525.Az

Gənclər Gürcüstanda ölkəmizi təmsil ediblər

[14.11.12]
Gənclər Gürcüstanda ölkəmizi təmsil ediblər<b style="color:red"></b> Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Gənclər Təşkilatının (AƏSMA TGT) üzvləri Səlcuq Müzəffərli və İsmayil Ağayev 2 – 12 noyabr tarixlərində Gürcüstanın Kabuleti şəhərində mədəniyyətlər mövzusunda keçirilmiş beynəlxalq təcrübə proqramında ölkəmizi təmsil ediblər.

525.az-ın məlumatına görə, təcrübə proqramında Gürcüstan, Azərbaycan, Türkiyə, Moldova, Latviya, Almaniya və Macarıstandan olan 35 nəfər gənc mədəniyyət və mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq səviyyəli layihələrin hazırlanması istiqamətində birgə fəaliyyət paketi hazırlayıblar. Bu mövzularda təlimlərə qatılan gənclər, öz ölkələrinin mədəniyyətləri, musiqisi, tarix və mətbəxləri ilə də bir-birilərini yaxından tanış ediblər.

Qeyd edək ki, özünün beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində AƏSMA TGT uğurla fəaliyyət göstərir. Belə ki, bu ilin 20 – 30 iyul tarixlərində AƏSMA TGT-nin sədri Aqşin Hüseyni və digər fəal TGT üzvü Polad Vəlixanlı Türkiyənin Bursa şəhərində keçirilmiş belə bir təcrübə proqramında da iştirak ediblər.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.