525.Az

KİVDF Lənkəranda konfrans keçirib (FOTO)

[18.12.12]
KİVDF Lənkəranda konfrans keçirib <b style="color:red">(FOTO)</b> Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Mətbuat Şurası və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə dekabrın 18-də Lənkəran şəhərində yerləşən Heydar Əliyev Mərkəzində regional konfrans keçirilib.

Fondun mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, "İnformasiya əldə etmək haqında Azərbaycan Respublikası qanunvericviliyinin izahı ilə bağlı regional KİV-lərin maarifləndirilməsi" layihəsi çərçivəsində keçirilən tədbirdə ölkənin cənub bölgəsində fəaliyyət göstərən həm elektron, həm də çap KİV-lərin təmsilçiləri iştirak ediblər. Konfransa həmçinin, Bakıda fəaliyyət göstərən ümumrespublika yayımlı KİV-lərin rəhbərləri və təmsilçiləri qatılıblar.

Yığıncaqda regional KİV-lərlə icra strukturlarının qarşılıqlı əməkdaşlığı məsələləri müzakirə edilib. Konfransın açılışında çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və KİVDF-nin icraçı direktoru Vüqar Səfərli KİV-lərlə icra strukturlarının əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətindən danışıblar.

Səfərli bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə "Azərbaycanda Respublikasının insan hüququ və azadlıqlarının müdafiəsinin səmərəliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı"nı təsdiq edib. Proqrama əsasən əhalinin informasiya əldə etmək sahəsində maarifləndirilmə tədbirlərinin həyata keçirilməsi və informasiya almaq hüququnun səmərəli təmin edilməsi icra orqanı kimi KİVDF-yə həvalə edilib: "Fond Proqramın icrası ilə bağlı respublikamızın müxtəlif rayon və şəhərlərində konfrans, seminar və təlimlər keçirir. Belə tədbirlərin keçirilməsi mətbuat orqanları ilə dölət qurumları arasında münasibətlərin formalaşması və məlumat azadlığının inkişafı baxımından əhəmiyyətlidir". Səfərli eyni zamanda fondun fəaliyyəti barədə də, yığıncaq iştirakçılarına məlumat verib.

Konfransda Azırbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək "informasiya əldə etmək haqqında" qanunun jurnalistlərə verdiyi hüquqlardan söz açıb.

Bundan sonra Fondun eksperti, hüquqşünas Aydın Kərimov "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası qanunu, ona əlavə və dəyişikliklər barədə məruzə ilə çıxış edib. O, "İnformasiya əldə etmək haqqında" qanunun və Milli Fəaliyyət Proqramının medianın fəaliyyəti üçün yaratdığı üstünlükləri şərh edib.

Konfransda paytaxtda fəaliyyət göstərən ümumrespublika yayımlı KİV-lərin rəhbərlərindən "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək "İnformasiya əldə etmək haqında" Azərbaycan Respublikası qanununun jurnalistlərə informasiya əldə etmək sahəsində verdiyi imtiyazlardan danışıb.

"Respublika" qəzetinin cənub zonası üzrə müxbiri Əlisafa Həsənov, Cəlilabad rayonunda fəaliyyət göstərən "Yeni Gün" qəzetinin redaktoru Böyükxan Bağırov mövzu ətrafında fikirlərini bölüşmüş, belə hüquqi maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb və maraqlı təkliflərlər də çıxış ediblər.

Sonda KİVDF-nin icraçı direktoru Vüqar Səfərli regional KİV-lərin inkişafı üçün Fondun nəzərdə tutuduğu layihələr barədə geniş məlumat verib və tədbir iştirakçılarının suallarını cavablandırıb. O, tədbirin təşkilinə şərait yaratdığı üçün icra başçısı Taheh Qaraşova öz təşəkkürünü bildirib. Tədbirdə konfrans iştirakçılarına Fondun maliyyə dəstəyi ilə çap edilmiş "informasiya əldə etmək haqqında" toplu paylanılıb. Kitabçada vətəndaşlara informasiya almaq hüququnun təmin edilməsi yönümündə qanun və normativ hüquqi aktlar öz əksini tapıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.