525.Az

Dədəlinin bəxşişi- Cəmil Əlibəyov 85

[02.12.12]
Dədəlinin bəxşişi- <b style="color:red">Cəmil Əlibəyov 85</b>

Akif QƏHRƏMANLI,
tərcüməçi-jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin
Həsən bəy Zərdabi adına mükafatının laureatı
  

Çinara ərəl ağacı da deyildiyini mən ilk dəfə 1984- ildə Azərbaycan Dövlət Nəşriyyatında (“Azərnəşr”) baş redaktor Cəmil Əlibəyovdan eşitmişəm. Sözü deyərkən dirsəyini masanın üstünə dayayıb əlini dik qaldırdı dedi ki, “Bax, belə, düz, şax ağac!”. Onun bu hərəkəti həm xalqımızın ucaboy, düz qamət mücəssəməsi saydığı çinar ağacının mərd ər əli kimi qatlanmaz, əyilməz olduğunu ifadə edirdi.

 

O söhbətin getdiyi günlərdə Kommunist Partiyası Mərkəzi Komitəsinin bilavasitə nəzarəti altında V.İ.Leninin seçilmiş əsərlərinin xüsusi 10 cildliyi buraxılırdı. Yeni nəşrə əvvəlki 55 cildlikdə olmayan hansısa əsərlər daxil idi. Çox ciddi, məsuliyyətli tapşırıq idi. “Azərnəşrin baş redaktorunun, yəni Cəmil Əlibəyovun otağını (mən qəsdən kabinet demirəm, çünki onun otağı nəşriyyatda ən işlək otaq idi) həmin günlərdə müharibə dövrünün qərargahı ilə müqayisə edilə bilərdi. Dövlət Nəşriyyat, Poliqrafiya Kitab Ticarəti işləri Komitəsinin (Dövlətnəşrkom), Partiya Tarixi İnstitutunun Azərnəşrin tapşırığın icrasına cəlb edilmiş işçiləri, demək olar, hər gün Cəmil müəllimin otağına yığışır, 10 cildliyin nəşri prosesində tərcümə, redaktə çap işləri ilə bağlı qarşıya çıxan məsələləri təcili həll edirdilər. “Azərnəşr siyasi ədəbiyyat redaksiyasının müdiri olduğumdan hər gün mən belə atüstü müşavirələrdə iştirak edir rəhbərliyin növbəti göstərişlərini yerinə yetirirdim. Məsləhətləşmələrə çox adam yığışsa da, nəşrin icrasına bilavasitəAzərnəşrcavabdeh idi. Bir çox hallarda vaxtında yeməyə, su içməyə macal tapmırdıq. Əvvəllər Cəmil müəllimin otağına adətən nadir hallarda, bəzi məsələlərin dəqiqləşdirilməsi üçün çağırılırdımsa, indi günümün demək olar əksər hissəsi bu otaqda keçirdi. İşin bütün gərginliyinə baxmayaraq arabir Cəmil müəllimlə gündəlik həyat məsələlərinə aid mövzularda da danışırdıq. aydındır ki, bir-birimizi daha yaxşı tanımağa çalışırdıq. Cəmil müəllimin sadəliyini, səmimiyyətini, insansevərliyini məhz o günlərdə daha aydın görürdüm. Özü haqqında çox danışmağı sevməyən, adətən həmsöhbətindən hal- əhval tutmağa üstünlük verən Cəmil müəllimin  insan psixologiyasına yaxşı bələd olduğunu onda görmüşəm. Ahəstə məhrəmanə səslə öz ailəsində baş verən gündəlik əhvalatlardan birini danışır, sonra məndən bizim evdə belə şeylər olub-olmadığını soruşur, istər-istəməz ürəyimi açmağa sövq edirdi. Məsələn, söhbətlərimizin birində o, oğlunun telefonu otağa keçirərək asta-asta kiminləsə danışdığını, ortada qız məsələsi olduğunu başa düşdüyünü nəql edərkən üzündə elə bir ifadə yaranmışdı ki, az qalırdı  onun oğluna  qibtə edim. Çünki bu müdrik ata oğlunun hansı yaşda olduğunun da fərqində idi, həyatda baş verdiyinin . Mənim uşaqlarımın  yaşını öyrənəndə isə dedi ki, sənin işin uzundur, görəcəklərin hələ irəlidədir. Bəzən elə olurdu ki, Cəmil müəllimin  nəşriyyatın baş redaktoru, özümün isə şöbə müdiri olduğumuzu unudurdum. Lap tay-tuşlar kimi söhbətləşirdik.

 

Ünsiyyətimiz artdıqca Cəmil müəllim yavaş-yavaş uşaqlıq illərindən  üzü bəri başına gələn əhvalatlardan, çəkdiyi əziyyətlərdən, həyatda rastlaşdığı adamlardan danışırdı. Cəmil Əlibəyovla bax, beləcə dostlaşmışıq. Sovet hökumətinin bəy övladlarının başına açdığı oyunlardan xəbərdar olduğumu göstərmək üçün mən ona atam haqqında danışmışam. 1905-ci ildə Şuşada bəy ailəsində doğulub erməni-müsəlman qırğını üzündən bələkdə təhlükəsiz yerə, Bərdəyə qaçırılmış atam da ta 60-65 yaşlarınadək  sovet dövlətinin müvafiq orqanlarının təqibinə məruz qalmışdı. Mən bunu Cəmil müəllimə danışanda dedi ki, “, qağa, bunların hamısı mənə tanışdır. Sənin atanın aqibətini mən yaşamışam. Dövr belə idi”.  Bu cür söhbətlərin sonunda həmişə eyni qənaətə gəlirdik ki, təqsirkar sovet orqanları deyildi, onlar öhdələrinə qoyulmuş vəzifəni yerinə yetirirdilər. Bəla burasındaydı ki, cəmiyyətdə hörmət-izzət qazanmış, bilikli, dərrakəli bacarıqlı bəy övladlarının uğurlarına paxıllıq edən xəbis soydaşlarımız müvafiq orqanlara donosyazırdılar. Əgər təhqiqat orqanlarının qərəzi olsaydı, sorğu-suala çağırılan bəy övladlarını cəza müəssisələrinə təhvil verərdilər. Amma bu, baş vermirdi elə həmin Sovet hakimiyyəti barələrində əsassızdonosyazılan vətəndaşları dövlət xalq qarşısındakı xidmətlərinə görə müxtəlif fəxri adlarla, orden- medallarla təltif edirdi. Deməli, insanın dəyəri, sanbalı, məziyyətləri o zaman da  öz qiymətini alırdı.

 

Millətimizin tarixindən xəbərdar olanlar yaxşı bilirlər ki, Azərbaycan cəmiyyətinin inkişafında  məhz bəy ailələrindən çıxmış ziyalıların çox böyük rolu olmuşdu. Cəmil Əlibəyovun nümunəsi buna əyani sübutdur. O da Azərbaycan jurnalistikasının, mədəniyyətinin inkişafındakı xidmətlərinə görə layiqli hörmət nüfuz qazandı. Cəmil Əlibəyovun daşımış olduğu vəzifələr, aldığı mükafatlar haqqında rəsmi qeyri-rəsmi mənbələrdə çox yazılıb. Ən böyük mükafatı isə xalqın rəğbət məhəbbətidir. Rəhbər işçi kimi , yazıçı-publisist kimi , valideyn kimi , bir dost-yoldaş kimi Cəmil Əlibəyov özünü doğrultmuş adamdır.

 

Cəmil müəllimlə ünsiyyətdə olmuş hər kəs təsdiq edə bilər ki, o, heç zaman səsini zilə qaldırmırdı. Hətta amiranə dediyi sözləri asta səslə deyir, amma bu sözlər ucadan bağıran adamın sözlərindən daha təsirli olurdu. Onun davranışında bir ağayanalıq var.

 

  Sadəliyi böyüklüyündən, sakitliyi müdrikliyindən, xatircəmliyindən, özünə inamından irəli gələn Cəmil müəllimin həyatını mən bu baxımdan örnək hesab edirəm. BunuAzərnəşr, sonra isəKommunistqəzetində onun rəhbərliyi altında işlədiyim müddətdə daha dərindən yəqin etmişəm.

 

Yadımdadır, “Azərnəşr işlədiyimiz dövrdə hərdən hirslənibyuxarıdangələn tapşırıqların mənasız olduğunu dilə gətirir, yerinə yetirməyəcəyimi söyləyirdim. Cəmil müəllim belə anlarda yumşaq, sakit səslə əsəblərimi cilovlayıb deyirdi: “ Qağa, bilirsən var? Sənin, mənim hirslənməyimizin heç nəyə xeyri yoxdur. Bu onsuz da görüləcək. Onlara da göstəriş verənlər var, bəs onlar neyləsin? Sən heç olmasa mənə gileylənirsən, bəs onlar dərdini kimə desin?” Bu sözlərdən sonra sakitləşib elə səylə işləyirdim ki, axırda Cəmil müəllimin özünün mənə yazığı gəlirdi. Otağına çağırıb eyni yumşaq səslə deyirdi : “ Qağa, özünü öldürmə, bu gün var, sabah da olacaq. Tələsdirdiklərinə fikir vermə, onlar da işin belə qısa müddətdə qurtarmayacağını yaxşı bilirlər”.

 

Cəmil müəllimdən eşitdiyim bir hikmətli sözdən sonraAtalar sözlərinin təxminən necə yarandığını  özüm üçün kəşf etmişəm. Bir dəfə aldığım tapşırıq məni o qədər tıncıxdırmışdı ki, lap ərizə yazıb işdən çıxmaq qərarına gəlmişdim. Fikrimi Cəmil müəllimə bildirəndə ondan eşitdiyim cavab hikkəmi soyutmaqla yanaşı, məni xeyli düşündürdü. O  dedi ki, “Qağa, tutalım işdən çıxıb getdin oturdun evdə. edəcəksən? Başlayacaqsan olub-keçəni götür-qoy etməyə. Başına gələnləri saf-çürük etdikcə daxili əzab çəkəcəksən. İstədiyin budur? Ondansa gedib işini görsən yaxşıdır. Bir işin əzabını çəkməkdənsə əziyyətini çəkmək yaxşıdır”. Əsl ata sözüdür. Bu sözü neçə illərdir ki, hər yerdə misal çəkirəm. Fəlsəfəsinə varanda görürsən ki, burda həm mənəvi kateqoriya var, həm fiziki.

 

Bir epizodu da yaxşı xatırlayıram. Əsəri tematik plana salınmış müəlliflərdən birinin əlyazması çıxdaş edilmişdi. MüəllifDövlətnəşrkomiləAzərnəşrarasında vurnuxurdu, döymədiyi qapı, ağız açmadığı adam qalmamışdı, əsərini çapdan buraxdırmaq üşün dəridən-qabıqdan çıxırdı. Tərslikdən həmin kitab da mənim işlədiyim şöbənin xətti ilə çap edilməli idi. Müəllif demək olar hər gün nəşriyyata gəlib zəhləmi tökür, əsəri redaktə etməyimə razı salmaq üçün mənə yağlı vədlər verirdi.MüəllifDövlətnəşrkomda müsbət  cavab aldığını deyəndə onun  sözlərini Cəmil müəllimə çatdırdım. Cəmil müəllim nəinki təəccüblənmədi, hətta gülümsündü həmişəki qaydada asta səslə dedi: “Bilirsən, Akif, bu adamda abır-həyadan əsər-əlamət yoxdur. Nəyə desən əl atıb öz istəyinə nail olacaq. Arada sənin, bir yəqin ki, mənim adımız dilə-ağıza düşəcək. İmkanın varsa, onun yazısına bir əl gəzdir, kitabı buraxaq, canımız qurtarsın”. İlk dəfə onda Cəmil müəllimə etiraz etdim. Dedim ki, müəllifin üzdəniraq yazısını düzəltmək mümkün deyil, onun əvəzinə mən əsər yazan deyiləm. Beləliklə, kitab bizim işlədiyimiz dövrdə işıq üzü görmədi, Cəmil Əlibəyov mən nəşriyyatdan getdikdən sonra çapdan çıxdı. Onda mən Cəmil Əlibəyovun dediyi sözləri yadıma salıb müdrikliyinə bir daha əmin oldum. 

 

Kommunistqəzeti redaksiyasında işləyəndə dəfələrlə redaktor Cəmil müəllimin müsbət keyfiyyətlərinin şahidi olmuşam. Adım tərcüməçiydi, amma çox vaxtqeyri-standarttapşırıqlar üzrə mütəxəssis kimi işlədilirdim. Qəzet Mərkəzi Komitənin orqanı olduğuna görə redaktor tez-tez Mərkəzi Komitədən müxtəlif tapşırıqlar alırdı. Onların yerinə yetirilməsi üçün isə məndən münasibi yox idi. Mənim gördüyüm işləri  redaktorun müavini rəhmətlik Rəfail Nağıyev məsul katib Şakir Yaqubov da asanlıqla görə bilərdilər. Ancaq onların bilavasitə qəzetin hasilə gəlməsi ilə bağlı vəzifə borcları çox olduğundan həm rus dilində, həm Azərbaycan dilində işlənən belə tapşırıqlar adətən mənə həvalə edilirdi. Cəmil müəllim belə tapşırıqların icrasını asanlaşdırmaq üçün məni  dəhlizin başında yerləşən, redaktorun otağına bitişik olan otaqda yerləşdirmişdi. Hər halda bunu mən belə başa düşmüşdüm. Sən demə məsələnin başqa bir səbəbi varmış. Kifayət qədər tanındığına görə adını çəkmək istəmədiyim bir əməkdaş Cəmil müəllimlə daha yaxın ünsiyyət qurmaq məqsədi iləmi,  öz şəxsi marağı üçünmü, ya nədənsə redaktorun katibəsi ilə sıx əlaqə saxlayırdı. İşlədiyim otaq katibənin otağı ilə yan-yana olduğundan Cəmil müəllim məndən çəkindirici amil kimi istifadə etmək istəyibmiş. Bir gün Mərkəzi Komitəyə göndərilmək üçün yazılmış məktubu birlikdə oxuduğumuz məqamda Cəmil müəllim sözarası belə bir cümlə işlətdi: “Qağa, sənin canın üçün əcəb işə düşmüşəm. Buna (yəqin ki söhbətin kimdən getdiyini bildiyimi nəzərə alıb ad çəkmədi) deyən lazımdı ki, şəhərdə qız azdı bəyəm? Gərək gəlib elə mənim katibəmə ilişəsən?”

 

Cəmil müəllimin o məsələni necə çözdüyündən xəbərim olmadı. Yəqin ki, özünə xas olan tərzdə həmin şəxslərlə söhbət aparıb məsələni həll etmişdi. Əslində  onun hər iki işçini inzibati qaydada cəzalandırmaq, hətta işdən qovmaq imkanı vardı. Bunu istəmirdi. Üstüörtülü gileyinin səbəbi isə o idi ki, insanlardan həmişə umduğu mədəniyyət, şərəf ləyaqəti görmürdü.

 

O özü həmişə belə olmuşdur: ləyaqətli, xeyirxah dürüst. “Azərbaycan gəncləriqəzetinin redaktoru olanda da, Dövlət Televiziya Radio Verilişləri Komitəsində sədr müavini işləyəndə , “Azərbaycanfilmkinostudiyasının direktoru olanda da, Azərnəşrin  baş redaktoru, “Kommunistqəzetinin redaktoru, “Yazıçınəşriyyatının baş redaktoru vəzifələrində, başqa vəzifələrdə işləyəndə . Cəmil müəllim gənclərin bütöv bir dəstəsini jurnalistlik, publisistlik yoluna yönəltmiş, onların peşəkar kimi yetişib püxtələşməsinə yardımçı olmuş, istedadlı, zəkalı gəncləri daha yaxşı işləməyə həvəsləndirmiş, xeyir-dualarını vermişdir. Bunu onunla birgə işləmiş hər kəs etiraf edir. 

 

Uşaqlıq çağlarından bəyliyinin səfasını yox, cəfasını çəkmiş, həyatın haqsızlıqları, insanların naqisliyi ucbatından əzablı anlar yaşamış olan Cəmil müəllim bütün bunlardan sarsılmamış, sınmamış, əksinə, daha möhkəm, daha mübariz olmuş, müdrikləşmişdir. Dədəsinin dədəsinin hökmranlıq etdikləri,söz  nüfuz sahibi olduqları Dədəli oymağında, Dədəli kəndində dədəsiz yaşamağa, anasının himayəsinə sığınmağa məhkum edilmiş Cəmil Əlibəyov zəkası, mübarizliyi çalışqanlığı sayəsində bütün sınaqlardan alnıaçıq- üzüağ çıxmış, heç zaman qürurunu ləyaqətini itirməmiş, sənətin şöhrətin zirvələrini fəth etmiş, öz yaradıcılığı, həyat mövqeyi ilə ümumxalq hörmət məhəbbətini qazanmışdır.Bu gün Cəmil Əlibəyov özü böyük bir Dədədir, Dədəlinin Azərbaycan xalqına qiymətli bəxşişidir. Məncə, məhz Cəmil Əlibəyov həyatı yaşamalısan ki, “Mənim analı dünyamı yaradasan. Kürə şəklində olduğu üçün ucu, bucağı olmayan dünyaya məhz Cəmil Əlibəyovun gözü ilə baxmalısan ki, “Bu dünyanın o biri ucunu görəsən.

 

Maksim QorkiMənim universitetləriməsərində özünün keşməkeşli həyat yolunu təsvir etmiş, biliklərə təcrübəyə bunun sayəsində yiyələndiyini dilə gətirmişdir. Cəmil Əlibəyovun keçdiyi həyat yolu onunkundan heç az əzablı keşməkeşli olmamışdır. Amma Cəmil müəllim öz həyat yolunun bir çox məqamlarını əsərlərində daha ustalıqla daha yüksək bədii səviyyədə  əks etdirmişdir. Cəmil müəllimin həyatına yaradıcılığına  bələd olanlar bunu daha yaxşı duya bilirlər.

 

...Deyirlər,Allah hansı bəndəsini daha çox istəyirsə, onu daha çox sınağa çəkir. Bu gün Cəmil müəllim yenə sınaqdan keçməkdədir. Mən əminəm ki, o, bu sınağı da məharətlə adladacaq. Axı o, heç vaxt əyilməyib sınmayıb.            

 

Cəmil müəllimi 85 yaşının tamam olması münasibəti ilə ürəkdən təbrik edir,tezliklə şəfa tapmasını, onun üçün darıxmış oxucularını yeni əsərləri ilə sevindirməsini arzulayıram!


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.