525.Az

“Artıq Qəbələ RLS-də raket hücumundan xəbərdarlıq sistemi söndürülüb”

[18.12.12]
“Artıq Qəbələ RLS-də raket hücumundan xəbərdarlıq sistemi söndürülüb” <b style="color:red"></b> “Rusiya “Qəbələ RLS” səhifəsini artıq qapadıb”.

Bunu APA-nın Moskva müxbirinə müsahibəsində “Milli müdafiə” jurnalının baş redaktoru, ehtiyatda olan polkovnik İqor Korotçenko bildirib.
 
Onun sözlərinə görə, Qəbələ RLS-lə bağlı danışıqların davam etdirilməsi barədə düşünülmür: “Rusiya həmin stansiyanı tərk etmək haqqında qərar verib. Artıq stansiyanın raket hücumundan xəbərdarlıq sistemi söndürülüb”.
 
İ. Korotçenko bildirib ki, Rusiya əvvəlcədən Qəbələ RLS-lə bağlı danışıqların müsbət nəticələnməyəcəyini bilib: “Ona görə də, Armavirdəki RLS-i hazırlıq vəzyyətinə gətirmişdi. Qəbələ RLS-in fəaliyyəti dayandırılana qədər Armavirdəki RLS artıq sınaqdan keçirilmişdi. Bu RLS-in Qəbələdəki stansiyanın görüdüyü işin öhdəsindən gələcəyinə əmin olandan sonra Rusya Azərbaycanla danışıqları dayandırdığını bəyan etdi. Biz Qəbələ RLS-in fəaliyyətini hardasa daha 15 il davam etdirməsində maraqlı idik. Bu müddət ərzində Qəbələ RLS-i modern texnika ilə təchiz edəcəydik. Buna baxmayaraq, Armavirdəki stansiya Qəbələ RLS-in işin tamamilə yerinə yetirir və bu stansiya müasir texnika ilə təchiz olunmuş stansiyadır. Bu stansiya texniki cəhətdən güclüdür, orda hansısa problemin yaranacağı ehtimalı yoxdur. Rusiya Armavirdəki RLS vasitəsi ilə Qəbələ RLS-in görüdüyü işin öhdəsindən gələ bilir”.
 
Rusiyalı ekspert Qəbələ RLS-in fəaliyətini dayandırmasının iki dövlət arasında münasibətlərə təsir etməyəcəyini söyləyib: “Fikirmcə, bu, dövlətlərarası münasibətlərə təsir etməyəcək. Çünki Rusiya Azərbaycanla münasibətləri inkişaf etdirmək fikrindədir, etdirəcək də... Rusiya Azərbaycanın şimal qonşusudur. Bizim aramızda həmişə isti qonşuluq münasibətləri olub və Rusiya bu münasibətləri dəstəkləyəcək. Lakin bir şeyi qeyd etmək istəyirəm ki, danışıqlar müsbət nəticələnmədiyindən Rusiya Qəbələ RLS-dən çıxmalı oldu”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.