525.Az

«Qoy söysün, uşaqdır uşağım»

[30.05.12]
«Qoy söysün, uşaqdır uşağım»

Bu gün Şamaxıda böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 150 illik yubileyi ilə bağlı keçirilən tədbirdə millət vəkili Nizami Cəfərov çıxış edərək Azərbaycan Yazıçılar Birliyi sədri Anarın xidmətlərini sadalayandan sonra onun barəsində hər deyilən sözə reaksiya verməməyə çağırıb.

525.az-ın məlumatına görə, tədbirdə iştirak edən xalq yazıçısı Anar millət vəkilinin çağırışına münasibət bildirib.

«Bu gün Sabirin 150 illik yubileyində onun şerlərini bir daha dinləyəndən sonra bu qənaətə gəldim ki, gərək, hər sözə cavab verməyim. Sabirin dediyi kimi, «qoy söysün, uşaqdır uşağım» - deyə o qeyd edib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.