525.Az

Elxan Süleymanov: "Bu, hüququn aliliyi prinsipinə ziddir"

[29.08.14]
Elxan Süleymanov: "Bu, hüququn aliliyi prinsipinə ziddir"<b style="color:red"></b>

"Son dövrlər antiazərbaycan qüvvələr beynəlxalq təşkilatlarda, o cümlədən AŞPA-da yenidən xüsusi fəallıq göstərərək ölkəmizə qarşı növbəti dəfə siyasi məhbus iddiaları ilə genişmiqyaslı kampaniyaya başlayıblar.Qeyd etmək lazımdır ki, Azərbaycanda fəaliyyət göstərən bir neçə milli QHT bu antiazərbaycan qüvvələr ilə birliyi qurmuşlar xarici mənbələrdən maliyyələşirlər". Bu fikirləri "AVRONEST" PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov dilə gətirib. Onun dediyinə görə, həmin milli QHT-lər onları maliyyələşdirən xarici mərkəzlərin sifarişləri ilə müxtəlif qondarma siyasi məhbus siyahıları tərtib edir öz qəyyumları olan antiazərbaycan qüvvələrlə birlikdə beynəlxalq təşkilatlarda Azərbaycanda çoxlu sayda siyasi məhbusların olması iddiaları ilə kampaniyada aktiv iştirak edirlər: "Bu kontekstdə vurğulamaq istərdim ki, uzun illər AŞPA-da siyasi məhbus meyarları olmayıb. Məhz Azərbaycan tərəfinin ardıcıl təkidləri nəticəsində AŞPA siyasi məhbus meyarlarının olmamasını etiraf edib nəhayət, 2012-ci ildə adı çəkilən qurumda siyasi məhbusların müəyyənləşdirilməsinə dair məruzə müzakirə edilərək səsverməyə çıxarılıb. Məsələ ilə bağlı səsvermə 89/89 nisbətində  olmaqla başa çatmış məruzə AŞPA üzvlərinin səs çoxluğu əsasında deyil, prosedur qaydalarına görə qəbul edilmiş hesab olunub. Bu məsələ ilə bağlı AŞPA-da ciddi fikir ayrılığının olduğunu ortaya qoyub. Odur ki, həmin meyarların etibarlılığı şübhə doğurur. Digər tərəfdən, biz dünyada, xüsusilə Avropa Şurasına üzv ölkələrdə baş verənləri izləyirik görürük ki, Azərbaycanda insan hüquqları sahəsində vəziyyət -na üzv olan digər ölkələrdən heç   fərqlənmir".

Deputat qeyd edib ki,  lakin məsələ burasındadır ki, AŞPA-da indiyədək Azərbaycandan başqa heç bir ölkəyə siyasi məhbus məsələsi şamil edilməyib: "Belə olan halda məntiqi sual ortaya çıxır: üçün yenidən 47 üzv dövlətdən yalnız Azərbaycanda siyasi məhbusların olması iddia edilir yuxarıda qeyd etdiyim etibarlılığı şübhə doğuran meyarlar yalnız bizim ölkəmizə qarşı tətbiq edilir? Bu AŞPA-da dövlətlərin bərabər hüquqlu olması prinsipinin pozulması Azərbaycana qarşı açıq-aşkar ayrıseçkiliyin nümayişi deyilmi? Təqdim edilmiş siyahılarda siyasi məhbus olmaları iddia edilən hər bir şəxs konkret cinayət əməlləri törətdiklərinə görə məsuliyyətə cəlb olunub onlar barədə məhkəmələr tərəfindən qərarlar qəbul edilib. Məlumdur ki, həmin şəxslər milli məhkəmələrin qərarlarına etiraz etdikləri təqdirdə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququna malikdirlər. Siyasi məhbus məsələsi hüquqi məsələdir, həbsdə olanlar barədə məhkəmə qərarları mövcuddur. Odur ki, məhkəmənin qərarı yalnız mövcud olan hüquqi mexanizmlərdən istifadə edilməklə dəyişdirilə bilər. Lakin bir neçə milli QHT, onların havadarları olan beynəlxalq təşkilatlar xarici antiazərbaycan qüvvələri bu hüquqi mexanizmdən istifadə etmək istəmirlər məsələni siyasiləşdirirlər. Bu, hüququn aliliyi prinsipinə ziddir".

E.Süleymanovun eyni zamanda bildirdiyinə görə,  bir qrup milli QHT beynəlxalq təşkilatlar Azərbaycanda siyasi məhbusların olması iddiası ilə çıxış edirlər:  "Mövcud beynəlxalq məhkəmə-hüquq qaydalarına əsasən iddia qaldıran tərəf məhkəmədə öz iddiasını  sübuta yetirməlidir. Odur ki, qeyd edilən beynəlxalq məhkəmə-hüquq qaydalarına əsasən Azərbaycanda siyasi məhbusların olması barədə çıxış edən tərəf  məhkəmələrdə konkret şəxsin siyasi məhbus olması barədə iddia qaldırmalı məhkəmə vasitəsi ilə öz iddialarını sübuta yetirməlidirlər. Hesab edirəm ki, məsələ yalnız bu yolla hüquqi müstəvidə həllini tapa bilər.Məsələnin məhz bu müstəvidə həlli ayrı-ayrı qərəzli tərəflərin subyektiv qərəzli mövqeyinin qarşısını almaq iqtidarındadır. Maraqlıdır ki, Azərbaycanda siyasi məhbusların olması iddiası ilə çıxış edənlər heç bir vəchlə siyasi məhbus hesab etdikləri şəxslərin konkret cinayət əməlləri törətdiklərinə görə həbs edilmələri faktını nəinki qəbul  etmirlər, hətta bu barədə eşitmək belə istəmirlər. Misal üçün, Leyla Yunus konkret ittihamlarla həbs edilməsinə baxmayaraq, dərhal Avropa İttifaqı, Avropa Şurası, Avropa Şurası Parlament Assambleyası, ABŞ Dövlət Departamenti Böyük Britaniya Xarici İşlər Nazirliyi bəyanat verərək L.Yunusun həbsini Azərbaycanda vətəndaş cəmiyyətinə basqıların daha bir nümunəsi kimi pisləyib. Human Rights Watch, Amnesty İnternational, Freedom House, Reportyorların Azadlığı Təhlükəsizliyi İnstitutu bir sıra digər beynəlxalq QHT-lər Yunusun insan hüquqları sahəsində fəaliyyətinə görə qurama ittihamlarla həbs edildiyini iddia ediblər.Diqqəti çəkən məqamlardan biri odur ki, Leyla Yunusun həbsi ilə bağlı erməni elektron KİV-dən Panarmenian, Azatutyun.am, massispost vebsaytları bu haqda materiallar verərək, ittihamların saxta olduğunu hüquq müdafiəçisinin səsini kəsməyə xidmət etdiyini bildiriblər.

Ermənistanın
ATƏT-dəki nümayəndə heyəti isə bəyanatla çıxış edərək L.Yunusun həbsinin Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin kəskin pisləşməsi münaqişənin həlli üçün imkanların aradan götürülməsi kimi qiymətləndirib.

Maraqlıdır
, deyilmi? Azərbaycan torpaqlarını işğal edən 23 ildən artıq müddət ərzində işğal altında saxlayan, işğal edilmiş ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirən, yüz minlərlə azərbaycanlının hüquqlarını kütləvi, kobud davamlı şəkildə pozan Ermənistanın KİV-ləri, rəsmi nümayəndələri özünün Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərinə göz yumur, lakin Leyla Yunusun hüquqlarının pozulmasından narahatlıq keçirir.  Bu nonsensdir!!! Bu yaxşı rejissura edilmiş traqikomediyadır!!!Hesab edirəm ki, , , AŞPA, ABŞ Dövlət Departamenti Böyük Britaniya Xarici İşlər Nazirliyinin, bir çox beynəlxalq QHT-lərin, yeri gəlmişkən insan hüquqları ilə bağlı vəziyyət o qədər ürəkaçan olmayan Ermənistanın KİV-ləri rəsmi nümayəndəsi ilə eyni vaxtda çıxış edərək Azərbaycanda siyasi məhbus iddialarını siyasiləşdirmək cəhdləri konkret məqsədə qulluq edir, daimi olaraq Azərbaycanda bu ya digər süni problemlərin, o cümlədən qondarma "siyasi məhbus" probleminin olması iddiası ilə çıxış edərək Azərbaycana davamlı şəkildə təzyiq göstərmək hər vəchlə ölkəmizin diqqətini işğal altında olan ərazilərin azad edilməsi istiqamətdə fəaliyyətdən yayındırmaq... Hadisələrin təhlili göstərir ki, beynəlxalq aləmdə siyasi məhbuslarla bağlı aparılan antiazərbaycan kampaniyası sistemli xarakter daşıyır, bir mərkəzdən idarə edilir, növbəti siyasi məhbus iddiaları da bu kampaniyanın vacib, uzunmüddətli tərkib hissəsi kimi nəzərdə tutulub bu kampaniya 2015-ci il Birinci Avropa Yay Olimpiya Oyunları Parlament seçkiləri ərəfəsində beynəlxalq aləmdə Azərbaycanın mənfi imicinin formalaşdırılması üçün əsas vasitələrdən biri kimi istifadə ediləcək".

K. HƏMZƏOĞLU


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.