525.Az

Bakıda evdən 100 min manatlıq qızıl oğurladılar

[29.08.14]
Bakıda evdən 100 min manatlıq qızıl oğurladılar<b style="color:red"></b> Bakıda mənzildən külli miqdarda qızıl və pul oğurlanıb.

Lent.az-ın məlumatına görə, Binəqədi sakini Mehdiyev Arif Novruz oğlu bir neçə gün əvvəl polis idarəsinə müraciət edərək bildirib ki, evdən 100 min manat dəyəri olan qızıl-zinət əşyaları və 60 min manat nəğd pul naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

Şikayətçi qeyd edib ki, hadisə Ə.Əliyev küçəsi döngə 2, mənzil 3 ünvanında baş verib. Evdə kimsənin olmadığı vaxt oğrular plastik pəncərəni sındıraraq mənzilə soxulublar.
 
Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.