525.Az

Mətbuatımızda işıqlı, unudulmaz bir imza – Yusif İsmayıl

[16.12.12]
Mətbuatımızda işıqlı, unudulmaz bir imza – <b style="color:red">Yusif İsmayıl </b> Zaman su kimi keçir hər axarında yaxın adamları da, dostları da özü ilə aparır. Sənə isə qalan xatirələr dünyasıdır. Düz 15 il əvvəldekabrın 16-da qələm dostumuz, yoldaşımız, tanınmış jurnalist Yusif İsmayıl dünyasını dəyişdi. Həm , çox tez dəyişdi. 60 yaş yaşdı ki.... Ömrünun yarısından çoxunu jurnalistikaya həsr edən Yusif İsmayıl oxuculara 70-80-ci illərdəAzərbaycan gəncləri”, sonralar isə  ƏdalətTəzadlarqəzetlərindən yaxşı tanış idi.

 

Azərbaycan gəncləriqəzeti həmin illərdə yarım milyon tirajla çıxan nəhəng mətbuat orqanı idi. Təkcə tiraja görə yox, oxucu məhəbbətini, oxucu sevgisini qazanan ən populyar qəzet idi. Onu məşhur edən, populyarlaşdıran Yusif Kərimov, Əlirza Balayev, Şakir Yaqubov, Sona Bağırova, Şahmar Əkbərzadə, Tofiq Mütəllimov, Adil Qaçayoğlu kimi jurnalistlər təbii ki, Yusif İsmayıl kimi qələm sahibləri idi. İş elə gətirmişdi ki, mən Yusiflə eyni şöbədə çalışırdım, onunla tez-tez birgə ezamiyyətlərə gedir hər dəfə Yusif müəllimin yaradıcılığından əlavə, insan kimi böyük məziyyətlərə sahib olduğunun şahidi olurdum.

 

Rayonlara ezamiyyyətə getməyə tənbəllik edən jurnalistlərə rəhbərlik həmişə Yusif müəllimi nümunə göstərirdi. Yusif müəllim SSRİ zamanında Sibirə, Uzaq Şərqə qədər ezamiyyəyə getməkdən çəkinməzdi. “Biz Azərbaycandanıqrubrikası altında Yusif İsmayılın SSRİ-nin müxtəlif yerlərində çalışan azərbaycanlılardan yazdığı silsilə yazılar çox böyük marağa səbəb olurdu: Moskvada çalışan ən adi taksi sürücüsündən tutmuş, məşhur geoloq Fərman Salmanova qədər.

 

Yusif müəllim üçün mövzu qıtlığı yox idi. O, filosof (Akademiyanın fəlsəfə institutunun aspirantı olmuşdu), filoloq-jurnalist idi. Bir dəfə Orta Asiyadan ezamiyyətdən qayıtmışdı. Deyəndə ki, Çingiz Aytmatovla görüşüb, ondan müşahibə alıb, hamımız, redaktor da təəccübləndik. Çingiz Aytmatovla görüşüb, ondan müsahibə almaq hər jurnalistin işi deyildi. Biz o müsahibədə gördük ki, Yusifin içində həm ədəbi tənqidçi ruhu var. O, Aytmatovla Azərbaycan nəsrini, sovet ədəbiyyatını çox bacarıqla təhlil etmişdi.

 

Yusifin ilk kitabıQatar Tayqadan keçiradlanırdı. O vaxt Baykal Amur Magistralını çəkənlər arasında azərbaycanlılar da vardı. Onların işindən, taleyindən bəhs edən bədii-sənədli bir kitab ortaya qoymuşdu. BAM o dövrün cansıxıcı mövzusu ola bilərdi, amma Yusif müəllim o mövzunu da Azərbaycan oxucusu üçün maraqlı etmişdi.

 

Yusif İsmayılın ürəkdən işlədiyi mövzu isə hərbi-vətənpərvərlik mövzusu idi. Ürəklə yazırdı o mövzudan. Məhz bu yazılarına görə Yusif müəllimQızıl qələmmükafatına layiq görüldü. Bu, o vaxtlar Azərbaycan jurnalistlərinin arzuladığı ən böyük mükafat idi.

 

Yaxşı yadımdadı, 1981-82-ci illərdə Moskva Ali Komsomol məktəbində ixtisasartırma kurslarından yenicə qayıtmışdım. Redaksiyada öyrəndim ki, Yusif müəllim İrkutsk şəhərinə ezamiyyətə hazırlaşır. Moskvada tanış olduğum, İrkutsk vilayətində çıxan gənclər qəzetinin şöbə müdiri Oleq Jeltovskinin ünvanını telefon nömrəsini ona verdim. Yusif müəllimin həm İrkutsk qəzetində, həm Azərbaycan gəncləriqəzetində silsilə yazıları çap olundu. Oleq Jeltovski mənə yazdığı məktubunda belə istedadlı jurnalistlə, səmimi bir insanla onu tanış etdiyimə görə minnətdarlığını bildirirdi.

 

Hələbəymüraciəti dəbə minməzdən xeyli əvvəl redaksiyada Yusif İsmayılabəydeyə müraciət edirdik. Çünki məğrur qürurlu idi. Heç kəs onu redaksiyanın bəzi əməkdaşları kimi rəhbərlik qarşısında əyildiyini görmədi. Yusif müəllimin xarici görkəmi ilə daxili aləmi arasında bir uyğunluq var idi. Yoldaşlarına qarşı münasibətdə saxta deyildi. Vəzifəsindən asılı olmayaraq hər kəsə layiq olduğu münasibəti göstərirdi.

 

Qarabağ hadisələri 1988-ci ildən başlasa da, Yusif müəllim bu mübarizəni rəsmən 1987-ci ilin yayından mətbuata çıxarmışdı. Qarabağlı Yusif İsmayılın Qarabağ, Şuşa sevgisi bir başqa idi. Yayda mütləq Şuşada istirahət edər, qayıdandan sonra Şuşadan, şuşalılardan uzun müddət söhbətlər edərdi. 1987-ci ildə onun qəzetdə məşhurŞuşa şuşalılarməqaləsi çap olundu. O vaxt üçün Şuşanın Dağlıq Qarabağın tərkibindən çıxarılmasını yazmaq böyük cəsarət tələb edirdi. Təsadüfi deyildi ki, yazı çap olunandan sonra Yusif müəllimi Mərkəzi Komitəyə çağırdılar. Mətbuatı kurasiya eləyən bir məmurla çox sərt söhbəti olur. İzahat tələb edirlər. Yazmır deyir ki, mənə haqsız olduğumu sübut edin, onda izahat yazaram. Sonra məlum oldu ki, Dağlıq Qarabağın o vaxtkı rəhbərliyi bu məqalə barədə xüsusi şikayət göndəribmiş.

 

Yusif müəllimin ikinci kitabı isə Azərbaycanın görkəmli alimi Xudu Məmmədov haqqında idi. “Sirradlanan bu kitabda Xudu Məmmədov şəxsiyyəti xüsusi məhəbbətlə qələmə alınmışdı. Kitabın qəzet variantında yazıBəstəboy adamın nəhəngliyiadlanırdı.

 

Yusif müəllim dövrünün tanınmış jurnalisti idi. Onun publisistikası jurnalistika fakültəsinin tələbələrinin kurs diplom işlərinin predmeti olardı. Bu gün respublika mətbuatında çalışan peşəkar jurnalistlər, qəzet redaktorlar, var ki, o vaxtlar Yusif müəllimdən çox şey öyrəndiklərini səmimiyyətlə söyləyirlər.

 

Qarabağda, Tərtərin Sarıcallı kəndinin qəbristanlığında uyuyur əziz dostumuz, qələm yoldaşımız Yusif İsmayıl. Onun xatirəsi tanıyanların qəlbində həmişə əziz tutulur. Bu gün yaşasaydı, 75 yaşı olardı. Olmadı... Bu gün mənə Yusif müəllim haqqında keçmiş zamanda danışmaq çox çətindir...

 

Həmid NƏCƏFQULİYEV

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.