525.Az

Suğra Bağırzadənin fərdi-yaradıcılıq sərgisi açılıb

[29.08.14]
Suğra Bağırzadənin fərdi-yaradıcılıq sərgisi açılıb<b style="color:red"></b> Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda əməkdar artist Suğra Bağırzadənin fərdi-yaradıcılıq sərgisi açılıb.
 
İttifaqdan APA-ya verilən məlumata görə, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və “Floristika” İncəsənətə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
 
Sərginin açılışında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov və başqaları çıxış edərək sərgilənən əsərlər haqqında fikirlərini bildiriblər.
 
Fərdi yaradıcılıq sərgisində S. Bağırzadənin əsərləri ilə yanaşı “Floristika”  İncəsənətə Dəstək İctimai Birliyinin ilk buraxılış iştirakçılarının əsərləri də nümayiş etdirilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.