525.Az

Dövlət dilinin internetdə istifadəsi üçün normalar hazırlanır

[03.12.12]
Dövlət dilinin internetdə istifadəsi üçün normalar hazırlanır<b style="color:red"></b>

Azərbaycanda dövlət dilinin internet məkanında istifadəsi üçün normalar hazırlanır.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun direktoru Fəxrəddin Veysəlli bildirib. Onun sözlərinə görə, artıq bu məqsədlə Dilçilik İnstitutunda tədqiqat qrupu yaradılıb: “Tədqiqat qrupu bu normalar üzərində işləyir. Dövlət dilinin internet məkanında istifadəsi üçün normaların yaradılması il yarım-iki il çəkər. Məqsəd bütün ölkə vətəndaşlarının internet məkanından istifadə zamanı əməl edəcəyi vahid normanın yaradılmasıdır”.
 
F. Veysəlli deyib ki, normalar cəmiyyətin bütün üzvləri tərəfindən qəbul edilməli və hamı üçün vacib sayılmalıdır. Normalar hazırlandıqdan sonra AMEA Rəyasət Heyətində müzakirə olunacaq və daha sonra Azərbaycan hökumətinə təqdim ediləcək: “İnternetdə nə qədər sərbəstlik olsa da, dilin istifadəsinə mütləq nəzarət edilməlidir. Nazirlər Kabinetinin qərarı ilə bu qaydalar təsdiq edildikdən sonra onların istifadəsinə nəzarət də həyata keçiriləcək. Dilçiliyin inkişafına dair Dövlət Proqramında məsələyə nəzarətin Dilçilik İnstitutunda yaradılacaq Monitorinq Qrupu tərəfindən həyata keçirilməsi nəzərdə tutulub”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.