525.Az

"Avtobusların sayı qarışqa kimi çoxalmamalıdır"

[14.11.12]
 "Avtobusların sayı qarışqa kimi çoxalmamalıdır"<b style="color:red"></b>

“Sərnişin avtobuslarının sayı qarışqa kimi çoxalmamalıdır. Avtobusların sayı nə qədər az olsa, sərnişindaşımada da keyfiyyət bir o qədər yüksək olar. Biz avtobusları ixtisara salmağa başlayanda paytaxtda 210 sahibkar və 317 avtobus xətti vardı. Biz onları endirdik 184 xəttə. Hazırda Bakıda 184 avtobus xətti, 68 daşıyıcı var”.

Bu sözləri "Günə Baxan" verilişinin qonağı olan Nəqliyyat Nazirinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov ANS PRESS-ə paytaxtda avtobus xətlərində ixtisarların aparılması məsələsinə aydınlıq gətirərkən bildirib.

Onun sözlərinə görə, ixtisarlar aparılarkən avtobus xətləri seçilir, kiçik tutumları yığışdırılır. Təkrar avtobus xətləri bağlanır. Namiq Həsənov deyir ki, ilk vaxtlar bu prosesin gedişatında sərnişinlər üçün müəyyən çətinliklər yaranacaq. Lakin vətəndaşalr buna tədricən öyrənəcəklər.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.