525.Az

"Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvonun dəyişməsində ən maraqlı tərəfdir"

[14.11.12]
"Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvonun dəyişməsində ən maraqlı tərəfdir"<b style="color:red"></b>

“Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvonun dəyişməsində ən maraqlı tərəfdir”.

 
APA-nın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ermənistan prezidenti Serj Sərkisyanın “La Figaro” qəzetinə müsahibəsindəki fikirlərini jurnalistlərə belə şərh edib.
 
“Azərbaycan tərəfi həmişə bəyan edib ki, danışıqlar prosesinin uzanmasını istəmir. Erməni tərəfi öz növbəsində danışıqları uzatmaq və status-kvonu qoruyub saxlamaq üçün əlindən gələni edir. Azərbaycanın təklifləri konkret və praqmatikdir, Ermənistan isə münaqişənin həlli üçün siyasi iradə nümayiş etdirmir. Ermənistan danışıqlar masası arxasında əyləşsə də, danışıqlardan kənarda münaqişənin həllini uzatmaq üçün hər şey edir”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.