525.Az

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur

[02.12.12]
Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur <b style="color:red"></b>

(Əvvəli ötən şənbə saylarımızda)

 

 

Antonin kimi mənim üçün şəhər vətən Romadır, bir insan kimi isədünyadır.

Mark Avreli

 

 

Onun gözlənilməz uğuru, 1189-cu ildə səlibçilərin işğallarının üç şəhərlə məhdudlaşmasına gətirib çıxardı. Çox güman ki, Səlahəddin onun Yerusəlimi işğal etməsinə Avropanın reaksiyasını qiymətləndirməmişdi, ona görə xristianlar yeni səlib yürüşü çağırışı ilə çıxış etdilər. Üstəlik çox sayda böyük kübarlar məşhur rıtsarların iştirak etdiyi bu səlib yürüşü həmçinin üç ölkənin krallarını mübarizəyə qoşdu. Bunlar Almaniya imperatoru Fridrix Barbarossa, İngiltərə kralı I Riçard Şirürəkli Fransa kralı II Filip Avqust idi. Fridrix Barbarossa kiçik bir çayda çiməndə batdı onun ordusu tezliklə parçalandı. Digərləri quruda ərazinin içərilərinə girəndə bədbəxtliklə üzləşdilər nəticədə Filip vətənə döndü, Riçard isə ümidini itirib axırda Səlahəddinlə danışıb xristian zəvvarların üç il ərzində Yerusəlimə Sahibin qəbrinə sərbəst ziyarət etmək razılığını aldı.

 

Yerusəlimə gəlməyə can atan bütün xristian zəvvarlara o, imtiyazlar toxunulmazlıq qarantiyası verdi. Çünki Səlahəddinin düşüncəsinə görə Yerusəlim həqiqətən Müqəddəs şəhər olduğundan, orada zorakılığa qəddarlığa yer olmamalı idi.

 

Xristian cəhdlərinin ölçüsü Səlahəddin barədə müasirlərinin aldığı təəssürat, nəcib cəngavər bir düşmən kimi onun şöhrətinin üstünə əlavə olundu. Bu, hətta onun hərbi qələbələri ilə heç vaxt müqayisə oluna bilməzdi. Axı onun qələbələri ilə yanaşı məğlubiyyətləri olurdu. Lakin Səlahəddinin igidliyi, gücü qəddarlığı barədə əfsanələr dolaşırdı.

 

1191-ci ildə səlib ordusu Akranın divarları qarşısında sahilə çıxdı. Bu Yerusəlimə gedən yolda ən vacib qala idi. 1191-ci ilin iyununda Riçard Şirürəkli Yerusəlimə gedən yolda ən vacib qala olan Akra şəhərinin yaxınlığına gəlib çıxdı. Şəhər səlibçilərin mühasirəsində idi. O, mühasirədə olanlara kömək göstərməyə tələsən Səlahəddinin ordusunu qovdu, bundan sonra mühasirəni elə gücləndirdi ki, Akranın müsəlman qarnizonu iyunun 12- Səlahəddinin razılığı olmadan təslim oldu.

 

Akranın işğalı Suriyada müharibəni dayandıra bilərdi, lakin Səlahəddinin sülh şərtlərini vaxtında yerinə yetirməməsi Riçardı qəzəbləndirdi. O, 200 əsir müsəlmanın boynunun vurulmasını əmr etdi. Sonra Riçard sahildəki digər qalaları da aldı Askelona Yaffaya sahib oldu.

 

Riçardın Askelona yürüşü vaxtı Arsufdakı böyük qələbədə Səlahəddin qoşunları 7 min adam itirdi, qalanları isə qaçmağa üz tutdu. Həmin hadisədən sonra Səlahəddin Riçardla açıq döyüşə girməkdən çəkinirdi.

 

Riçard taktikada çox güclü idi, strateq kimi isə Səlahəddin ondan üstün idi. Səlahəddin geri çəkiləndə yanmış torpaq taktikasını tətbiq edirdiəkinləri, otlaqları məhv edir, su quyularını zəhərləyirdi. Suyun qıtlığı, atlar üçün yemin olmaması səlibçilərin çox millətli ordusunun sıralarında narazılığın artması Riçardı belə bir nəticəyə gəlməyə məcbur etdi ki, bütün qoşunlarının praktiki olaraq məhvinə risq etmək istəmirsə, Yerusəlimi mühasirəyə almaq iqtidarında olmayacaqdır. Ona görə o, 1192-ci ildə Yerusəlimi tutmaqdan imtina etdi Askelonu idarə etməyə başladı.

 

Sülh müharibəsi barədə danışıqlar göstərdi ki, Səlahəddin artıq vəziyyətin ağasıdır.

 

Askelon da dağıdıldı. Yerusəlim krallığının məhvinin səbəbi isə, heç şübhəsiz, islam Şərqinin birliyi oldu.

 

Səlib yürüşü uzun çəkdi taqətdən salan oldu, yürüş əslində əsasən I Riçard Şirürəklinin impulsiv hərbi dühasına əsaslanmışdı. Lakin o, demək olar ki, heç nəyə nail ola bilmədi. Feodalların  topladığı hazırlıqsız yorulmuş döyüşçülər hər il yalnız məhdud mövsümdə vuruşurdular. Səlibçilər Levant sahilində azacıq əraziləri tuta bildilər, 1192-ci ildə kral Riçard üzüb Şərqi tərk etdikdə döyüş başa çatmışdı. Səlahəddin öz paytaxtı Dəməşqə qayıtdı fasiləsiz olaraq vaxtını yəhər üstündə keçirməsi onu xəstələndirmişdi 4 mart 1193- ildə o, vəfat etdi.

 

Qohumları artıq imperiyanı hissələrə parçalamağa hazır olanda, onun dostlarına məlum oldu ki, müsəlman dünyasında ən qüdrətli ən alicənab hökmdar olan bu adam öz qəbrinin haqqını ödəmək üçün kifayət qədər pul qoymadan dünyadan köçmüşdür. Böyük filosof Mark Avreli demişdi: “Ölüm bizim hamımıza gülümsənirsə, yalnız ən igidlər ona cavabında gülümsənə bilirlər”. Səlahəddini məhz belə igidlər sırasına daxil etmək olardı, çünki o, həmişə qarşıdakı ölümün üzünə dik baxırdı.

 

Qəhrəman olmaq, həm hər şeydən güclü olan taleyə qarşı vuruşmaq deməkdir. Məhz belə dövrlərdə yüksək şəxsiyyətlər yaranır onlar dünyanın ən azı müəyyən hissəsinin taleyini həll etməyə qadir olurlar. Onlar əbədi ulduzlar kimi unutqanlıq gecələrində daim işıq saçırlar.

 

Səlahəddin gözəl xarakterə malik idi, xristianlar müsəlmanlar arasında əsl cəngavər kimi şöhrət tapmışdı. Onun alicənablığı Riçarda etdiyi güzəştlərdə əsirlərə münasibətində öz əksini tapırdı. Səlahəddin qeyri-adi dərəcədə xoş xasiyyətli insan idi, billur təmizliyə malik idi. O, heç vaxt ruhdan düşmürdü, qadınlara, bütün zəif insanlara münasibətində əsl xeyirxahlıq nümunəsi göstərirdi, uşaqları çox sevirdi.

 

Onun uğurlarının mənbəyi hər şeydən əvvəl onun şəxsiyyətində qərar tutmuşdu. O, islam ölkələrini işğalçı səlibçilərə qarşı mübarizə üçün birləşdirmişdi. Lakin onun da zəif cəhətləri var idi, taktikada güclü deyildi, həm onun ordusu muzdlulardan ibarət idi. Özü deyirdi ki, “mən onu öz ardımca aparmasam hər an ona nəzarət etməsəm, mənim ordum heç nəyə yaramır”.

 

Səlahəddin Şərqin tarixində fateh kimi qaldı, o, Qərbin müdaxiləsini dayandırdı islamın gücünü Qərbə qarşı yönəltdi. O, ram olmayan bu qüvvələri bir andaca birləşdirməyi bacaran qəhrəman idi. Nəhayət, o, islamın yüksək ideallarını ləyaqətlərini öz şəxsiyyətində təcəssüm etdirən bir müqəddəs idi.

 

Döyüşdə ilkgüc sınaqları”, həm məğlubiyyətlər Səlahəddinə göstərdi ki, səlibçilərlə bacarmaq o qədər asan məsələ deyildir. Hərbi əməliyyatlarla qələbə çalmaq mümkün olmayacaqdır. Bu vaxt Sultana Səlahəddinin iqtisadi dühası köməyə gəldi. O, səlibçilərə qarşı iqtisadi müharibə aparmağı qət etdi. Həmin vaxtlarda Avropa rıtsarları ədviyyat ticarətindən böyük fayda götürürdülər. Ədviyyatın daşındığı yolun baş mərhələsi olan Aralıq dənizi ilə aparılan ticarətə bütünlüklə italyan şəhər-dövlətləri nəzarət edirdi. Qırmızı dəniz karvanların getdiyi quru yollar isə Səlahəddinin əlinə keçmişdi. Bundan sonra Avropa feodal qəsrləri ədviyyat ticarətində demək olar ki, bütün gəlirlərini itirdilər. İqtisadi müharibə hərbi diplomatik zəfərə yol açdı Səlahəddinin müdrikliyini göstərdi.

 

 

Xristofor Kolumb

 

Calamatias virtutis occasio (lat.) – Bədbəxtlik igidlik üçün səbəb rolunu oynayır.

 

Seneka

 

Azad o adamdır ki, yalanı səmimi qaydada həqiqət kimi qəbul edir.

 

 

Epiktet

 

Yeni  Dünyanı kəşf edən Xristofor Kolumb (ispan dilində Kristobal Kolon) bütün dövrlərin ən böyük dənizçilərindən, səyyahlarından biri olmuşdur, lakin İspaniyaya məxsus olduğunu iddia etdiyi Qərbi İndiyalardakı despotik şıltaq inzibatçılığı özü haqqındakı müsbət rəyin bir qədər dəyişilməsi ilə nəticələndi. Kolumb dəqiq məlum olan səyahətçilərdən biridir ki, Atlantik okeanı şimal yarımkürəsində üzüb keçmiş ilk avropalıdır ki, Karib dənizinə gedib çıxmışdır. O, Cənubi Mərkəzi Amerikanın başlanğıcını qoymuşdu. Çox sayda adaları kəşf etmişdi. Onun qeyri-adi yüksək təxəyyüllü ağlı yüksək köklənmiş avtokratik xarakteri ilə birləşməklə, onu azmaq yoluna yönəltdi, əvvəlcə ona şöhrət var-dövlət gətirsə , lakin sonradan taleyinin faciəli qaydada dəyişilməsinə səbəb oldu, onun Yeni Dünyaya axırıncı səfərindən bu dəniz-okean dənizlərinin admiralı İndiyaların vitse-kralı qandalda qayıtdı. Ömrünün bir hissəsindəki şərəf böyük mülkiyyət qazanmaq üçün ürək ağrıdan cəhdləri onu çaşdırmışdı.

 

O, italyan liman şəhəri olan Genuyada yaşayan toxucu kişinin oğlu idi. Onun anadanolma tarixi dəqiq bilinmir, güman edilir ki, 1451-ci ildə anadan olmuşdur. Belə hesab edilir ki, ilk olaraq atasının sənəti üzrə işləmiş, 14 yaşı olanda dənizdə üzməyə yollanmışdı. Yəqin ki, o, 1472-73- illərdə dəniz quldurunun xidmətində olmuşdu, sonrakı ili isə yunan adası Kosda yaşamışdı. Müqəddəs Vinsent burnu döyüşündə iştirak etdikdə onun olduğu gəmi yanmış, avarların köməyi ilə o, üzüb Portuqaliya sahilinə çıxmışdı. Genuyaya qarşı Portuqaliyanın tərəfində vuruşması onun vətənpərvər olmamasından xəbər verir. O, bir daha heç vaxt Genuyaya qayıtmadı, hətta qardaşlarına məktublarını da italyanca yazmırdı, yalnız ispan dilində yazmağa üstünlük verirdi. Qardaşları da özlərini ispan dili qaydasında Kolon adlandırırdı (onun italyanca soyadını bildirən colombo sözügöyərçindeməkdir). Bu faktlar göstərir ki, Kolumb Genuyada məskunlaşmış ispan-yəhudi ailəsindən idi.

 

Kolumb Amerikanı astronomiyadan çox peyğəmbərə möhkəm inanmağına görə kəşf etmişdi. O, 1502-ci ildə kral Ferdinand kraliça İzabellaya yazırdı ki, (bu ər-arvad rüşeym halında olan mərkəzləşmiş İspaniyanınAraqon Kastiliyanın həmhökmdarları idilər), “İndiyalara səfəri icra edəndə matematikadan, xəritələrdən istifadə etməmişdim. Yalnız İsayyanın (peyğəmbər) sözlərini bütünlüklə yerinə yetirmişdim”. O, Bibliyadakı İsayyaya aid 11:10-12 (ayələrində) abzaslarında ifadə olunan fikri nəzərdə tuturdu. Axı onun həyatı dramatik səhnələrlə zəngin idi. Gəmi qəzasından fövqəltəbii qaydada xilas olub Portuqaliyaya gəlməsi , sonra baş verən hadisələr qəribəlikdən xali deyildi.

 

Belə güman edirlər ki, hələ 1474- ildə astronom coğrafiyaşünas Paolo Toskanelli ona məktubunda yazmışdı ki, onun rəyinə əməl edib, əgər qərbə tərəf üzülsə, dəniz yolu ilə Hindistana daha qısa müddətdə çatmaq mümkündür. Elə o vaxtlar Kolumb Hindistana səyahət etmək barədəki öz layihəsi barədə fikirləşməyə başlamışdı.

 

Portuqaliya o vaxt məlum olan dünyanın qərb qurtaracağı idi, Lissabon isə (bu şəhər OdisseyinUlissin şərəfinə belə adlandırılmışdı, qədim yunan mifologiyasının macəraçı qəhrəmanının adını bütünlüklə doğruldurdu) yeni torpaqlar kəşf etməklə bağlı olan dənizçilərin mühüm görüş yeri idi. Portuqaliyalılar buradan üzüb Madeyranı kəşf etmişdilər, Afrikanın Atlantik okeanı sahillərinə gəlib çıxmışdılar. Şəhər həm artıq incəsənət elmlər üçün, xüsusən kosmoqrafiya astronomiya üzrə mərkəz rolunu oynayırdı. Güman ki, Xristofor da kiçik qardaşı Bartolomey ilə bura gəlib çıxmışdı. O, dənizə görə vətənini tərk etmişdi kartoqrafçı kimi fəaliyyət göstərirdi.

 

Şərqə çatmaq üçün qərb tərəfə üzmək, yuxarıda deyildiyi kimi, ilk dəfə florensiyalı bir kartoqrafın ağlına gəlmişdi. Portuqaliyada sahilə çıxdıqdan sonra Kolumb İspaniyaya üzmüşdü bu səfəri vaxtı artıq Qərb yolu iləKataya” (o vaxtlar Avropada Çini belə adlandırırdılar) üzmək barədə düşünmüşdü. Sonra o, Madeyra adalarında məskunlaşdıqda Cənubi Atlantikaya üzmək istəmişdi, bir ya iki dəfə Qızıl sahildəki Portuqaliya ticarət postuna səfər etmişdi. Burada o, şəkər qamışlarını şam ağacının gövdəsini gördükdə qərb üfüqünün arxasında torpaqların mövcud olmasının bəzi işarələrinin mövcudluğunu güman etmişdi.

 

Lissabona geri döndükdən sonra o, şərq barədəki yazıları, Marko Polonun sərgüzəştlərini oxudu. Baxmayaraq ki, o, Ptolomeyi öyrənmişdionun Asiyanın ölçüsü barədə yanlış nəzəriyyəsi Xristoforda möhkəm bir inam yaratdı ki, qərb tərəfə səyahət etməklə Asiyaya gedib çıxmaq olar. Apokrif (dinə görə qeyri-dəqiq olan) Bibliyası peyğəmbəri Ezdraya görə yer dəyirmidir. Qərbin qurtaracağı (İspaniya ilə) Şərqin qurtaracağı (“Hindistan”, başqa sözlə Asiya) arasındakı məsafə çox uzaqdır, lakin İspaniya iləHindistanarasındakı dəniz yolunun məsafəsi çox qısadır. Kolumb buna uyğun olaraq hesablamalar apardı. Bu hesablamalara görəHindistanKanar adalarından 6,3 min kilometr məsafədə olacaqdı. Doğrudan da bir qədər çox ya az, bu məsafədə Amerika yerləşirdi.

 

Bu sistem Kolumbun təxəyyülünü alovlandırdı Qərb yolunun açılması üçün onu kəşflərə səslədi. O, yeni yolla köhnə torpaqlara çatmaq istəyirdi. Lakin onun cəhdləri əbəs idi.

 

(Ardı var)

 

Telman ORUCOV

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.