525.Az

İlham Əliyev Abdulla Gülə zəng edib

[27.08.12]
İlham Əliyev Abdulla Gülə zəng edib

Türkiyə prezidenti Abdullah Gülün müalicəsi müsbət effekt verib və onun səhhəti yaxşılaşır.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə prezidentin mətbuat xidmətindən bildirilib.

Bir sıra dövlət və hökumət başçılarından A. Gülün səhhəti ilə əlaqədar mesajlar gəlib. O cümlədən Azərbaycan prezidenti İlham Əliyev, Misir prezidenti Məhəmməd Mursi, Pakistan prezidenti Asif Əli Zərdari, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Fələstin prezidenti Mahmud Abbas və Qırğızıstan prezidenti Almazbek Atambayev A. Gülə zəng vurub və ya mesaj göndərərək şəfa arzulayıblar.

Qeyd edək ki, bir neçə gün əvvəl A. Gül qulağında yaranmış problemlə əlaqədar xəstəxanaya yerləşdirilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.