525.Az

Söyün Sadıqov “AzərRos”un prezidenti postundan istefa verib

[18.12.12]
Söyün Sadıqov “AzərRos”un prezidenti postundan istefa verib<b style="color:red"></b>

Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyəti “AzərRos”un prezidenti Söyün Sadıqov qurumun rəhbəri vəzifəsindən getmək barədə ərizə yazıb.

 Bu barədə APA-nın Moskva müxbirinə S.Sadıqov özü bildirib.
 
S. Sadıqov prezident vəzifəsindən getməsi barədə qərarın “AzərRos”un Rəyasət Heyəti tərəfindən verəcəyini qeyd edib: “Qurumun Rəyasət Heyətinin iclası dekabrın 25-26-da keçiriləcək və mənim prezident vəzifəsindən getmək barədə ərizəmə baxılacaq. Ərizəm qəbul olunacağı təqdirdə, təşkilatı növbəti qurultaya qədər vitse-prezidentlərdən biri idarə edəcək”.
 
S. Sadıqov “AzərRos”un növbəti qurultayının 2013-cü ilin oktyabrında keçiriləcəyini söyləyib: “Mənə Rusiya Milli Birlik Partiyasının qurultayını keçirmək və bu partiyaya rəhbərlik etmək təklif olunub. Hazırda bu istiqamətdə fəaliyyət göstərirəm”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.