525.Az

Erməni generalı müharibə istəyir

[29.08.14]
Erməni generalı müharibə istəyir<b style="color:red"></b>

General-mayor Arkadi Ter-Tadevosyan yenə öz ampluasındadır: "Ermənistan əsgərləri heç nəyi gözləməməli, Azərbaycanın mövqelərinə zərbələr endirməlidir".

"
ANS PRESS"in məlumatına görə, bunu Qarabağ müharibəsinin iştirakçısı, general-mayor Arkadi Ter-Tadevosyan deyib. O bildirib ki, Ermənistan hərbçiləri cəbhədə Azərbaycanın mövqelərinə zərbə endirmək iqtidarındadır: "İmkan verə bilmərik ki, bizə hücum etsinlər itkilərimiz olsun. Əgər biz Azərbaycan tərəfinə hücum etməsək, onları atəş altında saxlamasaq daim gərginlik altında yaşayacağıq".

Politoloq Rüstəm Məmmədov "525"ə açıqlamasında bunun növbəti erməni fitnəsi olduğunu qeyd edib. O hesab edir ki, Tadevosyan Azərbaycanı qıcıqlandırmaqdan ötrü bu addımı atıb: "Psixoloji mübarizə gedir belə mübarizədə erməni əsgərini ruhlandırmaq qeyri-mümkündür. Çünki Ermənistanda adam qalmayıb insan kütləsi ölkəni tərk etməkdə davam edir. Bu məqamda Ermənistan gəncləri heç edə bilməzlər. Onlar Ermənistanın acınacaqlı vəziyyətdə olduğunu daha yaxşı başa düşürlər. Hər halda fiktiv təbliğat nəticəsində qurulmuş təbəqədənsə, müharibədə nizamlı ordu daha çox nailiyyət qazanır".

Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Ələkbərli hesab edir ki, düşmən tərəf Azərbaycanın apardığı uğrulu siyasətdən narahatdır. O, bildirib ki, danışıqlarda Ermənsitanın artıq dalana dirəndiyinin şahidi oluruq: "Rusiya Rəsmi İrəvanı tam şəkildə dəstəkləmir. Bəyənmədiyimiz Jirinovskinin dövlətimizlə bağlı dediyi xoş sözlər Rusiyanın Azərbaycana qarşı xoş münasibətlərinin olduğunu ortaya qoyur. Erməni generalı təbii ki, o cür deməyə borcludur. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanaraq torpaqlarımız geri qaytarılsa, ən azı Köçəryanla Sarkisyan digərləri mühakimə olunacaqlar. Çünki bu savaşda erməni övladları qırılıb heç bir nəticə yoxdur". Ermənistanda onsuzda vəziyyətin dözülməz səviyyədə olduğunu bildirən QHT sədri Ş.Ələkbərli qeyd edib ki, ermənilər bu dəfə Rəsmi Bakının təklifləri ilə razılaşmasa, Azərbaycanın qüdrətinin yenidən şahidi olacaq: "Avqust ayının birinci ongünlüyündəki 3 gün ərzində ordumuz onlara öz qüdrətini göstərdi. Biz dövlət başçısının ətrafında daha sıx birləşməliyik. QHT olaraq bizim borcumuz dövlətimizə, xalqımıza dəstək verməkdən ibarətdir. Minlərlə oğul qızlarımız bu gün Ali Baş Komandanın əmrini gözləyir. O cümlədən, Türkiyədən, İrandan Qarabağda ordumuzun sıralarında döyüşmək istəyən gənclərin təklifləri gəlməkdədir. Qələbə qaçılmazdır. Ona görə erməni tərəfindən verilən bu tip bəyanatlara əhəmiyyət vermək lazım deyil".

Ceyhun ABASOV


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.