525.Az

Sabah hava nisbətən sabit keçəcək

[22.12.12]
Sabah hava nisbətən sabit keçəcək<b style="color:red"></b> Sabah Azərbaycan ərazisində hava şəraitinin nisbətən sabit keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə: Bakıda və Abşeron yarımadasında dekabrın 23-də havanın gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə saatlarında bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-3, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 23-də havanın gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.