525.Az

"Türkiyə sərhədi NATO sərhədidir"

[29.11.12]
"Türkiyə sərhədi NATO sərhədidir"<b style="color:red"></b>

NATO Müttəfiq Quru Qüvvələrinin komandanı, general Frederik Ben Hodges Türkiyəyə yerləşdiriləcək "Patriot"larla bağlı açıqlama verib.

525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, general "Patriot"ların müdafiə sistemi olduğunu deyib və qeyd edib ki, bu sistemlə uçuşa qadağan olunmuş bölgə yaradılması və ya hücum edilməsi mümkün deyil.

İzmirdə sabah keçiriləcək təntənəli mərasimlə fəaliyyətə başlayacaq NATO Müttəfiq Quru Qüvvələri Komandanlığının tanıtma toplantısında danışan Ben Hodges bölgədə uçuşa qadağan olunmuş bölgə yaradılması və ya hücum məsələsi ilə bağlı qərar qəbul edilmədiyini, məsələnin dəyərləndirmə mərhələsində olduğunu söyləyib.

General eyni zamanda Türkiyənin sərhədinin NATO sərhədi olduğunu vurğulayıb: "Ani hücum olarsa, Şimali Atlantika alyansı dərhal toplanar, hər hansı gecikmə olmaz".


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.