525.Az

Lənkəranda Konserv zavodunda güclü yanğın baş verib (VİDEO)

[27.08.12]
Lənkəranda Konserv zavodunda güclü yanğın baş verib (VİDEO)

Bu gün Lənkəran Konserv zavodunda güclü yanğın başlayıb. Soyuducu anbardan başlayan yanğın bütün ərazini əhatə edib. Yanğının söndürülməsinə Lənkəranla yanaşı, ətraf rayonların yanğınsöndürən maşınları və işçi heyəti cəlb olunub.

Yanğının başvermə səbəbləri hələlik məlum deyil. Amma yanğın indi əvvəlki gücdə deyil, yanğınsöndürənlər yanğının digər korpuslara keçməsinin qarşısını ala biliblər.

Xoşbəxtlikdən müəssisədə xəsarət alan yoxdur, lakin yanğınsöndürənlərdən birinin yüngül xəsarət aldığı bildirilir. Yanğın böyük bir ərazini əhatə etdiyinə görə küllü miqdarda ziyanın dəyməsi düşünülür, amma hələ ki, dəqiq hec bir məlumat yoxdur.



<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.