525.Az

Ermənilərdən bədnam “Naxçıvan atlası”

[14.11.12]
Ermənilərdən bədnam “Naxçıvan atlası”<b style="color:red"></b>

Ermənistan Mədəniyyət Nazirliyinin sifarişi ilə “Naxçıvan: Atlas” adlı kitab nəşr edilib.
 
Lent.az-ın Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, kitab müxtəlif ölkələrin kitabxanalarına göndəriləcək.

Ermənilər yenə də ənənələrinə sadiq qalaraq Naxçıvan ərazisini tarixi erməni torpaqları kimi təqdim ediblər. Onların anormal məntiqinə görə, sən demə Naxçıvan ərazisi 1918-1920-ci illərədək qədim erməni torpaqları kimi mövcud imiş. Kitabı tərtib edən erməni tarixçi Samvel Karapetyan isə bir qədər də irəli gedərək Naxçıvan ərazisinin ta qədimlərdən hansısa erməni dövlətinin ərazisi olduğu iddiasına düşüb.

Karapetyan Ermənistan Xarici İşlər Nazirliyinə bu kitabın beynəlxalq aləmdə tanınması üçün müraciət də edib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.