525.Az

Akif Təvəkküloğlu - 50

[30.11.12]
Akif Təvəkküloğlu - <b style="color:red">50 </b>

Dekabrın 1-də Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun 50 yaşı tamam olur.

Akif Təvəkkül oğlu Nəsirov 1962-ci il dekabrın 1-də İmişli rayonunda anadan olub. Orta məkbəti 1979-cu ildə bitirib, əmək fəaliyyətinə İmişli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində başlayıb. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaşünaslıq və biblioqrafiya fakültəsinə daxil olub, 1986-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Fəal ictimaiyyətçi olduğuna görə ikinci kursdan fakültənin komsomol təşkilatının katibi olub.
1986-cı ildən 1991-ci ilədək Azərbaycan Dövlət Kitab Palatasında filial müdiri, sonra isə şöbə müdiri vəzifələrində çalışsa da, mətbuata, jurnalistikaya olan meyli və istetadı onu bu sahəyə gətirib. Təməli 1991-ci ildə "Molla Nəsrəddin" jurnalı ilə qoyulan jurnalist karyerası sonradan televiziya ilə davam edib.

2006-cı ilədək  Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2006-cı ildən isə Milli Məclisin mətbuat katibidir.

Akif Təvəkküloğlu Milli Məclisə mətbuat katibi təyin olunduğu gündən ali qanunverici orqanın mətbuatla işi tam açıq olub.

Ölkədəki dövlət qurumlarının mətbuat xidmətlərinin hansılarının jurnalistlərə açıq olduğunu müəyyənləşdirən sorğularda Milli Məclisin adı dəfələrlə ön sıralarda yer alıb. Bu məsələdə Akif Təvəkküloğlunun xidmətləri danılmazdır.

Akif Təvəkküloğlunu 50 yaşının tamam olması, yubiley günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona can sağlığı, yeni-yeni nailiyyətlər və jurnalistlərlə daimi əməkdaşlıq arzulayırıq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.