525.Az

Oralarda kimlər var- Cavad Zeynal-3

[02.12.12]
Oralarda kimlər var- <b style="color:red">Cavad Zeynal-3</b>

Yazar,dramaturq alim Aslan Qəhrəmanlı şair Cavad Zeynalın “AXŞAM QƏRİBLİYİkitabına  yazdığı ÖN SÖZDƏ qeyd eləyir :”Qarşımda hələ çap olunmamış bir kitabın kompüterdə yığılmış variantı var. “Axşam qəribliyiadlandırılan bu kitabı gözdən keçirirəm, yadıma müəllifinşair nasir Cavad ZeynalınYazıçınəşriyyatında işlədiyi vaxtlar, bir şair Qabilin eyni adlı şeiri düşür:

Gedirsən, deyirsən öz-özünə sən:

Bu səbəbsiz olan qüssəni unut!

Lakin heç qoyarmı qəlbin ola şən

Axşam qəribliyi, bir ki, sükut?!”

...Cavad Zeynalın son zamanlar məhsuldar işləməsi bəzilərini təəccübləndirsə , mən buna çox təbii baxıram. Çünki yaradıcılıq məsələsi həddindən artıq mürəkkəb məsələdir. Hər gün müəyyən saatlarda yazanlar da var, aylarla mövzunu beynində saf-çürük edib birnəfəsə yazanlar da. Cavad Zeynal ikincilərə aiddir. Onun mətbuatda çıxan şeirlərinin, hekayələrinin çox böyük hissəsini oxumuşam bəzən fikirlərimi müəllifə bildirmişəm. Nəhayət, haqqında danışdığım kitabın əlyazmasını (yəni kompüterdə yığılmış variantını) görəndə tənqidi qeydlərimi söyləməyi xahiş elədi. Düzünü deyim ki, kitab xoşuma gəldi. Buraya müəllifin həm şeirlərinin, həm nəsr əsərlərinin bir hissəsi daxil edilib.Yaradıcılığa şeirlə başlamış Cavad Zeynal sonradan nəsrə keçsə , çox az dəyişib, yenə gəncliyində olduğu kimi emosionaldır, dəymədüşərdir, tez inciyəndir bir az da... bədbindir.Bilmirəm Cavad özünü şair hesab edir, yoxsa nasir? Bunu mən ondan heç soruşmamışam. Çünki onun cavabı olur-olsun, lap qalın-qalın romanlar yazsa belə, o şairdir”. 

 Redaktorluq fəaliyyətiniz ömrünüzün yaradıcılığınızın çox böyük bir bölümünü təşkil edir bu haqda ürəyiniz dolu olduğu üçün bir həmin illərə qayıdaq.

Aradan bir neçə ay keçmiş Əjdər Xanbabayev məni çağırdı.

Hüseyn İbrahimovun romanını gələn ayın yığım qrafikinə salıram, niyə ləngidirsən?

Dedim bəs belə-belə. Əjdər müəllim dodağını çirmədi. Handan hana:

İndi olsun bəs?

Gətirər, mən hazırlayıb verərəm.

Hüseyn müəllim on-on beş gündən sonra əlyazmanı gətirdi. Təzədən oxudum. Mən deyən şeyləri tam verməsə , hadisələrə müəyyən qədər toxunmuşdu. Kim demiş, heç olmamaqdan olmaq yaxşıdı. Qol çəkdim roman tezliklə işıq üzü gördü.Bunları niyə sadaladım? Sözümün canı odur ki, redaktor müəllifi işlətməyi bacarmalıdı. Kimliyindən, vəzifəsindən, nüfuzundan çəkinməməlidi. Belədə hamı udur, müəllif , əsər , oxucu da. Bax, bu bu kimi keyfiyyətlərə görə mən redaktoru ikinci müəllif hesab edirəm.

1993- ildə Əkrəm Əylisli nəşriyyatda ixtisarlar aparmağa başladı. O, əvvəlcə sayılan, seçilən, müəyyən qədər ədəbi nüfuzu olan Zəlimxan Yaqubu, Müzəffər Şükürü məni işdən çıxartdı.MənÖyrətmənnəşriyyatının ( gözəl ad) (sonradanTəhsilelədilər) direktoru Bəhruz Axundova müraciət elədim. Ştat olmadığından Bəhruz müəllim nazirliklə danışıb düzdü-qoşdu nəşriyyatda mənəSifariş ədəbiyyatı redaksiyasıyaratdı. Məni müdir təyin etdi. İki ilə yaxın bu redaksiyada işlədim alim yoldaşlarla əlaqə qurub bir sıra mühüm kitablar çap etdirdim. Nəşriyyat təsərrüfat hesablı olduğundanSifariş ədəbiyyatıözünü doğrultmadı. Maliyyə məsələsi ilə üz-üzə qaldığımızdan bu redaksiya bağlandı mənƏdəbiyyatredaksiyasına böyük redaktor vəzifəsinə keçirildim.Bu redaksiyada ilk işim 9-cu sinif üçün ədəbiyyat dərsliyi oldu. Müəllifləri akademik Əliyar Səfərli professor Xəlil Yusifli idi. Bəzi klassiklərimiz haqqında minoqrafik akademik üslub duyulurdu. Oçerklər ha sadələşdirilsə , bu üslubdan tam xilas olmamışdı. Orta əsrlər folklor nümunələrimizin dastanlarımızın təhlilində müəyyən yanlışlıqlar köhnə yanaşmalar özünü apaydın göstərirdi.Ciddi qeydlər apardım müəllifləri çağırdım. Xəlil Yusifli Gəncədə yaşayırdı orda Pedaqoji İnstitutda (o vaxt belə adlanırdı) dərs deyirdi. Bu uzaqlığa görə Əliyar Səfərli tək gəldi.Əlyazmanı qeydlər qarışıq qoydum qabağına. Qeydlərdən bir neçəsinə baxandan sonra məsələnin ciddiliyini görüb, əlyazmasını təzədən işləmək üçün götürüb apardı. Bir aydan sonra təzədən gətirdi minnətdarlığını bildirdi. Mən əlyazmanı təzədən oxudum. Düzəlişlərin bəziləri yaxşı işlənmişdi, bəzilərində səthilik var idi. İllah daKoroğludastanındaQıratın oğurlanmasıoçerkindəki fikir ayrılığımız qüvvəsində qalmışdı. Yenə çağırdım düz on gün mənimlə işə gəldi, mənimlə işdən getdi. Necə deyərlər, bir-birimizin nəfəsini yaxşıca kəsdik.”Qıratın oğurlanmasıoçerkinə çatanda ikimiz ilan kimi quyruğumuz üstə qalxdıq. Dedim bu mövzuda mənimAydınlıqqəzetində bir səhifəlik məqaləm çıxıb, oxumusanmı? Dedi yox. Şərtləşdik, səhəri mən qəzeti gətirdim. Oxudu. Bərk tutuldu. Mənim məqaləmlə onun yazdığı daban-dabana zidd idi.Höcətləşməyimiz sərlövhə ilə Keçəl Həmzənin sırf mənfi qəhrəman kimi təqdim olunmasında idi. Qəti etirazımı bildirdim. 

Axı, Həmzə Qıratı oğurlamır, Dür atı aparır. Onu da məqsədlərinə çatmaq üçün. Yəni paşa ilə qohumluqdan yararlanıb günə çıxmaq üçün. Dəyirman səhnəsini yadına sal. Qıratın cilovunu dəyirmanın qabağında Həmzəyə Koroğlu özü verir. Al bunu saxla deyib, dəyirmana girir dəyirmandakının Həmzə olmadığını görəndə tez bayıra atılır. Bayırda görür çaydan o tərəfki yamacda Həmzə Qıratın belində onu gözləyir. Koroğlunun başında ildırım çaxır. Ona hərbə-zorba gəlir. Lakin Həmzə onun hərbə-zorbasından heç pəsinmir . Çünki bilir ki, Koroğlu Düratla ona çatası deyil. İşi belə görən Koroğlu onu aldilə çəkir, “Bir çayı keç bəri, söhbətləşək” – deyir. Lakin Həmzə aldanmır burda məşhur klassik söz işlədir: “Yox, aşna! Keçəl suya getməz!”. Koroğlu işin-işdən adladığını görüb atın tərifini verir tapşırıqlarını tapşırır. Həmzə onu arxayın salır ona ciddi söz verir: “ vaxt Qıratın dalınca gəlsən, üzəngisini özüm basacam”. Buna oğurluq deyirsən? Bu, aparmaqdı, oğurluq yox! İkincisi, mənə elə bir folklor nümunəsi göstər ki, orada keçəl obrazı mənfi olsun. Üçüncüsü, Koroğlu Qıratın dalınca gedəndə özünü Hasan paşaya aşıq kimi təqdim edir. Xəbər Həmzəyə çatanda bilir ki, bu Koroğlu olacaq, aşıq-filan yalandı. Özünü tez Dona xanımın aynabəndinə yetirir. “İndicə dədeyin toyu olacaq!” – deyir. İfadəsində sevincə bax, Koroğluya sevgiyə bax. Axı, o Hasan paşaya xəbərə yüyürmür, satqınlıq eləmir ki!? tövləyə qaçıb özünü Koroğluya çatdırır. Tez atın üzəngisini basır ikinci klassik sözünü deyir: “Söz dəyirmandakıdı, Koroğlu!”. İndi səndən soruşuram, Əliyar Səfərli, mənə elə bir mənfi qəhrəman adı çək ki, ondan bircə aforizm qalsın? Halbuki mənfi dediyin o Keçəl Həmzədən bir yox, iki aforizm qalıb: “Keçəl suya getməzSöz dəyirmandakıdı”. Biri hiylənə aldanmaram anlamında, biri kişilik. Dünya ədəbiyyatında var belə qəhrəman?Əliyar Səfərli fakt qarşısında qaldı. Aramızda belə bir dialoq oldu:

Dadaş, Keçəl Həmzə haqqında ümumiləşmiş fikri belə birdən-birə mən dəyişə bilmərəm.

Bəs kim dəyişməlidi?

Yoox! Bu folklorşünasların işidi.

Düzdü, folklorşünasların işidi. Amma dərsliyi yazan sənsən axı. Burada təhlil sənindi. Şagirdlərə dastanı sən aşılayırsan. Düzgün aşıla da.Əliyar müəllim çarəsizləşdi. Verdiyim qəzeti , əlyazmasını da götürüb apardı. Mən başqa əlyazmanıon on birinci siniflər üçün Tofiq Hacıyevlə (onuncu sinif) Nizami Cəfərovun (on birinci sinif) yazdığı Azərbaycan dilinin qrammatikası dərsliyinin əlyazmasını redaktəyə götürdüm. Tofiq müəllim maarif naziri (təsəvvür edin, nəşriyyat nazirliyə tabe idi), Nizami isə Dövlət Universitetində dekan idi. Əlyazması ilə tanışlıqdan gördüm ki, xeyli su var, yəni artıq şeylər.Nizami Cəfərovu çağırdım. Qeydlərə baxan kimi qələmi götürdü əlinə, ixtisarlar apardı. az, azacıq, iki çap vərəqinə yaxın ixtisar etdik. Əlyazma yığcamlaşdı, yüngülləşdi. Lakin içimdə bir nigarançılıq qalırdı. Bu ixtisarları Tofiq müəllim, hər halda bilməliydi. Axı, o, müəllif idi. Fikrimi Nizami müəllimə bildirdim. Razılaşdı. Əlyazmanı götürüb apardı səhəri qaytardı ki, bəs Tofiq müəllimə göstərdim, razıdı. Bundan sonra mən yüngülləşdim əlyazmasına qol çəkdim.Əlim boşalmışdı. Əliyar Səfərlidən isə səs çıxmırdı. Redaktoru olduğum redaksiyanın müdiri Məsudə xanım Zeynalova otağıma gəldi. O, nəşriyyatda hamı üçün ağbirçək idi. İllah da mənim üçün. O, boyda, buxunda, sifət quruluşunda rəhmətlik böyük bacıma elə oxşayırdı... Mən onu hər görəndə səksənirdim. böyük anlamda həmişə ona müdir deyirdim.

Sənə bir işim düşüb.” – dedi. Dedimbuyur!”. Dedisöz ver ki, əməl eləyəcəksən, deyim”. Dedimbaxır nədi . Bəlkə heç imkanımda deyil?”. Dediyox, öz əlindədi.”. Mən yüngülləşdim: “Onda yüz faiz!” “Doqquzuncu sinfin ədəbiyyatına qol çək”. Mən haldan-hala düşdüm. “Müdir” – dedim – “Sən ki məni yaxşı tanıyırsan. Bilirsən ki, mən heç vaxt imzama xəyanət etmirəm. Düzəltsin gətirsin, qol çəkərəm”. “Düzəldib gətirib. Mən baxmışam”. Gözüm üzündə qaldı. “Mənə niyə baş çəkməyib?”. “Bilmirsən?”. Gülmək məni tutdu.  Yəni belə qorxuluyam?”. “Əşi, sənnən olmaz e... bir dənəsən”. “Çox tərifləmə, zayım çıxar”. “Çıxmaz”. – Sonra əlavə etdi. “Gətirim?”. “Nəyi?”. Əlyazmanı”. Mən duruxdum, elə bildim yenə böyük bacım qarşımda durub məndən xahiş eləyir. Göz-gözə qaldıq. “Arxayın olum?”. “, müəyyən qədər sənin iradlarını nəzərə alıbdı”. Köksümü ötürdüm. “Yaxşı, gətir”. – dedim. Gətirdi qol çəkdim.

(Davam edəcək)

abdin[email protected]mail.ru

tofigabdin.com

Tofiq ABDİN

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.