525.Az

İsti hava şəraiti davam edəcək

[29.11.12]
İsti hava şəraiti davam edəcək<b style="color:red"></b>

Sabah Azərbaycanda isti hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında noyabrın 30-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam yarımadanın bəzi yerlərində duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı -ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 12-17, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 30-dan dekabrın 2-dək Abşeron yarımadasında nisbətən mülayim və sabit hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.