525.Az

“Azərbaycan heç vaxt öz ərazisindən üçüncü tərəfi vurmaq üçün istifadəyə imkan verməz”

[03.12.12]
“Azərbaycan heç vaxt öz ərazisindən üçüncü tərəfi vurmaq üçün istifadəyə imkan verməz”<b style="color:red"></b>

“Azərbaycan heç bir zaman imkan verməz ki, onun ərazisindən üçüncü bir tərəfi vurmaq üçün istifadə olunsun”.

 APA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Britaniyanın “Sunday Times” qəzetinin İsrailin Azərbaycanda yerləşdirdiyi pilotsuz təyyarələrlə İran raket qurğularını vuracağı xəbərini belə şərh edib. Onun sözlərinə görə, bunlar tamamilə absurd fikirlərdir: “Azərbaycan hər zaman mehriban qonşuluq siyasəti yürüdür və öz qonşuları ilə münasibətlərə əhəmiyyət verir”.
 
Xatırladaq ki, Britaniyanın “Sunday Times” qəzeti öz mənbələrinə istinadən yazıb ki, əgər müharibə başlayarsa, İsrail Azərbaycanda yerləşdirdiyi pilotsuz təyyarələrlə İranın raket qurğularını vuracaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.