525.Az

Bu ölkədə "facebook" qadağan olundu

[30.11.12]
Bu ölkədə "facebook" qadağan olundu<b style="color:red"></b>

Tacikistanda "Facebook"a giriş qadağan olunub.
 
525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, ölkənin rabitə naziri Beq Zuxurov BBC-yə verdiyi açıqlamada qərarı vətəndaşların şikayətləri əsasında qəbul etdiklərini bildirib: "Hər gün yüzlərlə vətəndaş bizə müraciət edərək "Facebook"un çirkab atma mərkəzinə çevrildiyini söyləyərək saytın bağlanmasını tələb edirdi".

Zuxurov avqust ayında "könüllü vətəndaşlardan ibarət" monitorinq qrupunun yaradıldığını və bu qrupun qəribə insanların "Facebook da hökumət əleyhinə yazılar yazmaq üçün pul aldığını müəyyəmləşdirdiyini iddia edib.

Tacik nazir "Facebook"un qurucusu Mark Zükerberqi sosial şəbəkə ilə bağlı problemləri müzakirə etmək üçün ölkəsinə dəvət edib.

Tacikistanda 41 min "Facebook" istifadəçisi var. Bu rəqəm ölkədəki bütün internet istifadəçilərinin altı faizini təşkil edir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.