525.Az

Xalq artisti dəm qazından zəhərlənib

[30.11.12]
Xalq artisti dəm qazından zəhərlənib<b style="color:red"></b>

Xalq artisti Rafiq Əzimov ("Yeddi oğul istərəm"də Şahsuvar) dəm qazından zəhərlənib.

Bu barədə APA-ya aktyorun özü məlumat verib.

Aktyor bildirib ki, hadisə bu gün səhər hamamda yuyunarkən baş verib: “Duzdu, huşumu itirmədim, amma halım pisləşdi. Dərhal yoldaşım, oğlanlarım, qonşular köməyə gəldilər, həkim çağırdılar”.

Aktyor hazırda Mərkəzi Gömrük Hospitalında müalicə aldığını deyib: “Zəhərlənmənin nə dərəcədə olduğunu yoxlamaq üçün analiz götürüblər. Vəziyyətim yaxşıdır. Bütün tamaşaçılarıma salam deyirəm. İnşallah qısa zamanda sağalıb ayağa qalxacağam”.

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.