525.Az

Xəzərdə batmış şəxsin cəsədi tapıldı (Yenilənib)

[16.12.12]
Xəzərdə batmış şəxsin cəsədi tapıldı<b style="color:red"> (Yenilənib)</b>

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri (FHN) Xəzər dənizində batmış şəxsin cəsədini sudan çıxarıb.

525.az-ın FHN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu gün nazirliyin “112” qaynar telefon xəttinə Bakının Xəzər rayonunda Pirallahı qəsəbəsindən Cilov adasına ərzaq aparmaq məqsədilə mühərrikli qayıqla dənizə çıxmış 1960-cı il təvəllüdlü Şükürov Əhmədağa Şirinbala oğlunun dənizdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
 
Məlumatda bildirilib ki, Ə. Şükürov qohumlarına zəng edərək, qayığın mühərrikinin xarab olduğunu və dənizdə köməksiz vəziyyətdə qaldığını deyib.
 
 
Dərhal FHN-nin xilasediciləri bir helikopter cəlb etməklə axtarışa başlayıblar. Bir müddət əvvəl Ə. Şükürovun cəsədi tapılaraq, dənizdən çıxarılıb.
***
12.20

Fövqəladə Hallar Nazirliyi (FHN) Xəzər dənizində köməksiz vəziyyətdə qalmış şəxsin axtarışlarına başlayıb.

525.az-ın FHN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumatda bildirilib.
 
Məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda Pirallahı qəsəbəsindən Cilov adasına ərzaq aparmaq məqsədilə mühərrikli qayıqla dənizə çıxmış 1960-cı il təvəllüdlü Şükürov Əhmədağa Şirinbala oğlu qohumlarına zəng edərək, qayığın mühərrikinin xarab olduğunu və dənizdə köməksiz vəziyyətdə qaldığını bildirib.
 
Dərhal Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri axtarışlara cəlb olunub.
 
Axtarışlar davam etdirilir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.