525.Az

Ukraynanın iki "Mixaylosu"

[29.08.14]
Ukraynanın iki "Mixaylosu"<b style="color:red"></b>

Ukraynanın şərqində gedən döyüşlərdə 2 zabitin göstərdiyi fədakarlıq hər kəsi heyrətləndirib.
 
525.az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna mətbuatı xəbər yayıb.

Donbas regionunda Ukrayna ordusunun zenit-raket diviziyası Rusiyanın 331-ci desant alayının mühasirəsinə düşüb. Pulemyot və artilleriyadan atəşə tutulan ukraynalı hərbçilərin əksəriyyəti mühasirədən çıxa bilsələr də, yaralı mayor Aleksey Şepelyuk və Aleksandr Kandesyuk 12 rus desantçısının əhatəsinə düşüblər.

Təslim olmaq təklifini rədd edən ukraynalı zabitlər sonda üzərlərindəki qumbara ilə həm özlərini, həm də rus hərbçilərini partladıblar.

Ukrayna terror əleyhinə mübarizə mərkəzi prezident Pyotr Poroşenkoya müraciət edərək mayor Şepelyuk və Kandesyuka ölümündən sonra Ukraynanın Milli Qəhrəmanı verilməsini təklif edib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.