525.Az

Hüseyn Abbaszadəni unutmuruq...

[24.12.12]
Hüseyn Abbaszadəni unutmuruq...<b style="color:red"></b>

Keçən  noyabr ayında Xalq yazıçısı, Azərbaycanın Dövlət Mükafatı laureatı Hüseyn Abbaszadənin  anadan olmasının 90 ili tamam oldu. Yəqin ki, gec olsa, bu yubiley qeyd olunacaq. Çünki Hüseyn Abbaszadə sağlığında həm Azərbaycanda, həm keçmiş SSRİ məkanında tanınmış bir yazıçı idi.Onun sağlığında doğma dilimizdə  otuzdan çox kitabı  çap olunmuşdu, Moskva nəşriyyatlarında da H.Abbaszadənin nəsr əsərləri dəfələrlə işıq üzü görmüşdü. Yazıçının məşhurGeneralromanı Moskva Sankt-Peterburq nəşriyyatlarında əlli min, yüz min tirajla çap olunmuşdu, MoskvanınDrujba narodovkitabxanası seriyasından çapdan çıxan  Qapını döyürlərpovestlər hekayələr kitabının tirajı isə yüz yetmiş idi. “Pravda”, “İzvestiyaqəzetlərində, “Drujba narodov”, “Oqonyok”, “Smenajurnallarında ən çox dərc olunan Azərbaycan yazıçılarından biri Hüseyn Abbaszadə idi. Bir faktı da qeyd etməyə dəyər ki, o, bir neçə dəfəİlin ən yaxşı əsəriÜmumittifaq müsabiqəsinin qalibi olmuş, mərkəzi qəzet jurnalların mükafatına layiq görülmüşdü. Bütün bu faktları nəzərə çarpdırmaqda məqsədim odur ki, deyim: Hüseyn Abbaszadə son altmış ilin Azərbaycan ədəbiyyatında özünəməxsus yeri, mövqeyi olan bir yazıçı olmuşdur elə bu səbəbdən onu unutmaq olmaz...

Azərbaycan oxucularına Hüseyn Abbaszadə imzası, bu imzadan sıyrılan neçə-neçə roman, povest, hekayə yaxşı tanışdır. Neçə nəsil bu əsərləri  sevə-sevə oxumuş, onların qəhrəmanlarına oxşamağa çalışmış, sözün əsl mənasında o əsərlərin aşıladığı nəcib hisslərlə yaşamışdır. 

Sonralar da Hüseyn Abbaszadənin bir sıra hekayə povestlərini oxudum Hüseyn Abbaszadə mənim sevimli yazıçılarımdan birinə çevrildi. Bu sevgini doğuran yazıçının nəsr əsərlərindəki həyatilik, sadəlik, təbiilik inandırıcılıq, dil səlisliyi, oxucunu ələ almaq bacarığı, ən başlıcası isə müasirlik duyğusu idi.

Hüseyn müəllimlə şəxsi tanışlığım da elə o illərdən-70-ci illərin axırlarından başlandı. “Azərbaycanjurnalı redaksiyası indiki kimi o zaman da Yazıçılar Birliyinin binasında yerləşirdi (arada bizim redaksiyanı Kommunist küçəsində yerləşən bir binanın beşinci mərtəbəsinə köçürdülər). Günlərin bir günü tanış olduq bunun səbəbkarı da Hüseyn müəllim oldu. Yuxarıyaredaksiyaya qalxanda  hündür boylu, qədd-qamətli, təmkinli bir insan-Hüseyn Abbaszadə mənə yaxınlaşdı: “Azərbaycanjurnalına işə götürülən Vaqif sənsənmi?” –deyə soruşdu.  Bu tanışlığa çox sevindim.  Hüseyn müəllimin sadəliyi çox xoşuma gəldi hər dəfə onunla rastlaşanda bu səmimiyyəti hiss edirdim.

İlk tanışlığımız zamanı o, mənə təzəcə nəşr olunanBurulğanlarromanını avtoqrafla hədiyyə verdi. Sonrakı illərdə bu səmimi münasibət davam etdi. Sevinirdim ki, Hüseyn müəllim mənim mətbuatda çap olunan bəzi yazılarımı oxuyur, bəzən rəy bildirirdi. Cavan bir qələm sahibi üçün tanınmış bir yazıçının rəy söyləməsi xoş  idi.. Bir tənqidçi kimi mən Hüseyn Abbaszadənin yaradıcılığına biganə qalmadım. Onun 60 illiyi ilə əlaqədarUlduzjurnalında  Həyat həqiqətləri yazıçı duyumuadlı bir məqalə çap etdirdim. “BakıqəzetindəÇəmbərəkənd balladasıkitabı haqqında resenziyam çıxdı. Nəsr haqqında icmal məqalələrimdə Hüseyn Abbaszadənin romanlarından da söz açdım.

Hüseyn Abbaszadə maraqlı şəxsiyyət idi.  Mənim fikrimcə, hər hansı sənət adamının əsərlərindən onun şəxsçiyyəti boylanır. Şəxsiyyəti bu ya digər dərəcədə naqis olan yazıçı məncə, böyük sənət əsərləri yarada bilməz. Hüseyn müəllim təmiz adam idi, çalışırdı ki, həmişə kiməsə yaxşılıq eləsin, kömək qayğı göstərsin,mən bunu illər boyu müşahidə etmişəm.

Bakıda fəhlə ailəsində dünyaya göz açan (1922) Hüseyn Abbaszadə  Böyük Vətən müharibəsi başlananda orta təhsili başa vurmuşdu, könüllü olaraq cəbhəyə yollandı.Şimali Qafqazda, Leninqrad Ukrayna cəbhələrində kəşfiyyatçı-radist, topçu zabit kimi şərəfli döyüş yolu seçdi, ağır yaralanandan sonra tərxis olunub Bakıya qayıtdı. Beş il çəliklə gəzdi . Mirzağa Əliyev adına Teatr İnstitutunun teatrşünaslıq fakültəsini bitirəndən sonra bütün həyatını yazıb-yaratmağa, mətbuata həsr etdi.  Uzun illərPioner  Göyərçinjurnallarında, “Ədəbiyyat incəsənətqəzetində baş redaktor işlədi. bu illər ərzində Hüseyn müəllim o qədər xeyirxah işlər görüb ki, bunları sayıb-sadalamağa heç bir ehtiyac görmürəm. Həm   Hüseyn müəllim huşyar redaktor olub, heç bir intriqaya qoşulmayıb, mübahisəli məqamlarda isə haqq tərəfində durub. Cavan yazıçılar bu keyfiyyətlərinə görə onu çox sevirdilər. Gözüylə odlar-alovlar görən, müharibə ağrılarını yaşayan bir insan qeyri-təbii, süni saxta ola bilməzdi!

H.Abbaszadə yaradıcılığa şeirlə başlayıb, ilk şeirləri müharibə illərində cəbhə qəzetlərində dərc edilib. “Sınaq illəri” (1949), “Yaşıl küçə” (1951), “Silah yoldaşları” (1954), “İlqar” (1955), “Yasəmən” (1956), “Ağarır yelkənimiz”, “Bacı qardaş”, “Sən yaxşı nənəsən” (1960), “Yun corab” (1961) ...bu kitablarda toplanan şeirlərin kiçik hekayələrin əksəriyyəti uşaqlar üçün qələmə alınıb. Ümumiyyətlə, H.Abbaszadə bir şair kimi yüksələ bilməyib.

Altmışıncı illərin əvvəllərində H.AbbaszadəAzərbaycanjurnalındaGeneralromanını çap etdirdi tezliklə bir yazıçı kimi məşhurlaşmağa başladı. Romanın oxucular arasında uğur qazanmasının bir neçə səbəbi var idi. Birincisi; ilk dəfə idi ki, Azərbaycanın igid oğlu Həzi Aslanov haqqında, onun keçdiyi döyüş yolu barədə iri həcmli roman yazılırdı. Həzi Aslanov bu romanda geniş əhatəli planda təsvir olunurdu. Müharibədə iştirak etdiyi üçün romanda müharibə ilə bağlı səhnələrin təbiiliyi inandırıcılığı diqqəti cəlb edirdi. O zaman görkəmli tənqidçi Məmməd UəfərGeneralromanı ilə bağlı bir məqalə çap etdirmiş, romanın uğurlu cəhətləri ilə yanaşı, qüsurlarını da qeyd etmişdi. Başlıca qüsur bundan ibarət idi ki, romanda təsvir olunan obrazlar (xüsusilə döyüşçülər, zabitlər) vuruşur, mərdlik göstərir, amma düşünmürlər. Yəni romanda bu obrazların mənəvi dünyası işıqlandırılmır. Bu qüsurları yazıçı romanın ikinci nəsrində aradan qaldırır...

Generalromanından sonra Hüseyn Abbaszadə tamamilə nəsrə keçdi bir sıra maraqlı hekayələr, povestlər, romanlar yazdı.

O, bir nasir kimi özünəməxsus idi. Eyni mövzuya başqa həmkarları kimi o da müraciət edir, lakin onlardan seçilirdi. Çünki öz fərdi dəst-xətti, üslubu vardı. O, bir yazıçı kimi həmişə onu düşündürən, cəlb edən mövzulara sadiq idi. Bakıda doğulduğundan neftçilərin həyatından daha çox yazırdı. Müharibə mövzusu da təkcəGeneralla bitmədi, başqa əsərlər meydana gəldi.

Xatırlayıram onunQaradağ əhvalatıpovestini. Povestin fabulası belə bir hadisə üzərində qurulmuşdu: beş nəfər neftçi qasırğada motoru xarab olmuş qayıqla dənizdə köməksiz qalıb təbiətin amansız qüvvəsinə qarşı dəyanətlə mübarizə aparır. Lakin altıncısı-Nadir yoldaşlarını qoyub qaçır.  Nadirin nişanlısı Vəsilə bu əhvalatı öyrənir nişan üzüyünü qaytarır. Əlbəttə, burada qeyri-adi heç yoxdur. Yəni yoldaşlarını qoyub qaçması Vəsiləni həyəcanlandırır, bu qərarı qəbul edənə qədər o, xeyli iztirab keçirir. O istəmir ki, onu yoldaşlarını qoyub qaçan bir qorxaqın həyat yoldaşı kimi tanısınlar.  Povest Nadirin ərizə verib işdən çıxması başqa yerinə yollanması ilə bitir.Gözlənilən sonluqdur, H.Abbaszadə bu həyat həqiqətini maraqlı lövhələrlə təqdim edib.

Hüseyn Abbaszadənin yaradıcılığında müasirlik hissi qüvvətli idi. Biz bunuDörd bazar günüpovestində daha aydın hiss etdik. Əsərdə yaddaqalan xarakterlər yaradılmışdı. Dörd il eyni cəbhədə döyüşən müharibə dostları indi soraqlaşıb bir-birini axtarırlar. Yeri gəlmişkən qeyd edək ki, H.Abbaszadənin nəsrindən vətənpərvərlik bir xətt kimi keçir.  Bunu onunŞokolad paylayan qız”, “Hardansınız, müsyö Abel”, “Uzaqdan gələn qonaqpovestləri sübut edir. “Şokolad paylayan qız  povestinin qəhrəmanı Bəhruz  müharibəni  şərəflə başa çatdırır, amma onun döyüşdüyü hissə hələ Berlindədir.  Döyüş yatsa da, qulaqlarımızdan topların gurultusu, bombaların dəhşətli partlayışlarının səsi getməsmişdi”-bu əhval-ruhiyyə Bəhruzun sayıqlığını, hadisələrə fəal münasibətini artırır. Müəllif ayrı-ayrı dillərdə danışan, amma qəlbən bir-birini başa düşən insanları qarşılaşdırır, onların baş verən bəşəri fəlakətə ümumi nifrətini ön plana çəkir. Xalqların təkcə ruh, mənəviyyat yaxınlığını deyil, mədəniyyət doğmalığını da nəzərə çarpdırır. “Bayatı-İsfahanmuğamı ilə BaxınTokkada arasında oxşarlıq da bu mənada  orijinal detaldır.

Hüseyn Abbaszadənin  Burulğanlar”, “Əlibalanın ağır səfəri”, “Qayıdanlardan biriadlı romanları da var. “Burulğanlara görə yazıçı Respublika Dövlət mükafatına layiq görülmüşdü. Ayrı-ayrı mövzularda qələmə alınsa da, bu romanlar qəhrəmanlarının taleyi ilə bir-birinə çox oxşayır. Belə ki, hər üç romanın qəhrəmanı-Həmid Xələfov, Əlibala Xanəli mənən təmiz insanlardır, bunlar o dövrünmüsbət qəhrəmanları sırasında layiqli yer tutan obrazlardır.

Hüseyn Abbaszadə həm gözəl hekayə ustası idi.  Povestlərinə romanlarına xas olan həyatilik, bədii ümumiləşdirmə yazıçınınZəmanət”, “Xeybər əminin gülləri”, “Ana oğul”, “Axşam şöbəsinin tələbəsi”, “Çəmbərəkənd əhvalatı”, “Vəzifə”, “Operasiya hədiyyə əhvalatı”, “Körpüdə bir qadın dayanmışdı”, “Əminə”,  Çəhrayı mürəkkəbqabı yaşılJiquli” “Köhnə məhəllədə”, “Toy, od, teleqram”, “Qısa məzuniyyət s. hekayələrində bariz nəzərə çarpır.Yazıçı bu hekayələrdə müasirlərinin həyatından tipik lövhələr seçir, yaddaqalan, bədii təsir gücünə malik obrazlar yaradırdı. Oxucu abşeronlu bir bağbanın-Xeybər əminin nəcib əməllərinə heyran qalır, hətta ölümündən sonra da bu qocanı unutmur (“Xeybər əminin gülləri”). Bir hekayə barədə ayrıca söz açmaq istəyirəm. Çəmbərəkənd deyəndə gözlərimiz önünə Bakının hələ inqilabdan əvvəl tikilən köhnə, balaca, yöndəmsiz evlərdən ibarət bir məhəlləsi gəlir. İndi belə məhəllələrin yerində uca, yaraşıqlı binalar tikilmişdir. Lakin belə məhəllələrin, o cümlədən, Çəmbərəkəndin  istisini, soyuğunu, özünəməxsus dünyasını yaşadanlar hələ durur. Çəmbərəkənd deyəndə bir adamın yadına köhnə kişilər düşür.  İndi şəhərimizin küçələrində, daha çox Dənizkənarı parkda  belə kişilər demək olar ki, gözə dəymir.Onlar H.Abbaszadənin hekayələrində qalmışlar. Çünki yazıçı bu qocalardan məhəbbətlə söz açırdı.

Hüseyn Abbaszadə xoşbəxt yazıçı idi. Ona görə yox ki, titulları, fəxri adları vardı. Dövlət Mükafatına layiq görülmüşdü, Xalq yazıçısıydı,yetmiş yaşına qədər həmişə vəzifə başında olmuşdu.  Yaşı səksəni , səksən beşi keçdi, (son illəri ağır xəstə olsa da). O, XX əsrin yetirməsiydi, sovet dövrünün, sovet ədəbiyyatının yetirməsiydi, lakin əsl milli yazıçı idi, çünki əsərlərində azərbaycanlı obrazları yaradırdı, onların həyatını qələmə alırdı, mənəvi-əxlaqi problemlərdən söz açırdı, milli-mənəvi dəyərləri təbliğ edirdi,  təsvirlərində yalana varmırdı, həqiqəti yazırdı.

Bax, buna görə biz gərək Hüseyn Abbaszadə adlı yazıçını unutmayaq!

Vaqif YUSİFLİ

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.