525.Az

Ermənilər Azərbaycan jurnalistini ölümlə təhdid etdilər

[29.11.12]
Ermənilər Azərbaycan jurnalistini ölümlə təhdid etdilər<b style="color:red"></b>

Azərbaycanlı jurnalist Ermənistan mətbuatında ölümlə təhdid olunub.

APA-nın xəbərinə görə, “APA Holding”ə daxil olan Vesti.az İnformasiya Agentliyinin əməkdaşı Bəhram Batıyev barəsində “Ermənistanın səsi” (“Qolos Armenii”) qəzetində məqalə dərc olunub.

Məqalə “Dağlıq Qarabağın ictimai xadimi, keçmiş orta məktəb müəllimi” Vigen Surenoviç Ayrapetyanın vəfatı ilə bağlı B. Batıyevin hazırladığı yazıya cavab olaraq yazılıb.

Qeyd edək ki, V.Ayrapetyan 1980-ci illərdə Azərbaycanın Dağlı Qarabağ bölgəsində baş qaldıran separatçılıq hərəkatının rəhbərlərindən olub. O, 1988-ci ildə Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşməsi barədə Dağlı Qarabağ Muxtar Vilayəti Sovetinin sessiyasına sədrlik edib.

B. Batıyevin separatçı V. Ayrapetyanın ölməsi ilə bağlı hazırladığı materialda işlətdiyi bəzi ifadələr erməni jurnalistlərin xoşuna gəlməyib, azərbaycanlı jurnalisti bu ölümə sevindiyinə görə qınayan qəzet daha sonra bunları yazıb: “Vaxtı çatanda ölüm hamı üçün var. O cümlədən Vesti.az-dan olan bu axmaq üçün də. Amma görünür, onu vaxtından əvvəl cəzalandırmaq lazım gələcək”.

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.