525.Az

Bəs, ABŞ niyə bin Ladeni məhv elədi?

[16.12.12]
Bəs, ABŞ niyə bin Ladeni məhv elədi? <b style="color:red"></b>

Birinci Dünya müharibəsinin sonunda yaranan qısa qarışıqlıq dövrünün ardından Ermənistan 1922-ci ildə Türkiyə Sovet İttifaqı arasında bölündü. Türkiyə tərəfdə qalan ermənilərin çoxu öldürüldü ya sürgün edildi, Sovet tərəfində qalanlar isə qurtuluş tapdı.”  Bu fikirlərFreedom Housetəşkilatının bu günlərdə yayımlananDünyada azadlıqhesabatının Ermənistana aid hissəsinin girişindəndir. Biz deyilən fikirləri hələlik oxucuların ixtiyarına buraxmaq istərdik. Yalnız bir məsələyə diqqət çəkməklə: belə tərəfli bir girişi olan hesabat qədər obyektiv ola bilər? Hər kəs düşünsün barı...

 

Biz anlayırıq görürük ki, Azərbaycanda insan hüquq azadlıqları, misal üçün, ABŞ-da, inkişaf etmiş Avropa ölkələrində olduğu səviyyədə deyil. Bunun səbəblərini bilirik həmin səbəblərlə mübarizə aparırıq. Ancaq biz onu da anlayırıq görürük ki, bəzən bir sıra qurumlar obyektiv səbəbləri nəzərə almır ya ala bilmir.

 

Biz beynəlxalq qurumların, özəlliklə insan haqları qurumlarının ölkəmizə diqqətini təqdir edirik. Yalnız bir tələbimiz var: bu diqqət obyektiv, əsaslı qərəzsiz olmalıdır. Təəssüflər olsun ki, hər zaman belə deyil.

 

Freedom House-a dəxli olmasa da, təxminən bir ay öncə Beynəlxalq Pen Klubun Azərbaycanda həbsdə olan jurnalistlərlə bağlı siyahısı yayımlanmışdı. qədər təəccüblü olsa da həmin siyahıdaİdealqəzetinin baş redaktoru Nazim Quliyevin adı vardı. iddia edilirdi ki, o dajurnalist fəaliyyətinə görəhəbs edilib. İndi Azərbaycanda bəzi adamları çıxmaq şərti ilə media, insan haqları, QHT fəallarından soruşun görək bu Nazimi kim ümumiyyətlə jurnalist kimi qəbul edir? Bəzi insan haqları dəllallarından başqa heç kim əlbəttə!

 

Sözümüzün canı var. “Freedom HouseAzərbaycanla bağlı dəyərləndirməsində , heç şübhəsiz, bu cür əsassız məlumatların yayılması öz sözünü demişdir. Misal üçün, hesabatdan oxuyuruq: “Qəzetlərin təxminən 80 faizinin sahibliyi hakimiyyətə aiddir. Müstəqil müxalif qəzetlər maliyyə çətinlikləri ilə üzləşir yüksək cərimələrə məruz qalırlar”. Əgər nəzərə alsaq ki, tam obyektiv yanaşma tələb edilir, onda sual olunur, qəzetlərin 80 faizinin hakimiyyətə aid olmasını hansı faktla sübut edirsiniz? Maliyyə çətinlikləri ilə bağlı deyilənlə razılaşmaq olardı. Ancaq niyə bunun yanında həm dövlətin müxalif müstəqil qəzetlərə ayırdığı birbaşa maliyyə yardımından söz edilmir?

 

Hesabatdan daha bir misal: “Hökumət müxalif fikirlər yayan bəzi İnternet saytlarını təkrar-təkrar bloklayıb”. Maraqlıdır, necə olur ki, sırf bu sahəylə məşğul olan birisi kimi şəxsən mənim bundan xəbərim olmur? Yaxud da Azərbaycan daxilində bu haqda hər hansı əsaslandırılmış informasiyaya rast gələn olubmu 2012-ci ildə? Varsa, bizə xəbər eləsin lütfən.

 

Başqa bir misalda isə iddia edilir ki, hakimiyyət dini azlıqların fəaliyyətini əngəlləyir: “Azərbaycan hakimiyyəti mürəkkəb qeydiyyat tələbləri çap materiallarının nəzarətdə saxlanması yoluyla İslam, Ortodoks Xristian Yəhudi dinlərinə dəxli olmayan qeyri-ənənəvi dini azlıqların fəaliyyətinə əngəllər törədir”.

 

Çox maraqlıdır, bəs necə olmalıdır ki? Misal üçün, dünyanın terrorçu kimi tanıdığı bin Ladenin tərəfdarları, ayrı-ayrı vəhabi ya İran molla rejiminə bağlı sözdə din pərdəli terror qruplarının fəaliyyəti yolveriləndirmi? Elədirsə, ABŞ üçün bin Ladeni məhv etdi?

 

Hesabatın bu kəsimi isə heç cür diqqətimizi çəkməyə bilməzdi: “Azsaylı erməni əhalisi daxil olmaqla bəzi etnik azlıq qruplarının üzvləri təhsil, evlə təmin edilməklə bağlı şikayətçidir. 1990- illərin əvvəllərində Dağlıq Qarabağdakı müharibə sonucu məcburi köçkünə çevrilən yüz minlərlə etnik Azərbaycanlı yaşayış yeri məhdudiyyətinə məruz qalır çox zaman da dəhşətli şəraitdə yaşayırlar”.

 

Birincisi, Azərbaycanda etnik zəmində kiməsə qarşı hər hansı məhdudiyyət ayrıseçkilikdən söhbət gedə bilməz. , biz bilirik ki, bir sıra şəxslər qurumlar belə bir problemin olduğunu iddia edirlər. Ancaq hanı sübutlar?! Milli Məclis, Nazirlər Kabineti, müxtəlif nazirliklər dövlətin istənilən idarəsində qədər istəsəniz etnik azlıq təmsilçisi var heç kim heç zaman onlara etnik mənsubiyyətinə görəgözün üstdə qaşın vardemir.

 

Yaxud da iddia edilir ki, Qarabağ müharibəsi sonucu köçkün düşənlərin yaşayış yeri hüququ pozulur. Düzdür, pozulur. Ancaq bunun məhz Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi sonucu baş verdiyini qeyd etmək daha düzgün olmazdımı? Halbuki hesabatı oxuyan Azərbaycanı çox da tanımayan bir oxucu buradan belə qənaətə gələ bilər ki, Dağlıq Qarabağ müharibəsi nəsə Azərbaycan dövlətinin özünün öz içində törətdiyi olaydır buna görə insanların yaşayış yeri hüququ pozulur. Yəni bu fakta görə, əslində, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməklə yüz minlərlə insanımızı yurd-yuvasından edib insan hüquqlarını pozduğu ayrıca qeyd edilə bilərdi.

 

Hesabatda bu cür tənqidə dayanması çətin olan məqamlar çoxdur. Onlar arasında Bakı şəhərinin yenidən qurulması ilə bağlı insanların guya evlərindən zorla çıxarılması haqqında iddialar, yaxud da qadınlara qarşı dövlət səviyyəsində ayrıseçkiliyin tətbiq edilməsi kimi absurd fikirlər yer alır. Bunlara da şərh verə bilərdik. Ancaq, deyir, “görünən dağa bələdçi lazım?”

 

Bu yazını yazmaqda məqsədimiz heç Freedom House”-un dəyərli sandığımız fəaliyyətini hesabatını gözdən salmaq deyil. Sadəcə onu diqqətə çatdırmaq istədik ki, yuxarıda qeyd edilən əsassızfaktlara dayanan bir hesabatla Azərbaycanı (yəni mənim dövlətimi! – A.H.) bir ildir qanın su yerinə axdığı Suriya ilə, yaxud da bir nazirini ölkə rəhbərinin ölümünə ağlamadığı üçün qumbaraatanla ölüm hökmünə məhkum edən Quzey Koreya ilə, lap elə acından günorta yuxudan duran, iqtisadiyyatı sıfırın altında olan, müxalifətin mitinqində on nəfəri bir gündə qətlə yetirən, qəzetləri Azərbaycan qəzetlərinin tozuna belə çatmayan Ermənistanla bir sırada görmək olarmı? Olmaz əlbəttə! Ancaq görənlər varmış. hətta Ermənistanın bizdən daha azad olduğunu belə iddia edərək. Ona görə bu ölkə Azərbaycandan bir addım öndə, yarımazad ölkələr sırasında yer alıb.

 

İndi isə girişdə verdiyimiz sitata qayıdırıq. Ermənistanın bir zamanlar hansısa daha böyük bütöv olduğunun iddia edildiyi belə bir hesabat, təbii ki, Azərbaycana münasibətdə yetərincə obyektiv olmamalı idi. İndi bu hesabatı hazırlayanlara sual versək ki, məgər həmin dönəmlərdə Ermənistan adlı hər hansı bir dövlətmi, siyasi quruluşmu vardı ki, onun yarısı o tərəfdə, yarısı da bu tərəfdə qalmış olsun?!

 

Sonda bir daha qeyd etmək istərdik ki, bu yazıda bəzi məqamlara aydınlıq gətirməkdə amacımız heç Freedom Houseu gözdən salmaq deyil. Biz həmin təşkilatın faydalı işlə məşğul olduğunu bilirik qəbul edirik. Ona görə istəməzdik ki, hesabatlar açıqlayarkən kimlərinsə uydurduğu yalan məlumatlara əsaslansınlar. Daha dürüst, tam obyektiv məlumatlara gərək varsa, biz bunu təmin etməyə hazırıq. Necə ki, bir zamanlar etmişdik onda Azərbaycanın adı nəhayət ki, yarımazad ölkələr sırasına salınmışdı...

 

Azər HƏSRƏT

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.