525.Az

Qiyamət yalanı bitdi

[22.12.12]
Qiyamət yalanı bitdi<b style="color:red"></b> Bu gecə insanlar Şirincədə bütün kafelərdə şərab içərək, mahnı oxuyaraq, oynayaraq “Qiyamət”in dadını çıxardılar.

Gecə saat 00:00-a 1 dəqiqə qalmış böyük sükut yarandı, “Qiyamət şam”ları yandırıldı. Ancaq saat 00:00-da “Qiyamət” olmadı, alqışlar qopdu. Daha sonra insanlar “Qiyamət şorbası”, “Cənnət kababı”, “Atəş plovu” yeməyə, “Son dəm çayı” və “Qiyamət şərabları” içməyə, çalıb-oynamağa davam edildi. Gecə saat 2-dən sonra insanlar dağılışmağa başladılar. Kəndi sonuncu tərk edən jurnalistlər oldu.
 
“Qiyamət”in olmadığı, bəşəriyyətin yaşamına davam etdiyi bu gecə dünyanın bu günlərdə ən çox diqqət mərkəzində olan Şirincədə yeni körpə də dünyaya gəldi. Gecə saat 1 radələrində dünyaya göz açan körpənin adını Məryəm qoydular. İsa peyğəmbərin anasının adını...

lent.az


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.