, yox, aşna, polkovnikin fikri qətidir məni hökmən əks-kəşfiyyat rəisinə təslim etmək istəyir. Bir anlığa gözlərim qarşısından bunlar gəlib keçdi: əks-kəşfiyyat rəisinin yanındayam, o, “vətən xainiolmağım haqqında Universitet rektoruna raport yazır şübhəsiz ki, rektor da belə bir təqdimatdan sonra məni Universitetdən qovur. Hər şey oyana, atama cavab verəcəyimi düşündükdə dəhşətə gəldim. İsmayıla dedim ki, bax görək neyləyə bilərsən. O, vəziyyətin son dərəcə gərginliyini görüb şirin dilini işə saldı, məni ailəlikcə yaxşı tanıdığını, yeddi əmimin dayımın müharibədən qayıtmadığını, babamın müharibə veteranı olduğunu  söylədi (bunları özündən uydurmuşdu), müharibəyə nifrət bəslədiyimi bildirdi, hərbi geyim qaydalarını pozmağımı svastika çəkməyimiyekəbaşlıq qanmazlıqadlandırdı, bu dəfə günahımdan keçərək məni kollektivin tərbiyəsinə verməyi xahiş etdi. Başqa uşaqlarımız da yerbəyerdən onun dediyinə qüvvət verdilər bir saatlıq yalvar-yapışdan sonra, nəhayət, onu yumşalda, fikrindən daşındıra bildilər. Təbii ki, mən tutduğum işdən bərk peşman olduğumu bildirdim, komandirdən üzr istədim bir daha beləqələt etməyəcəyiməsöz verdim. Bundan sonra,  gerçəkdən , İsmayılın da danlağı altında nümunəvi əsgərə çevrildim...

İsmayıl təbiətcə çox nikbin zarafatcıl adamdı. Bəzi adamlar içəndən sonra qəzəbli olur, dava-dalaş salır, ancaq İsmayılsa, əksinə, aramsız gülür, məclisi şənləndirirdi.

Yataqxanada hamı növbəylə xörək bişirirdi, ancaq onun aşpazlığına heç kim çatmazdı. Kartofu elə bişirirdi ki, qıpqırmızı olur dən-dən dururdu. Əlində yeməklə dolu qab otağa girən kimi üçümüzdən birinə deyərdi ki, dur get, qəbiristanlıqdan bura bir ölü gətir, bu yeməkdən bircə qaşıq onun ağzına tökəcəyəm, dirilib ayağa duracaq.

Yataqxanada yaşayan oğlanlar, adətən, dəlləyə getməz, bir-birinin başını özləri qırxardılar. Bir dəfə İsmayıl da kiməsə dəlləklik edirdi. İşin qızğın yerində uşaqlardan biri içəri girib ondan borc pul istədi. İsmayıl əlini işdən saxlayıb dedi:

A kişi, məndə pul gəzir? Görmürsən burada acından it qırxıram?

Oradakı tələbələrin hamısı, elə başı qırxılanın özü , bu sözə gülməkdən uğunub getdi.

Onun maddi durumu, gerçəkdən, yaxşı deyildi. 5 illik təhsili yalnız aldığı əlaçı təqaüdüylə başa vurmuşdu. Ana yurdu Tovuz rayonunun Düzcırdaxan kəndindən yanına yalnız ara-sıra qardaşı Avtandil (Akan) gəlirdi. Buna baxmayaraq, qətiyyən ruhdan düşməyib yüksək savad qazandı az keçmədən APİ- (indiki Pedaqoji Universitetdə) işləməyə başladı, dil metodikası üzərində tədqiqatlar apardı.

1978-ci ildə mən aspiranturada oxuduğum zaman ailəmlə Bakıya gəldim Abbasmirzə Şərifzadə küçəsi 33- aspirantların ailəli yataqxanasında yaşamağa başladım. Onda İsmayılın ailəsi Yasamalda bizə yaxın olurdu. Gediş-gəlişimiz vardı. Doğrudur, sonralar ikimiz ev alıb şəhərin müxtəlif yerlərinə köçdük, ancaq əlaqələrimiz yenə qaldı.

Mən onun xətrini həmişə istəmiş, hörmətini saxlamışam. 1992-ci ildə təhsil nazirinin müavini kimi işə başladığım ilk gün kabinetimdən birinci zəng etdiyim adam İsmayıl oldu. Az sonra onu nazirliyin yaratdığı Fövqəladə Elmi-Metodik Şuraya cəlb etdim. Müstəqilliyimiz dönəmində ana dili üzrə ilk milli proqram dərsliklərin yaradılmasında Pedaqoji Universitetin dosenti İsmayıl İsmayılovun böyük əməyi oldu. Onun özü bu sahədə səmərəli çalışmaqla qalmadı, proqram dərslik işinə fayda verə biləcək bir sıra dəyərli mütəxəssislərin cəlb edilməsinə yardımçı oldu. “Ədəbiyyatdərsliklərindən birinin müəllifi Soltan Hüseynoğlu onunkadrlarındandı.

Müzakirələrdə fəallığını gərgin əməyini nəzərə alaraq dəfələrlə ona dərslik müəllifi olmağı təklif etsəm buna qətiyyən razılıq vermədi. Ancaq o zaman yaradılan bütün ana dili dərsliklərimizdə İ.İsmayılovun ruhu yaşamaqdadır.

Həyatı boyunca kimsəni incitməyən, hamıya bacardıqca yaxşılıq etməyə çalışan İsmayıl İsmayılov çalışdığı Pedaqoji Universitet kollektivində böyük hörmət sahibi, söz yiyəsiydi.

Mən Ali Diplomatiya Kollecinəindiki Bakı Avrasiya Universitetinə getdikdən sonra  şəxsi əlaqələrimiz bir qədər səngidi. Ancaq onunla bir binada yaşayan fotoqraf dostum Elxan Kərimov vasitəsilə bir-birimizdən xəbər tuturduq.

İsmayıl həyatının ən məhsuldar dönəmində bu fani dünyanı tərk edərək əbədiliyə, ölümsüzlüyə qovuşdu. Qəlbimdə həmişə ən xoş duyğularla yaşadacağım dostuma Allahdan rəhmət cənnət diləyirəm!

8 dekabr 2012-ci il.

Ədalət TAHİRZADƏ

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.