525.Az

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur

[16.12.12]
Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur<b style="color:red"></b>

Antonin kimi mənim üçün şəhər vətən Romadır, bir insan kimi isədünyadır.

Mark Avreli

Kolumbun düşmənləri krala kraliçaya bəzi şeyləri çatdırdılar. Lakin iyul ayında o, saraydan salam məktubu aldı. O, düşmənlərinə qalib gəldi, onun bütün imtiyazları təsdiq edildi, maddi vəziyyəti xeyli yaxşılaşdı. Espanyola royal malikanəsinin ona verilməsi, həmçinin hersoq ya markiz titulu verilməsi barədəki təkliflərdən imtina etdi. Çünki hiss edirdi ki, malikanə qədər böyük olsa da (172 mil x 86 mil), Yeni Dünyadan çox kiçikdir.

Maliyyə çətinlikləri üçüncü ekspedisiyaya yollanmağı ləngidirdi. 30 may 1498-ci ildə bu səfərə yola çıxıldı. Altı gəmi 200 adamı daşıyırdı, bura dənizçilərin özü daxil deyildi. O, axtardığı qitəyə paralel istiqamətdə üzürdü, lakin istiqaməti dəyişib şimala döndü, Dominikaya tərəf üzdü. O, bu yeni torpağı Trinidad adlandırdı. O, ada ətrafında üzüb qitəyə ayaq basdı. Lakin onu ada hesab edərək tez oranı tərk etdi, axı o, Kubanıqitəhesab edirdi. Pariya yarımadasında olanda ispanlar yerli qadınlarda boyunbağı gördükdə sevindilər ki, bu, həqiqətən onların Şərqdə olmalarının sübutudur. Kolumb isə müşahidə etmişdi ki, boğaz nəhəng güclü şirin su axını qəbul edir. Bu Orinoko çayının mənsəblərindən biri idi. Bu müşahidəsindən belə bir fantastik nəzəriyyə qurdu ki, o, cənnətdəki dörd çaydan (Bibliyada təsvir olunanlardan) birinin mənsəbində dayanmışdır. Bu cənnət yerin yuxarısında yerləşir, yer isə dəyirmi deyildir, armud şəklindədir.

Kolumb Espanyolaya gəlib çıxanda gördü ki, onun İzabellaya təyin etdiyi mer 70-ə yaxın öz ardıcılı ilə Kolumba qarşı qiyam qaldırmışdır.

Kral kraliça könülsüz olaraq yavaş-yavaş belə bir rəyə gəldilər ki, Kolumb yaxşı admiral olsa da, pis qubernatordur. Ona görə Espanyolaya başqa qubernator təyin edildi. Kolumb artıq bu qubernatora tabe olmalı idi, bütün royal əmlakı, qəsrləri, silahları anbarları ona təhvil verməli idi. Həmin qubernator Bobadilla 1500- ildə Espanyoladakı Santo Dominqoya gəlib çıxdı. Ona çatdırdılar ki, Kolumbun qardaşı Dieqo bir neçə ispanı dar ağacından asmış, beş nəfər isə hələ bu cəzanı gözləyir. Qubernator dustaqların ona verilməsini tələb etdikdə, Dieqo imtina etdi. O, qalaya girdi dustaqlara nəzarəti öz üzərinə götürdü. Kolumbla görüşdükdə isə admiral onun təyinatını tanımaqdan imtina etdi dedi ki, kral kraliça onu vəzifədən məhrum edə bilməz. Qubernator onu Dieqonu dustaq edib onları qandalladı. Kolumb onu İspaniyaya göndərəndə qorxdu ki, yəqin onu dar ağacına aparırlar. Səfər vaxtı ona hörmətlə yanaşılsa da, zəncirdən azad edilməsindən imtina etdi. 1500- ilin noyabrında o, Kadisdə sahilə çıxdı. Kral kraliça bu vaxt Qranadada idilər, bu xəbərlərdən mütəəssir oldular. Onun azad edilməsi əmrini verdilər, ona 2 min dukat pul göndərdilər, qardaşı ilə birlikdə saraya dəvət etdilər. Kolumb öz royal himayəçilərini görəndə diz üstə çökdü göz yaşları onu boğdu.

Kralın kraliçanın ona yazığı gəldi, müəyyən alicənablıq göstərdilər, lakin admiralın siyasi qabiliyyəti barədə öz rəylərini dəyişdirmədilər. Kolumbun Yeni Dünyadakı arzuları puça çıxmışdı.

Digər kəşf edənlər kütləsi onun dənizlərində üzür, onun torpaqlarında sahilə çıxırdılar. Kral kraliçanın iradəsi ilə o, Espanyolaya qayıtmadı, bundan sonra o, digər dənizlərdə yeni kəşflər etmək barədə düşünürdü.

Bobadillanı yeni qubernator əvəz etdi, o, Kolumbun müsadirə edilmiş mülkiyyətini bərpa etmək göstərişini verdi. Kolumb isə yeni səfərə hazırlaşırdı. Dördüncü səyahətinə o, dörd gəmi götürdü 146 adam seçdi. Böyük oğlu Dieqonu sarayda onu təmsil etmək üçün İspaniyada saxlatdı. 1502-ci ildə Kolumb Kadisdən yola düşdü. İyun ayında kəşf etdiyi adanı Santo Dominqo adlandırdı. Sonra o Yamaykaya üzdü, Honduras sahili boyu dolaşdı. O, krala kraliçaya yazırdı ki, “buradan Qanq çayına on günlük məsafə vardır”, buranı da o, yerüstü cənnət kimi qəbul edirdi.

1503- ilin martında Panamadakı Manqo əyalətində oldu, buranı o, Katayın yanı hesab edirdi. Xristofor Kolumb özünün dördüncü ekspedisiyası vaxtı hələ yeni kəşf edilmiş torpaqlardan Cənubi Asiyaya, ədviyyatlar mənbəyinə yol tapmaq istəyirdi. 1453- ildə Osmanlı imperatoru Mehmet Fateh Konstantinopolu işğal edib, Bizansı tarix səhifəsindən sildikdən sonra, ərəb tacirlərinin köməyi ilə ədviyyat ticarətini Avropaya aparan yol türklər tərəfindən bağlanmışdı. Ona görə Hindistana yeni yollar axtarışı zərurəti yaranmışdı. Vasko da Qama da Xoş Ümid burnunu keçməklə Hind okeanına, Hindistana gedən yolu kəşf etmişdi. Xoş Ümid burnuna portuqaliyalılar ağalıq edirdilər, ona görə ispanlar başqa yol tapmağa can atırdılar. Bu səbəbdən Kolumb qərbə tərəf üzüb, Hindistana, bütövlükdə Cənubi Asiyaya yeni yol açmaq istəyirdi. Buna möhkəm inandığından Kolumb Yeni Dünyanı kəşf etdiyini heç ağlına da gətirmirdi.

Bütöv bir il ərzində Kolumb adətən qarşılaşdığı bütün bəlalara qarşı mübarizə apardı, səhhəti pis idi, sığınacağı ərzağı yox idi, həm artıq arzuları puç olmuşdu. 1504- ilin sentyabrında o, İspaniyaya yola düşdü. Artrit xəstəliyi ucbatından o, çətinliklə hərəkət edirdi Sevilyaya aparılmalı idi. Kolumb ümid edirdi ki, “İndiyalardakı əldə etdiklərini bərpa edəcəkdir”. Lakin onun ümidi boşa çıxdı. O, İndiyalar onların qızılı barədə bir-birinin ardınca memuarlar yazırdı. Nəhayət, 1505-ci ildə Ferdinand tərəfindən Seqoviyada qəbul edildi xahiş etdi ki, “mənim şərəfimə paytaxt, hökumət İndiyaların mülkiyyətibərpa edilsin. Kral rəhmdil idi Kolumba yaxşılıq etmək istəyirdi. Lakin məsuliyyətli bir monarx kimi Ferdinand ehtirasla coşan admiralı yenidən qubernator təyin edə bilməzdi. Kolumbun səhhəti daha da pisləşmişdi. O, 19 may 1506- ildə Valyadoliddə vəsiyyətini yazdı sabahısı günü öldü. Kolumbun ölümündən əvvəlki axırıncı sözləri belə olmuşdu: “Allah, öz ruhumu sənin əlinə təqdim edirəm”.

Kolumbu Amerikanı birinci kəşf edən kimi yalnız müəyyən düzəlişlə adlandırmaq olar, axı hələ orta əsrlərdə avropalılar island vikinqlərinin timsalında Mərkəzi Amerika ərazilərində olmuşdular. Lakin bu səfərlər barədə məlumat Skandinaviyadan kənarda heç kəsə məlum deyildi. Məhz Kolumbun ekspedisiyası ilk dəfə həmin torpaq barədə məlumatları bütün Qərbə çatdırdı bundan bir qədər sonra Amerikanın avropalılar tərəfindən məskunlaşmasına başlandı. Bu gün çox işlənən dünyanın qlobalizasiyası prosesi başlanğıcını Kolumbdan avropalıların müstəmləkə imperiyalarını yaratmasından götürür.

Xristofor Kolumbun adı Amerikalarda əbədiləşdirilmişdir, Cənubi Amerikadakı Kolumbiya ölkəsi onun adını daşıyır, ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin yerləşdiyi mahal daKolumbiyaadlanır. Nyu-Yorkun onun adını daşıyan meydanında möhtəşəm heykəli qoyulmuşdur.

Tanınmış amerikan yazıçısı Vaşinqton İrvinq 1830-cu illərdə İspaniyada olarkən Xristofor Kolumb barədə geniş məlumat toplamış, onun əsasında böyük səyyahın tərcümeyi-halını bədii şəkildə yazmışdı.

Lakin Cənubi Amerikada Kolumba münasibət birmənalı deyildir, ona görə 1992-ci ildə onun kəşfinin 500 illiyi həmin qitədə təntənəli qaydada qeyd olunmadı. Karakasda Kolumbun heykəlinin uçurulduğunu eşidən Venesuela prezidenti Uqo Çaves bu qərarı bəyənmiş bəyan etmişdi ki, beş əsr bundan əvvəl Amerikaya gələn Kolumb hindu əhalisinin genosidinin başlanğıcını qoymuşdu. Bu sözlərdə həqiqət vardır, axı Kortesin Meksikada, Pisarronun Peruda etdiyi qırğınlara, kütləvi cinayətlərə yolu məhz Kolumbun kəşfi açmışdı.

    

Mikelancelo

Özünə elə var-dövlət yığ ki, onu oğrular oğurlaya bilməzlər, tiranlar onu qəsb edə bilməzlər. Öləndən sonra da o səninki kimi qalacaq, heç vaxt azalmayacaq məhv olmayacaqdır.

Hind zərb-məsəli

Ars longa, vita brevis (lat.) – İncəsənət əbədidir. Ömür isə gödəkdir.

Latın zərb-məsəli

Bütün dövrlərin ən böyük heykəltəraşı Mikelancelo Buanorotti Renessans ərzində heykəltəraşlıqda, rəssamlıqda arxitekturada müqayisə edilə bilməyən bir şöhrət qazanmışdı. O, həm öz əsrinin görkəmli şairi idi. Renessans (italyan dilindədirçəlişdeməkdir) adlanan rəssamlıq tarixinə o, qeyri-adi bir təsir göstərmişdi. Bu dövrdə Mikelancelonun Rafaelin başçılığı altında yüksək rəssamlığın nümunələri yaranmışdı.

Tsitseron deyirdi ki, “Aurum recludit cuneta” (lat.) – “Qızıl hər şeyi aşkara çıxarır”. Mikelancelonun timsalında demək olar ki, qızıldan da qiymətli olan nadir istedad onun sahibinin dühasının geniş üfüqlərini, əlçatmazlığını aşkara çıxardı. O, İntibahın elə böyük sənətkarlarından biridir ki, insan varlığının bütün rəngarəngliyini dərk etmiş, qeyri-adi istedadı hesabına onu öz yaradıcılığında əks etdirmişdir.

Reformatsiya da öz mövcudluğuna görə müəyyən mənada Mikelanceloya borclu idi. Roma Papası II Yuli indulgensiyaları satmağı o qədər çoxaltmışdı ki, özünə füsunkar bir sərdabə tikdirə bilsin, bunu isə Mikelancelo yaratmalı idi. İndulgensiyalara, bu vasitə ilə kilsənin adamlardan pul yığmasına etiraz əlaməti olaraq Martin Lüter digərləri qiyam qaldırdılar xristian kilsəsi nəticədə iki hissəyə bölündü. Mikelancelo özü deyirdi ki, Allahın mərhəmətini pulla satın almaq olmaz, onu qazanmaq da olmaz. Allah, bəndəsinə özü mərhəmət göstərir.

Mikelancelo həm barokko üslubunun atası hesab olunur. Çünki o, Sikstin kapellasının plafonunda olan kimi qəribə görünüşlü obrazlar yaratmışdı. Bütün bunları nəzərə aldıqda, Mikelancelo rəssamlıq tarixində çox təsirli rol oynamışdır.

Uilyam Şekspir anadan olan ildə Mikelancelo ölmüşdü heykəltəraşın həyatı həftəbəhəftə olmasa da, aybaay yenidən təsvir oluna bilərdi. Bu təfsilatlar onun başqalarına yazdığı özünə yazılan məktublardan çıxarıla bilərdi. Müasiri Corco Vazari isə onun maraqlı tərcümeyi-halını yazmışdı. Görkəmli amerikan yazıçısı İrvinq Stounun 1961-ci ildə yazdığıƏzablar sevinclərromanı Mikelanceloya həsr olunmaqla, əsərdə Vazarinin qələmindən çıxan təcrümeyi-haldan geniş istifadə edilmişdir.

Mikelancelo 1475-ci ildə Toskana əyalətindəki Apetso yaxınlığındakı kiçik Kapreze şəhərində yoxsullaşmış zadəgan Lyudovik Buanopottinin ailəsində anadan olmuşdu, indi şəhərin adına rəsmi qaydadaMikelancelosözü əlavə olunmuşdur. O, anadan olandan sonra ailə Florensiyaya köçmüşdü. Altı yaşı olanda anasını itirmişdi. O, həyatı boyu atasına beş qardaşına çox bağlı olmuşdu. Kənddəki dayənin himayəsinə verilmiş, burada ər arvad Topolinolar onu tərbiyə etmişdilər. Bu oğlan yazmaqdan oxumaqdan əvvəl gili qatıb yoğurmağı tişədən istifadə etməyi öyrənmişdi. Bunu o, dostu Vazariyə sonralar özü danışmışdı. On üç yaşında Domeniko Girlyando onu emalatxanasında şagirdliyə götürmüşdü. Bir ildən sonra o, digər heykəltəraşın məktəbinə keçdi, bu məktəb isə Florensiyanın həqiqi ağası Lorentso de Mediçinin himayəsi altında idi.

Mediçi Mikelancelonun istedadına bələd olur ona himayəçilik göstərir. İki il (1490-1492-ci illər) ərzində o, Mediçilərin sarayında qalır.

Onunbirinci rəssamlıqadlandırdığı heykəltəraşlığa güclü sevgisi yaranmışdı. Bu müddətdə o, “Pilləkənlər yanında madonnaKentavrların döyüşüheykəllərini yaratmışdı. O, Lorentso Mediçidən kiçik məbləğdə təqaüd alırdı. Lorentso 1492-ci ildə öldükdən sonra Mikelancelo sakitcə Bolonyaya qaçdı orada yaşadı. Burada üç kiçik heykəl yondu. Yenidən Florensiyaya qayıtdıqdan sonraMüqəddəs YoxannesYatan Kupidonheykəllərini yaratdı. AğacdanÇarmıxa çəkilməheykəlini yondu.

(Ardı var)

Telman ORUCOV

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.