525.Az

Müğənni Samir Cavadzadənin cinayət işinə xitam verilib

[19.12.12]
Müğənni Samir Cavadzadənin cinayət işinə xitam verilib<b style="color:red"></b>

Ötən il dostunu bıçaqlamaqda təqsirli bilinən Azərbaycanın “Eurovision-2008”' təmsilçisi Samir Cavadzadə barəsində başlanan cinayət işinə xitam verilib.

Nəsimi rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, 2011-ci ildə dostu və otaq yoldaşı Elvin Hüseynovu aralarındakı mübahisə zamanı boyun nahiyəsindən bıçaqlayan Samir Cavadzadənin barəsindəki cinayət işi ilə bağlı son qəbul olunub. Nəsimi RPİ-nin istintaq şöbəsi tərəfindən cinayət məcəlləsinin 126.1 qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə başlanan cinayət işinə xitam verilib.
 
Qeyd edək ki, hadisə Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 32 ünvanında qeydə alınıb. Həmin mənzildə yaşayan S.Cavadzadə birlikdə yaşadığı Elvin Hüseynova bıçaqla xəsarət yetirib. Yaralı Kliniki Tibbi Mərkəzə gətirilib və dərhal polisə məlumat daxil olub. Aparılan araşdırmalar nəticəsində isə E.Hüseynovun S.Cavadzadə tərəfindən bıçaqlandığı məlum olub. S.Cavadzadə saxlanılaraq bölməyə gətirilib və o, törətdiyi əməli etiraf edib.

Qeyd edək ki, S.Cavadzadə “ŞERON” qrupunu keçmiş üzvüdür. O, Azərbaycanı “Eurovision-2008”-da təmsil edib. Hadisə ilə bağlı ilkin məlumatlarda bıçaqlanan Elvin Nuriyevin S.Cavadzadənin həmkarı Elnur Hüseynovun qardaşı olduğu bildirilsə də, bu məlumat təsdiqini tapmayıb.
 
Keçən ilin noyabrın 19-da o, Azərbaycan-Rusiya sərhədində saxlanılmış, sonradan məhkəmə tərəfindən azadlığa buraxılmışdı.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.