525.Az

"Bu günün restoranı"- A.de Layqlesia

[19.12.12]
"Bu günün restoranı"- <b style="color:red">A.de Layqlesia </b>

İspancadan Telman Orucov tərcümə edib 

Ofisiant:

 

 Gicbəsər, bu stoldan rədd ol! Görmürsən ki, o əvvəlcədən sifariş olunmuşdur?

 

Məclisin iştirakçısı:

 

   Sifariş edilməmiş heç bir stol yoxdur?

 

Yox. Get o sütunun arxasındakı taburetkada otur xahiş et ki, dizinin üstünə qoymağa lövhə versinlər.

 

Menyunu göstərə bilərsinizmi?

 

Mən onu üç pesetaya verə bilərəm.

 

Oğul! İkisini gətir.

 

Üstünə quş qoyulmuş xörəklərin hamısı deməli qurtarmışdır. Əslində bizim heç vaxt hazır xörəyimiz olmur. Bunu ona görə edirik ki, menyumuz o qədər dadsız görünməsin.

 

Bu xörək nələrdən ibarətdir?

 

Sizə hansı məbləğə lazımdır?

 

Üzr istəyirəm, bəs qeyri-təvazökarlıq neçəyədir?

 

Xörəkləri seçin heç nəyə qarışmayın. İstəyiniz baha başa gələr.

 

Mən hesab edirəm ki, bu davranışların hamısı mənə baha başa gələcək.

 

Mən sizin yerinizə olsam, qırx pesetaya çəngəl-bıçağı sifariş edərdim.

 

Bu dəstə bəs daxildir?

 

Bir bıçaq, bir çəngəl bir qaşıq. Yeməyin haqqını isə ayrıca ödəməlisiniz.

 

Sən mənə məsləhət görərdin?

 

Evinizə gedin öz imkanlarınızdan istifadə edib qayğanaq bişirin yeyin!

 

Əgər bu restoranın sahibi dediyin sözləri eşitsəydi, sənə yaxşı bir sillə vurardı.

 

Sahib heç vaxt bura gəlmir. O, utancaq kişidir müştəriləri bizim təhqir etdiyimizi gördükdə çox xəcalət çəkir.

 

Bu deməkdir: “Şorba, hər şeylə birlikdə”?

 

Həmin qiymətin içində boşqabdakı vermişelin, onu bişirmək üçün olan suyun, suya dad vermək üçün əlavə edilmiş mal beyninin qaşığın xərci var.

 

Sizin cücəniz var?

 

, bir dənəsi var. Ancaq onu kəsməyə hayıfımız gəlir. Sahibimiz onu öz oğlu kimi istəyir.

 

Adı nədir?

 

Kimin? Sahibin, ya cücənin?

 

Əlbəttə, cücənin.

 

Onun adı Quqquluqudur. Ancaq biz ona Quqqulu deyirik.

 

Mən onunla tanış olmaq istərdim.

 

Başqa vaxt mən onu sizə təqdim edərəm. Ayrı nəsə gətirmək lazımdırmı?

 

Yaxşı, mənə bir tikə çörək gətir. Deyəsən, cibimdə bir az xamon (donuz əti qaxacı) var.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.