525.Az

“Babam və mən” yaxud Mansurovlar nəsli fotoşəkillərdə

[02.12.12]
“Babam və mən” yaxud Mansurovlar nəsli fotoşəkillərdə <b style="color:red"></b>

SƏADƏT

 

 

Uzun illər Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsindəEkran dramaturgiyasıTeleviziya rejissorluğufənnindən dərs deyən, ömrünün 40 ilini kino sənətinə həsr edən, monoqrafiyalar, dərsliklər müəllifi, professor Aydın Dadaşovun tədrisinin əsas qayəsinin nəzəriyyənin tətbiqi olduğunu bütün tələbələri bilir. Onun internet şəbəkəsində yerləşdirilən son dövrdə lentə aldığıNisgil”, “Sirk səmasının cazibəsi”, “Çapıqlı adam nəhayət, “Babam mənfilmlərini nəzərdən keçirməklə, dramaturji qanunların ekran əsərinə tətbiqinin məhsuldar nəticəsini görmək mümkündür. “525-ci qəzetin 28.04.2012-ci il tarixli şənbə sayındaÇapıqlı adamfilminin bədii məziyyətlərini oxuculara çatdırmağa səy göstərmişdik. İndi isəBabam mənsənədli filmini nəzərdən keçirək.

 

Musiqiçilər nəsli kimi məşhur olan Mansurovlar ailəsinə həsr olunmuşBabam mənsənədli filminin fotoşəkillər üzərində qurulması ekran əsərinin hər kadrının sanki rüşeymdən cücərməsini gözönü səciyyələndirir. Ötən əsrin əvvəllərində neft bumu ilə bağlı çiçəklənmə dövrü başlayan Azərbaycanda zəngin adamı olan Məşədi Süleymanın özünün fotoaparatı ilə Avropa səyahətinə çıxması Mansurovlar nəslinin zəngin foto mədəniyyətinin mövcudluğundan xəbər verməklə yanaşı, yüz ildən sonra yaranacaq sənədli filmin vizual təməlini yaratdı. Filmin mətn həllini isə kompüter arxasında oturaraq, babasının fotolarını nümayiş etdirib münasibət bildirən Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi, bəstəkar Eldar Mansurovun daxili monoloqu yaradır. Səyahət etdikləri yerlərin fotolarını çəkən Məşədi Süleymanla qardaşı Mirzə Mansurun səyahət zamanı başlarına gələn hadisələrin dövrün fotoları əsasında aparıcı mətnində səslənməsi mükəmməl audiovizuallığı təmin edir. Qardaşların getdikləri məkanlar, tanış olduqları maraqlı insanlarla çəkdirdikləri fotoların bu günədək ailə arxivində qorunub saxlanılması nəhayət ki, Mansurovların zəngin foto arxivinin bədii həllini verir.

 

1952-ci ildə babası Məşədi Süleymanla çəkdirdiyi fotonun necə çəkildiyini xatırlamasa da, fotoaparatının obyektinə düşmüş kadrlara zaman-zaman baxdığını söyləyən Eldar Mansurov mənəvi keçmişə bağlılığın təzahürünə çevrilir. Onun mətnində qamətli kişi kimi tanınan Mansurov qardaşlarıMəşədi Süleyman Mirzə Mansur bəyin hətta yerişlərindən belə, qadınların xoşlanması, çoxlu çamadanları olan qardaşların xarici ölkələrə gəzməyə gedərkən özləriylə tar, fotoaparat aparması, həmin ölkələrdə çoxlu şəkillər çəkdirməsi fikrinin qabardılması babalara həsəd hissinin göstəricisinə çevrilir.

 

Vağzalları, qatarları, asma körpüləri fotolarda izləməklə Avropaya şütüyərək, ilk mənzil başında qarla örtülmüş Helsinkiyə çataraq, şam meşələrinin arasında saunada istirahət edən qardaşların fin mətbəxindən məmnun qalmayıb Şərq plovu arzulamaları həmən reallaşır. Yeməkxanaları, dükanları gəzib plov üçün ət, yağ, ərik qurusu, düyü olduğunu öyrənən Məşədi Süleymanın tapılmayan kişmiş üçün qardaşı Mirzə Mansuru Peterburqa göndərməsi məmnunluq yaradır. Artıq Avropanıngöbəyi Parisdə ovsunlanan qardaşların səhər oyanan kimi özlərini çatdırdıqları kafedə yüz ədəd buterbrod sifariş vermələrini zarafat sayan ofisiantın özünü itirməsi, mətbəxdəki aşpazların çıxıb müştərilərə heyrətlənmələri, restoranın sahibinin qəzetə zəng edərək fotoqraf çağırıb iştahlı qafqazlıların şəkillərini çəkdirib, ertəsi gün qəzetdə çap etdirməsi filmin komizmini artırır. İtalyan mətbəxi, pendir, pizza fotoları ilə ekrana gələn Roma mətbəxini bəyənməyən qardaşların restoranların birində sahibkarın icazəsilə şiş əvəzi qalın məftildən istifadə edərək həyətdə tonqal qalayıb qoyun ətindən kabab bişirmələri, qəfil aləmi götürən tüstüdən yanğının baş verdiyini düşünən qonşuların çağırdığı yanğınsöndürənlərin italyan şərabı üçün ən ləziz qəlyanaltının Qafqaz kababı olduğunu təsdiqləmələri janr təyinatını qoruyur. İnsanlara, xüsusən qadınlara böyük hörməti olan Məşədi Süleymanın Avstriya səfərində Vyana teatrının məşhur opera müğənnisi, kök əndamlı Emiliya Svillinqlə dostluq etməsi, ona Abşeron qızılgüllərindən buket edib qatarla göndərməsi, əvəzində sitrus meyvələr alması ünsiyyətin poetik həllini verir. Teatrda Məşədi Süleymanla tanış olan Vyana operasının primadonnası Selma Kurzun öz şəklini almanca avtoqrafla Məşədi Süleymana bağışlaması həm intellektual əlaqəni səciyyələndirir.

 

Bir neçə dil bilən 1900- ildə Parisdə dünya sərgisində iştirak edən Məşədi Süleymanın qardaşı Mirzə Mansurla orada olan vaxtMoulin Rouge”-Kankanrəqsini seyr etmələri filmin maraqlı bir məqamını ekrana gətirir. Rəqqasə xanımlardan biri ilə gecələyən Mirzə Mansurun daxili azadlığının onun draması ilə qarşılaşdırılması nəzəriyyənin uğurlu tətbiqinə rəvac verir. Rəqqasə xanımla fotoşəklinə faşist sxolastikasının kölgə saldığı, sonralar məşhur tarzən kimi ad-san qazanmış Mirzə Mansurun davamçısı Ənvərin müharibənin qurbanı olduğuna yanıb-yaxılırıq. Hadisələrin inkişafı artıq doğma Bakıda cərəyan etdikcə bizMaşoadlı rəqqasə keşiş qızı ilə sevgi macərası fonunda Qafqazda ilk notlu xalq-musiqi orkestri yaratmaq üçün pul verən, məşqlərin aparılması üçün yer ayıran, afişalar çıxartdıran, konsertlər təşkil edən Məşədi Süleymanın tarzən dostu, daşnaklara yardımdan imtina etdiyi üçün təqib olunan Lazer Ter-Avanesova Kiyevdə mənzil alması sosial-siyasi dalğada insan münasibətlərinin həlledici rolunu təsdiqləyir.

 

Özünün sosial-siyasi dəyərilə seçilən növbəti epizodda bu günümüzə qədər davam edən erməni terroruna münasibət yeni kontekstdə canlanır. Belə ki, neft milyonçusu Musa Nağıyevin İsveçrədə vərəmdən müalicə olunan oğlu İsmayılın Məşədi Süleymana yazdığı məktublarında Bakıdakı erməni qırğını ilə bağlı nigaranlıq öz əksini tapır. bu tarixi-xronikal epizodun ardınca dünyadan nakam getmiş İsmayılın şərəfinə milyonçu atasının tikdirdiyiİsmailiyyəbinasının içərisindəki nadir kitabxana tarixi əşyalarla birgə erməni terrorçuları tərəfindən yandırılıb külə döndərilməsi vizuallığı artırır. Sonralar bərpa olunmuşİsmailiyyəbinasının qarşısından keçərək Milli Azərbaycan Tarix Muzeyinə üz tutan bəstəkar Eldar Mansurov babasının burada saxlanılan dəyərli əşyalarını nümayiş etdirməklə, mövzunu nizamlayır. Montaj edilmədən yeddi dəqiqə davam edən bu uzun planda babasının öz əliylə hazırladığı, müxtəlif səfərlərə götürdüyü tarını, səfər çəkici-bıçağını, sim-mizrab, kamerton saxladığı mücrüsünü, portsiqarını, qoşa Kuba siqarının metal dəri qablarını cibində gəzdirdiyini nəhayət, peşəkar aktyor məharətilə gecə yatarkən məxsusi işləməli bığ bağından necə istifadə etdiyini əyani nümayiş etdirməsi, hətta babasına bənzəmək üçün ötən əsrin əvvəllərində Bakıda dəb olan ucu burma bığ da saxladığını vurğulaması müsahibin intellektual səviyyəsinin göstəricisinə çevrilməklə, informasiya gerçəkliyini artırır. 38 yaşlı Məşədi Süleymanın evinə 11 yaşında gəlin köçən, üstəlik 18 yaşında dünyaya uşaq gətirərkən vəfat edən Həcər xanımın draması bu epizod daxilində öz bədii həllini tapır.

 

Rastlaşdığı maraqlı məqamları fotoaparatın yaddaşına köçürüb gələcəyə göndərən, əl ilə düzəltdiyi tarı səsləndirməklə, minilliklərin süzgəcindən keçmiş mədəniyyəti Avropaya əyani çatdırmaqla, mənəvi kimliyimizi bəyan etməklə yanaşı, kübar xanımların mərhəm imicini qazanan Məşədi Süleymanın timsalında tarixin xronoloji ardıcıllıqla izlənilməsi daha bir epizodu sosial-siyasi istiqamətə yönəldir. İmperiyanı təmsil edən məmurlara, generallara, jandarm rəislərinə xanımlarıyla birgə ziyafətlər verən Məşədi Süleymanın bağında Məşədi Əzizbəyov başda olmaqla, kommunarlarıbolşevikləri belə gizlətməsi siyasi uzaqgörənliklə deyil, ehtiyacı olana yardım kimi təzahürünü tapan mentalitetə söykənir. Bakıya bolşeviklərin gəlişiylə mülkləri, bağları əlindən alınan Məşədi Süleymanın Nəriman Nərimanovla yaxın münasibəti hesabına, Üzeyir bəyin sayəsində indikiKöhnə Univermaqda musiqi şöbəsində çalışarkən, satdığı tarı musiqiçi olmaq həvəsinə düşüb alət seçə bilməyən heyvərənin başında sındırması əslində modernizmə xas olan ironiyanı bütün film boyu kadrarası məqamlarda belə sezilməklə önə çəkə bilir. bir vaxtlar yardım əli uzatdığı bolşeviklərin hakimiyyəti dövründə kiçik mənzildə yaşayıb, gününü darısqal emalatxanada tar düzəltməklə keçirən Məşədi Süleymanın ömrünün sonrakı illərini keçmişin parlaq xatirələri ilə yaşaması taleyini sevmək məcburiyyətində qalan qəhrəmanımıza rəğbət yaradır.

 

Filmin növbəti bölümündə dövrün repressiyalarından xilas olan atasından, o cümlədən əmisindən muğam sənətinin incəliklərini əxz edən Bəhram Mansurovun erkən yaşlarında peşəkar tarzən kimi tanınmaqla, musiqi tariximizə düşməsi öz əksini tapır. Dövrünün bütün mahir xanəndələrini müşayiət etməklə yanaşı, 55 il ərzində Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının solisti olan Bəhram Mansurovun bircə Leyli ilə Məcnunuqovuşdura bilməməsi təəssüfləndiyi tamaşaçıda təbəssüm yaradır. Sənət xiridarı olan ömür-gün yoldaşı ilə böyütdüyü musiqi təhsili verdiyi üç oğlunu bəstəkar, dirijor, tarzən görmək istəyən Bəhram Mansurovun ayda bir neçə dəfə imkan tapıb eyvanda kabab bişirməsinin fotoşəkillərdə ekrana gətirilməsi Mansurovların qastronomik mədəniyyətinin genetik yaddaşda yaşadığından xəbər verir. YUNESKO-da Azərbaycan musiqisini təbliğ edən ilk azərbaycanlı musiqiçi olan Bəhram Mansurovun vallarının dünyaya yayılması fonunda bəstəkar Eldar Mansurovun atasına həsr etdiyiBəhramnaməmuğam-rok sintezinin səhnəyə gətirilməsi bu bölməni tamamlayır.

 

Sonuncu bölmədə film boyu kompüter qarşısında oturmaqla, babasından, atasından qalma fotoşəkilləri şərh edərkən keçmişinə haqlı vurğunluğu gözə çarpan (xüsusən babasının inqilaba qədərki ömür yoluna həsəd çəkən) bəstəkar Eldar Mansurovun da mahnılarının bütün dünyada səsləndirilməsi, repertuarlarını formalaşdırdığı şou-biznes ulduzları ilə fotoşəkilləri nümayiş olunduqdan sonra Mansurovlar nəslinin sonuncu nümayəndələrinin musiqi sənət yolunu seçməmələrinin üzə çıxması nəhayət, qucağındakı körpə nəvəsinin əlindəki mobil telefona həvəs göstərməsi minilliklərdən gələn mənəviyyatımızın xilası üçün həyəcan təbilinə çevrilir.

 

P.S. AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı iləQarabəy Qarabəyov” (Azərbaycan dövlətçilik tarixində islam amili) adlı monoqrafiyası işıq üzü görən professor Aydın Dadaşov sənədli film studiyalarında mənəvi səviyyənin tədricən aşağı düşməsi səbəbindənQarabəy Qarabəyovadlı kinossenarini film studiyalarında deyil, televiziya kanallarının birində ekranlaşdırmaq fikrində olduğunu dedi. “Babam mənin ərsəyə gəlməsinə görə Mədəniyyət Turizm naziri Əbülfəs Qarayevə minnətdarlığını bildirən Eldar Mansurov isə bu filmin ingiliscəyə tərcüməsini gözlədiyini söylədi.

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.