525.Az

Üzün iç üzü

[30.11.12]
Üzün iç üzü <b style="color:red"></b> fəlsəfə elmləri doktoru

 

Üz insanda həm ən fədakar, həm ən zəif, həm ən məsuliyyətli orqandır. Bütün sözlərbunların arasında acısı da olur, şirini , təhqiri , tərifi birinci üzə deyilir; eyni zamanda, insanın daxilində gedən prosesləri ilk növbədə dözməyib üz büruzə verir: qızarır-bozarır, qaralır, saralırbaxır situasiyaya. Bütün bunlarla yanaşı, üz insanın zahiri daxili hisslərini, düşüncələrini, bədənin bütün orqanlarının vəziyyətə uyğun reaksiyasını çatdırmada məsuldur. Şairinüzündə göz izi var, sənə kim baxdı yarımdeməsi yəqin üzün həssaslığına işarədir. Əslində üz ümumi addırgözlərin, qaşların, dodaqların, yanaqların üstəgəl onların hamısının hərəkətlərinin, mimikalarının vəhdəti deməkdir. Məsələn, birisi yersiz göz vuranda, cavab söz o gözə deyilmir, üzə deyilir. Düzdür, “gözünün içinə baxa-baxada söz deyənlər olur, amma onun yükü yenəüzünə üz bağlamış üzə düşür. Məhz üzündəki nurdan ya zəhrimardan adamın yaxşı ya pis olmasını yanılmadan təyin etmək mümkündür. Axı, mərdanəlik üzdə yazılır. Deyirlər, “gözlər qəlbin aynasıdır”, amma məncə, gözlərin dediklərini ilk çatdıran elə üzdür. Təsadüfi deyil ki, adamın abır-həyasını da birinci üzdə axtarırlar. Hərçənd, bəzən bu abır-həya o qədər üzdə olur ki, heç dərinliyə enə bilmir. Amma hər halda abır-həya getməmişdən qabaqüzün suyu tökülür”.

 

Üzlər o qədər fərqli, o qədər unikaldır ki, onların bir təsnifata ehtiyacı olduğunu düşündüm. Amma ortaya bir məsələ çıxdı: üzdən başqa maskalar da var axı? Məhz bununla bağlı bir kiçik detal yadıma düşdü: qədimdə artistlər teatrda oynayanda üzlərinə maska taxarmışlar ki, obrazları canlandıra bilsinlər. Zaman-zaman insan öz üzünü elə əhliləşdirdi ki, maskaya ehtiyac qalmadı. Bilmirəm, bunu insanlığın qəhrəmanlığı sırasına yazmaq lazımdır, yoxsa şeytanlaşmasına? Hər halda biz hamısını ümumiləşdirib bir təsnifat apardıq. Maskanın altında kimlər var demək çətindir biz sadəcə üzlərdən danışmaq istəyirik.

 

Üz var ki, özüdü, səmimidir. Belə üzlər mərd adamda olur. Onlar gözəl tərcüməçidi. Ürəyin dediklərini elə aydın çatdırır, hər orqanın cavabdehliyini elə daşıyır, təmiz vicdanının dediklərini elə dönməz bir mərdanəliklə qoruyur ki! Bu üzdə sevinc açıqdı, kədər , sevgi , nifrət ! İstədiyin sualını səsləndirmədən cavabını oxuya bilərsən bu üzdən! Amma maraqlı bir paradoks var! Belə üz sahibləri xalq qəhrəmanı, millətin xilaskarı olsalar da, karyerada geri qalırlar, siyasətdə uğur qazana bilmirlər, vəzifədə uzun müddət otura bilmirlər. Bir üzü var, əlavə bir astar da istəmir, o da üzlərdən utanıb, üzlülük eləmir.

 

Üz var ki, İkiüzlü Yanusdu, hər mənada. Birinə xoşdu, birinə naxoş, birinə təbəssüm bağışlayır, başqasına diş qıcayır. Yeri gəlmişkən, Məhəmməd İqbalCavidnaməəsərində İblisin təsvirini verəndə onun da iki üzünün olduğunu deyir: “Bu buluddan bir fəriştə çıxdıiki üzlü: birisi atəş kimi, digəri tüstü kimi. Bəli, üzlərdən biri nur versə , digəri zülmətdi, nuru sabitdi, zülməti. Öz iki üzü ilə həm keçmişini, həm gələcəyini təmin edən üz sahibiİkiüzlü Yanuslar özlərini həqiqətən qədim Yunan Tanrısı hiss edirlər. Bəlkə düşünmək olar ki, o elə mifik qəhrəman kimi iki üzlə doğulub, çünki bu üzlər o qədər cəld, o qədər rahat, utanmadan-qızarmadan bir-birini əvəz edir ki, adamın gözü alacalanır.

 

Bəzən müəyyən vəzifə, yaxud mühit adamın üzündə öz möhürünü qoyur. Adam bu üzlə o qədər doğmalaşır ki, sonralar vəziyyəti dəyişsə belə, üzü dəyişmir. Məsələn, adamadamolana qədər bir yaltaqlıq, yalançılıq yolu keçir, olur Dədə Qorquddakı Yalıncıq. Sonraxidmətlərisayəsində onu ən yüksək vəzifəyə qoysalar, üzü elə Yalıncığın üzü olaraq qalır. Sanki bu üzlər kiminsə qılıncına möhtacdırlar ki, altından keçələr. Sanki bu üzlər qorxudan saralmaq üçün yaranıblar.

 

Amma elə üzlər var ki, Viktor Hüqonun Kuinpleyni kimi kralın şıltaqlığı ucbatından ömrü boyu gülmək məcburiyyətindədir. Ürəyi qan ağlasa da, bu üz gülməli güldürməlidir. Belə adamların üzü yuxarıda dediyimiz başqa funksiyalarını itirir, üzlə başqa orqanlar arasında əlaqə dilbirlik qırılır. İnsan ümumiyyətlə bir vahid varlıq olmaqdan çıxır hissələrdən ibarət olan, hər hissəsi bir ayrı ideyaya xidmət edənmexanizməçevrilir.

 

Üzlər var ki, üzərindəəl gəzdirirlərki, adam içinə çıxa bilsin. Əvvəllər bunu daha çox qadınlar edirdi: üzlərinə bəzək vururdular. İndi gender bərabərliyi kimi bir ideyakəşf ediblər kişilər bu xidmətdən istifadə edirlər sözün hərfi mənasında bərabərlik yaranır: ya kişilər qadınlaşır, ya qadınlar kişiləşir. Əvvəllər hər bəzəyin bir mənası var idiüzdəki ifadəni gücləndirmək, mimikanı daha təsirli etmək üçün. Məsələn, hind rəqqasəsinin gözlərinin, üzünün makiyajı üzə gözəlliklə yanaşı, az qala bütöv bir fəlsəfəni yerləşdirirdi. Burda üzün sahibinin kimliyi, şəxsiyyəti aparıcı qüvvə idi.

 

Amma elə ki, üzə verilən bəzəyin əhəmiyyəti böyüdü, onda üz aparıcı qüvvəyə çevrildi şəxsiyyəti idarə etməyə başladı. Bir şirkətin, brendinüzü qədər tanınmış, gözəl bir üz olursa, brendin uğuru da bir o qədər təmin olunur. bu uğur gətirən üz uğrundaovbaşlandı, əməliyyatlar keçirildi: həm siyasi, həm plastik əməliyyatlar. Üzlərmi silikonlaşdı, yoxsa silikonmu üzü əvəz etdi, təyin etmək çətindi.

 

Kimyəvi tərkibləri eyni olmasa da, yadıma mum maskalar düşdü. Qədimdə ölmüş insanların mumdan maskaları götürülürdü ki, onların üzü gələcək nəslə çatdırılsın. Əhəmiyyətli bir məqam da var ki, şərəfini itirmiş vətəndaşların üzü götürülmürdüonların üzünü gələcəyə göstərmək xəcalətindən xilas olurdular. Məsələyə iki prizmadan baxmaq olar: bir tərəfdən, görkəmli insanların, xüsusilə filosofların, şairlərin üzünü bu gün görürük, digər tərəfdən, könül gözü açıq olan bu adamların üzü bizlərə gözsüz çatır. Əcəba, üzündə gözü yoxdursa, o üz həmin adamın üzü sayıla bilərmi? İstər-istəməz mum üzləri silikonlaşmış üzlərləsağ ikən götürülən bumaskalarla müqayisə edəndə düşünürsən: əcəba, süni üzlərdə gözlər qədər vacibdir?

 

Üz özündə bütün bədənin sirrini saxlayır. Maraqlıdır ki, bəzi adamlar güzgüdə üzlərinə ürəklə baxırlar, bəziləri isə ümumiyyətlə ya güzgüyə baxmır, ya da sadəcə saçına, başına, boyuna-buxununa baxır. Sanki güzgüdə elə bir kəramət var ki, bir üzü hər dəfə halına müvafiq olaraq fərqli göstərə bilir. Üz güzgüyə etibar edir, bilir ki, nəyi var düzgün göstərəcək. Təsadüfi deyil ki, “dost da sözün düzünü üzə deyir”. Axı, dost dostun aynası olmalıdır. Amma elə aynalar da ola bilər ki, üzü deyil, üzü göstərsin. Onda zahiri görüntü ilə qəlbin vəziyyəti arasındakı uyğunsuzluq üzə çıxacaq. Əbu Turxan demiş:

 

Ayaq oynayardı, qəlb mürgülərdi,

 

Könül ağlayardı, üzsə gülərdi,

 

Burdakı aynalar zahiri deyil,

 

İç üzü göstərən çün güzgülərdi!

 

Müasir dəbdə olan bir məsələ yada düşür: facebook – “üz kitabı”. Əslində, bu sözü heç kim tərcümə eləmir, elə feysbuk deyirlər. Bəli, bu sosial şəbəkə guya insanları üzbəüz görüşdürüb, dostlaşdırır. Amma əsl mənzərə necədir? “Üz kitabında üz-üzü görmür deyə, utanmağa bir hacət qalmır. Axı, deyirlər, “üz üzdən utanar”. Bu səbəbdən, kim istəyir paylaşır özdostlarıilə. Bəlkə kimlərsə, real həyatda abır eləyib gizlətdiyi şeyi burda paylaşanda müəyyən mənada üzünün abrını qoruduğunu sanır. Hətta bəziləriüzünü üzlər görməsindeyə öz şəklini gizlədir, “dostlarlabaşqa bir üzlə tanış olur. Amma məsələ fərqlidi. Üz ürəyin aynası olduğu kimi, həm pərdəsidi. Üz-üzə oturmayandostlarüzsüz, pərdəsiz ünsiyyətdən yavaş-yavaş üzsüzləşirlər. Maraqlıdır, hətta südün üzlüsü, üzsüzündən keyfiyyətli sayılır. 

 

Bütün bunlarla bərabər, adamın bir üzünün olduğunu deyirlər. Hərdən onun əsl niyyəti, əsasən qara rəngdə olanda, deyirlər filankəsin üzüaçıldı. Bəli, bir var üz, bir var üz, bir var maska. Yox, söhbət hazır maskalardan getmir. İnsanın birməni, şəxsiyyəti olanda, onun üzü olur adam arasına çıxmağa. Yəni eləməndir. Adam əziyyətsiz, zəhmətsiz hansısa vəzifə, ad-san, şəxsi mənafe qazanmaq istəyəndə, o, “mənindən xərcləməli olur. Deməli, istəklər artdıqca, üzsimasınıitirir adam məcbur qalır ki, üzünə maska taxsın ki, adamlar gördüklərindən diksinməsinlər. , bax, o maska düşəndə adamlar həqiqətən dəhşətə gəlirlər.   

 

Bu dünyanın hər üzünü görə-görə insan çox şeylərlə üzləşir, çox üzlər görür: qara üzlər, sarısını udmuş, rəngi qaçmış, öz üzünü çoxdan unutmuş üzlər. Bu üzlərdə insanın ömür yolunu, bugününü, sabahının arzularını oxumaq mümkündür, təki üz üzsüz olmasın. 

Könül BÜNYADZADƏ

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.