525.Az

Bakıda teatr binasında bomba həyəcanı

[29.11.12]
Bakıda teatr binasında bomba həyəcanı<b style="color:red"></b>

Bakıda teatr binasında bomba həyacanı yaşanır.

Milli.Az xəbər verir ki, bu dəqiqələrdə Səbail rayonu ərazində yerləşən Gənc Tamaşaçılar Teatrının bütün kollektivi evakuasiya olunub. Teatr binasına daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları həyəcan siqnalı ilə işçiləri çölə çıxarıb və axtarışa başlayıblar. Bu barədə Milli.Az-a teatrın əməkdaşları məlumat veriblər.

Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsindən Milli.Az-a bildirildi ki, naməlum şəxs Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək, teatr binasına bomba qoyulması barəsində məlumat verib. Daxil olan anonim zəng əsasında binada axtarışlar başlanıb. Hazırda axtarışlar davam etdirilməkdədir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.