525.Az

Baş prokurorluqdan Elşad Abdullayevin qardaşı ilə bağlı açıqlama

[06.11.12]
Baş prokurorluqdan Elşad Abdullayevin qardaşı ilə bağlı <b style="color:red">açıqlama</b>

 ABU-nun keçmiş rektoru Elşad Abdullayevin itkin düşmüş qardaşı ilə bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, məlumat verildiyi kimi, Mahir Abdullayevin itkin düşməsi ilə bağlı istintaq olunan cinayət işi üzrə Baş prokuror yanında tam yeni tərkibdə istintaq-əməliyyat qrupu yaradılıb: “Hazırda cinayət işi üzrə müxtəlif fərziyyələr ətrafında zəruri istintaq hərəkətləri yerinə yetirilir. Əlavə olaraq bildirirəm ki, istintaqın hazırkı mərhələsində həyata keçirilən istintaq hərəkətləri və onun detalları barədə məlumatların yayılması ibtidai araşdırmanın maraqlarına zidd olduğundan istintaq sirri təşkil edən həmin informasiyaların ictimailəşdirilməsi yolverilməzdir”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.