525.Az

Bakıda keyfiyyətsiz dönər aşkar edildi (FOTO)

[30.11.12]
Bakıda keyfiyyətsiz dönər aşkar edildi<b style="color:red"> (FOTO)</b> Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 225 ünvanında fəaliyyət göstərən fiziki şəxs Halil Karibə məxsus müəssisədə dönər-kababın istehsalı və satışına dövlət nəzarəti həyata keçirilib.

Xidmətdən 525.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, dönər-kababın istehsalında istifadə olunan çiy dönər müəssisənin özü tərəfindən, zirzəmi şəraitində  hazırlanır. İstehsal olunan çiy dönərin uyğunluq və gigiyenik sertifikatları yoxdur, müvafiq qaydada təsdiq edilmiş, bu məhsulun orqonoleptik, fiziki-kimyəvi göstəriciləri, qida və enerji dəyəri barədə məlumatları özündə əks etdirən  reseptura və texnoloji təlimat olmadan istehsal olunur. Hər bir porsiyada ətin ümumi kütləsi resepturaya əsasən (qarnirlə ən azı 50%, qarnirsiz reseptura üzrə, + 10%) müəyyən olunmalı halda, dönər satışı zamanı buna riayyət olunmur, porsiyalar gözəyarı hazırlanır. Həmçinin çiy dönərin hazırlanmasında istifadə edilən ətin baytarlıq nəzarətindən keçirilməsi barədə şəhadətnaməsi yoxdur, məhsul zirzəmidə sanitar  norma və qaydaların tələblərinə cavab verməyən şəraitdə hazırlanır, hazırlanma kortəbii olaraq, texnoloji prosesi əks etdirən  texnoloji təlimat olmadan həyata keçirilir. Çalışan personal zəruri vasitələrlə (uniforma, əlcəklər, papaqlar) təmin olunmayıb. Hazırlanan dönər-kababın təhlükəslik göstəricilərinə nəzarət edilmir və yoxlanılmır.

Faktla əlaqədar olaraq inzibati protokol tərtib edilmiş, müəssisə cərimə edilib və aşkar olunan nöqsanlar aradan qaldırılanadək müəssisədə çiy dönər və dönər-kabab istehsalı və satışı qadağan edilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.