525.Az

Azərbaycanda saytlara hücumu kimlər təşkil edir? - Bəyanatlar

[18.12.12]
Azərbaycanda saytlara hücumu kimlər təşkil edir? - <b style="color:red">Bəyanatlar</b>

Müsavat və Qafqazinfo bəyanat verərək baş vermiş hücumlarla bağlı dövlətin ciddi addımlar atmasını tələb edib 

Dəyərli oxucular, artıq bir neçə gündür ki, “Qafqazinfo” saytı da daxil olmaqla, ölkənin aparıcı xəbər portalları “musavat.com”, “publika.az” davamlı xaker hucumlarına məruz qalıb. Bildirmək istəyirik ki, artıq saytların fəalyyəti pərpa olunub və bir neçə saata tam gücü ilə işləyəcək. Biz “Qafqazinfo”ya edilən hücumlarla bağlı bəyan etmək istəyirik ki, artıq məsələ tam araşdırılıb və hücumların sifarişçiləri də, icraçıları da bəllidir. Artıq onlarla bağlı müvafiq qurumlara məlumatlar, müraciətlər edilib.

Lakin, əlavə olaraq ictimaiyyət üçün bildirmək istəyirik ki, bu hücumları həyata keçirənlər bizi deyil, Azərbaycan dövlətinin imicini hədəfə alıblar. Onlar məhz bu yolla ölkənin informasiya təhlküəsizliyini təhlükə altına qoyurlar. Bu hücumların vaxtının seçilməsi də təsadüfü baş vermir. Əsasən ölkədə ictimai-siyasi aktivlik müşahidə olunanda xakerlərə hərəkət əmri verilir ki, günahkarlar ayrı yerdə axtarılsın, məsələ siyasiləşdirilsin.

Biz bir daha məsələnin siyasi mahiyyət daşımadığını vurğulamaqla yanaşı, bildirmək istəyirik ki, müvafiq qurumlar əslində bir neçə xəbər portalını deyil, Azərbaycanın informasiya təhlükəsliyini zərbə altına qoyan həmin şəxslərin tapılıb ortaya çıxarılmasını təmin etməlidirlər.

Artıq yaranmış vəziyyətlə bağlı ölkənin siyasi partiyaları da bəyanatlarla çıxış edir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.