525.Az

Azərbaycandan Rusiyaya qanunsuz yolla xeyli miqdarda rus rublu keçirmək istəyən şəxs saxlanılıb

[27.08.12]
Azərbaycandan Rusiyaya qanunsuz yolla xeyli miqdarda rus rublu keçirmək istəyən şəxs saxlanılıb

APA-nın Dövlət Gömrük Komitəsinin (DGK) saytına istindən məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Mineralnıye Vodı aviareysi ilə getmək istəyən Azərbaycan Respublikasının vətəndaşı Əli Ağayevin baqajı “Rapiscan-628” markalı X-RAY detektoru ilə yoxlanılarkən monitorda pul əskinaslarına bənzər təsvirlər görünüb.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Ə.Ağayevə məxsus çantaya baxış keçirib və nəticədə, çantadakı 5 ədəd jurnalın hər birinin vərəqləri arasından cəmi 7 milyon rus rublu (hər biri 5000 rus rublu nominalında) aşkar edilib. Belə ki, adıçəkilən vətəndaş apardığı malları gömrük nəzarətindən keçirərkən aşkar edilən xarici valyutanı nə şifahi, nə yazılı, nə də elektron formada bəyan edib.

O, külli miqdarda xarici valyutanı gömrük orqanına bəyan etməməyinin səbəbini isə qanunvericiliyə yaxşı bələd olmaması ilə izah edib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.