525.Az

Fədakarlıq Missiyası- Vilayət Quliyev - 60

[05.11.12]
Fədakarlıq Missiyası-<b style="color:red"> Vilayət Quliyev - 60</b>

filologiya elmləri doktoru

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun kollektivi 60 illik yubileyi ilə bağlı professor Vilayət Quliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

  

Hörmətli Vilayət müəllim!

SiziAzərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsini, istedadlı tənqidçini ədəbiyyat tarixçisini, fədakar elm xadimini, ədəbi-mədəni əlaqələr sahəsində yorulmaz mübarizi, Cümhuriyyət dövrünün İstiqlal məfkurəsinin fəal araşdırıcısını, Respublikamızın müstəqilliyi dövründə ilk Dövlət Mükafatı laureatlarından birini, peşəkar diplomatı, Macarıstan Respublikasındakı Fövqəladə Səlahiyyətli səfirimizi – 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik.

Sizin mənalı yaradıcılıq eşq ilə dolu ömrünüzün 14 ili AMEA Nizami adına Ədəbiyyat İnstitutu ilə sıx bağlı olub. Burada aspirantlıqdan (1978) sektor müdiri (1984-1987), elmi işlər üzrə direktor müavini (1987-1991) vəzifələrinə qədər yüksəlmisiniz.  Müasir Azərbaycan nəsrində üslub müxtəlifliyi” (1982) mövzusunda namizədlik, “Azərbaycan filoloji fikri rus ədəbi-ictimai mühiti (XIX əsrin birinci yarısı)” (1990) mövzusunda doktorluq dissertasiyası müdafiə etmisiniz. Çoxsaylı monoqrafiyaların, tərtib tərcümə kitablarının müəllifisiniz. Polşa Respublikası Prezidentinin sərəncamı iləPolşa qarşısındakı xidmətlərinə görəikinci dərəcəliKomandorordeni ilə təltif edilmisiniz. Uğurlarınız bizi sevindirir, qəlbimizi qürur, iftixar hissi ilə doldurur.

Bir daha 60 illik yubileyiniz münasibətilə Sizə çətin şərəfli fəaliyyətinizdə uğurlar, cansağlığı, xoşbəxtlik arzulayırıq”.

     

Faktların yeniliyi, zənginliyi, dil-üslub cazibədarlığı, təhlil dəyərləndirmələrin orijinallığı, mükəmməlliyi, yaradıcılıq prosesinin intensivliyi, səmərəliliyi, mövzuların aktuallığı, bənzərsizliyi baxımından möcüzələrin adiləşdiyi çağdaş dünyamızda məni heç kəs filologiya elmləri doktoru, professor Vilayət Quliyev qədər heyrətləndirməyib. Vizual statik hesablamalara əsasən son 35 ildə ümumi həcmi 787 ç.v.-dən, daha sadə desək; 12 600 səh-dən çox olan 35 kitab (İlk əsəri – “Mirzə Kazımbəymonoqrafiyası 1987-ci ildəYazıçınəşriyyatında işıq üzü görübA.R.), 600-dən çox elmi məqalə çap etdirmişdir. Yalnız kitablarını üst-üstə qalaqlasaq onun pəhləvan cüssəli, ucaboy müəllifindən hündür olar. İlk kitab istisna olunmaqla V.Quliyevin bütün əsərləri, o cümlədən tərcümə tərtibləri Azərbaycanın Dövlət Müstəqilliyi bərpa olunduqdan sonra nəşr edilib bu yaradıcılıq nümunələri məlum sovet stereotiplərindən uzaq, milli mənafeyə xidmət edən sanballı mənəvi sərvətdir.

Faktiki olaraq Vilayət müəllim fəal ictimai mövqeyi, elmi-nəzəri düşüncələri, mübarizə əzmi ilə istiqlal mücadiləsinin ön sıralarında  dayanırdı xalq diplomatiyası missiyasının tanınmış təmsilçilərindən idi. Xüsusilə ötən əsrin 80-ci illərinin sonu 90- illərinin önlərində onun elmi-publisistik məqalələri, ingilis, rus türk dilindən tərcümələri, müsahibələri ciddi maraq doğurur, qədim orta əsr Azərbaycan klassiklərinə, tariximizin mübahisəli, qaranlıq məqamlarına, Qarabağ hadisələrinə həsr etdiyi yazıları əl-əl gəzirdi. Milli azadlıq hərəkatının təşəkkül tapdığı, təşkilatlandığı, Cümhuriyyət dövrünə kütləvi marağın artdığı bir zamanda Vilayət Quliyevin ingilis dilindən tərcümə etdiyi Tadeuş SvyatakovskininRusiya Azərbaycanı: 1905-1920”, Leonard Ramsden HartvillinBir erməninin xatirələrində Azərbaycan hadisələri: 1918-1922” kitablarından ayrı-ayrı fəsillərin izah qeydlərlə ilk dəfə olaraq Azərbaycan oxucularına  çatdırılması böyük təsirləndirici ədəbi hadisə idi.

Rusiyanın Sankt-Peterburq şəhərində 1989-cu ilin sentyabrında elmi yaradıcılıq ezamiyyətində olan V.Quliyev nüfuzluSmenaqəzetində Robert Köçəryanın (sabiq Ermənistan prezidentiA.R.) “Arsak mühasirədədiradlı müsahibəsinə rast gəlir. Azərbaycan xalqının ünvanına sərt ifadələr səsləndirən, şər böhtan xarakterli informasiyalar yayan, rusdilli oxuculara yanlış məlumatlar verən qatı erməni separatçısı R.Köçəryanı təkzib etmək, əsl həqiqətlərdən söz açmaq üçünSmenaqəzetinin redaksiyasına yollanır. Qəzetin müxbiri ilə ciddi polemikadan sonra separatçıya cavab verilməsi razılığı əldə olunur. V.QuliyevArsak mühasirədədirsayıqlamalarında yer alan bütün yalan böhtanları danılmaz faktlarla təkzib edir. Qarabağ böhranı ilə bağlı gerçəkliyi, məkrli niyyətləri, əsl həqiqətləri rusdilli oxuculara çatdırır. “Smenaqəzeti R.Köçəryana cavab müsahibəsinin sərlövhəsiniMühasirədədir? Başqa yol yoxdurbaşlığı altında özünün 14 oktyabr 1989-cu il tarixli sayında dərc etmişdir. Vilayət QuliyevinSmenadakı geniş əhatəli müsahibəsi redaksiyanın mətnə qüsurlu müdaxilələrinə baxmayaraq o vaxtkı Azərbaycanın informasiya blokadasını yaran, ilk irihəcmli tutarlı alternativ, fərqli fikir partlayışı idi. 

Professor Vilayət Quliyevin çoxşaxəli elmi-tədqiqat fəaliyyətinin əsas istiqamətlərindən birini Azərbaycan Xalq Cümhuriyyəti, onun epoxası, ictimai-siyasi liderləri, milli-istiqlal ideyalarının qaynaqları təşkil edir. Hələ 1990- ilin qanlı yanvar faciəsindən sonra Bakı şəhərinin komendant saatı şəraitində ruh düşkünlüyü məngənəsində sıxıldığı bir zamanda Milli Elmlər Akademiyasının əsas binasında, 28 may ərəfəsində ilk genişmiqyaslı ictimai-siyasi xarakterli tədbir – “Azərbaycan Demokratik Respublikasıadlı elmi-nəzəri konfrans keçirildi. Tədbirin əsas təşkilatçılarından biriVilayət QuliyevADR xarici mənbələrdəadlı çox maraqlı əhatəli məruzə ilə çıxış etdi. Onun ilk dəfə xarici ölkələrdə çap olunan qəzet jurnal məlumatları, arxiv sənədləri əsasında sovet tarixşünaslığının, siyasi konyukturaya uğrayanlarınMüsavat hökumətiadlandırdığı Azərbaycan Xalq Cümhuriyyəti haqqında sanballı məruzəsini konfrans iştirakçıları heyranlıqla dinlədi. Çünki V.Quliyev qürur iftixar hissi ilə anılmağa layiq tariximizin Cümhuriyyət, İstiqlal dövrü haqqında çıxışında ilk dəfə olaraq naməlum tarixi həqiqətləri, maraqlı fərqli düşüncələrini sərgilədi. Çox keçmədi ki, konfrans materialları məhz onun tərtibində redaktəsində çapa hazırlandı, ingiliscədən tərcüməsində yeni arxiv materialları topluya daxil edildi, geniş ön sözü şərhləri ilə işıq üzü gördü.

Ruhən, qəlbən milli dövlətçilik hissi ilə sıx bağlı olan Vilayət müəllim Cümhuriyyət qurucuları, istiqlal fədailəri haqqında da davamlə araşdırmalar aparır, yeni-yeni əsərlər yazaraq nəşr etdirir. Onun böyük şövqlə yazdığı  Şərqdə ilk Cümhuriyyət”, “İlk Azərbaycan Parlamenti (1918-1920)”, “Aprel kədəri, may sevinci”, “Avropaya pəncərə açanlar”, “Yoxdan bayraq yaradanlardan biri digər çoxsaylı elmi məqalələri Azərbaycan parlamentinin sədri, Versal Sülh konfransında nümayəndə heyətimizin rəhbəri Əlimərdan bəy Topçubaşovun, Cümhuriyyətin ilk Xarici İşlər naziri əvəzi, sonralar İranda səfir işləmiş Adil xan Ziyadxanın, daxili işlər naziri Behbud xan Cavanşirin b. görkəmli ictimai-siyasi xadimlərin həyat fəaliyyətindən bəhs edən portret oçerkləri, elmi-publisistik irsi bu mövzuda yazılmış əsl tədqiqat işi, ali məktəb tələbələri üçün dərs vəsaitidir. V.Quliyev parlament sədri Ə.Topçubaşovun Parisdən Azərbaycan Hökumətinə göndərdiyi məktubları tərcümə tərtib edərək geniş ön söz yazmış, “Paris məktubları” (1998) adı ilə Azərbaycan rus dillərində çap etdirmişdir. Mövzunun aktuallığını ciddi ehtiyacın hiss olunduğunu nəzərə alan müəllif araşdırmalarını davam etdirərəkAzərbaycan Paris sülh konfransında” (2007) adlı kitabı üç dildəingilis, fransız azəri türkcəsində oxucularına ünvanlamışdı. Əsərdə Cümhuriyyətin nümayəndə heyətinin Paris sülh konfransından tələbləri (1919) yer almış, tərtibçinin geniş ön sözü verilmişdir.

A.ZiyadxanınAzərbaycan” (1993) kitabına ətraflı müqəddimə yazaraq AXC-nin dövlət quruluşu, daxili xarici siyasəti, mövcud problemləri, tarixi şəxsiyyətləri haqqında əsaslandırılmış mövqeyini bildirmişdir.

Vilayət Quliyevin elmi yaradıcılığında İstiqlal məfkurəsi, Cümhuriyyət həqiqətləri şəxsiyyətləri, erməni terrorizmi mühüm mərhələ təşkil edir. Şərqdə ilk Demokratik Respublikanın görkəmli xadimlərindən birinin – “Behbud xan Cavanşirin məhkəmə prosesi” (2008) professorun türk nəşrləri əsasında işləyib hazırladığı, nəfis şəkildə işıq üzü görən sanballı bir əsərdir. Müəllif kitabaErməni terrorunun qurbanıBehbud xan Cavanşiradlı müqəddimə yazmış, çox maraqlı əlavə materiallarMurad Gülçünün, Sürəyya Səməd Ağaoğluların xatirələrini daxil etmişdir. Əsərdə erməni terrorizminin təşkilatlanma mexanizmi, maliyyə mənbələri, sistemli fəaliyyət istiqaməti, Azərbaycan Türkiyə ictimai-siyasi xadimlərinin hədəfə alınma səbəbləri, himayədarlarının hamilik metodları, Qərb ədalət məhkəməsinin ikili standartları sənədlər arxiv materialları əsasında inandırıcı təsirli verilmişdir.


Qarabağ
faciələrinə, onun genelogiyasının tədqiqinə həsr edilmiş, problemin dərkində çözülməsində  elmi-təcrübəvi əhəmiyyətə malik əsərlərdən biri Azərbaycanda erməni zülmüdür (1999). Kitabda yer alan əsas material Milli MəclisinAzərbaycanlıların soyqırımı günümünasibətilə 1998-ci ilin martın 31- keçirilmiş xüsusi iclasında millət vəkili Vilayət QuliyevinAzərbaycanlıların soyqırımı ilə bağlı həqiqətləri bütün dünyaya çatdırmalıyıqadlı analitik təfəkkürə dayalı tarixi məruzəsidir. İstinad edilən faktların böyük əksəriyyəti ilk dəfə dövriyyəyə buraxılmış, təhlil dəyərləndirmə tamamilə yenidir. “Azərbaycanda erməni zülmüdünya erməni təşkilarlarının türklər əleyhinə apardığıgenosid”, “soyqırımı”, “qətli-amkampaniyasına qarşı ən tutarlı dəlillər toplusudur.

Vilayət Quliyevin Cümhuriyyət dövrü hadisələri şəxsiyyətləri barədə kitablarından söz düşərkən Polşanın nüfuzluAdam Marşaliknəşriyyatında 2009-cu ildə rus dilində çap olunanÇağdaş mühacirət hərəkatıseriyasındanPolşadakı Azərbaycan siyasi mühacirlərinin irsindən” (XX əsrin 30-cu illəri) adlı toplunu da diqqətdən kənarda saxlamaq mümkünsüzdür. Kitab Vilayət müəlliminSöz fikir mübarizləriadlı geniş yazısı ilə açılır. Tərtibçi-müəllif Azərbaycan mühacirlərinin mövcud tarixi şəraitin real imkanlarından maksimum faydalanaraq Avropa ölkələrində yaratdıqları siyasi fikir mərkəzlərinin, mübarizə metodlarının geniş şərhini verməklə yanaşı, onların Vətənə, xalqa ləyaqətlə xidmət etməkdə yeganə silahlarının söz, fikir olduğunu vurğulamışdır. Polşada fəaliyyət göstərən mühacirlərimizin isə söz tribunası funksiyasını Azərbaycan rus dillərində çap olunanQafqasiya dağlıları” (1929-1934) bu dərginin mənəvi varisliyini davam etdirənŞimali Qafqasiya” – “Severnıy Kafkaz” (1934-1939) jurnalları daşıyırdı.

Polşadakı Azərbaycan siyasi mühacirlərinin irsindənkitabında M.Ə. Rəsulzadənin, doktor Mir Yaqub Mir Mehdiyevin, M.B.Məhəmmədzadənin, Əli Azərtəkinin, İsrafil bəy İsrafilbəyovun, Cahangir bəy Kazımbəyovun, Nağı Bayramlının digər gizli imza, təxəllüslə yazan müəlliflərin əsərləri yer almışdır.

Son illər Azərbaycan mühacirət ədəbiyyatı qaynaqlarının ciddi araşdırılmasına, sanballı monoqrafik işlərin işıq üzü görməsinə baxmayaraq bu toplunun fərqli üstün cəhətləri ondan ibarətdir ki, kitabda öz əksini tapan ədəbi-tarixi, siyasi-publisistik materiallar tədqiqatlardan kənarda qalmış, bu mənbələrə istinad edilməmişdir. Cümhuriyyət dövrünün hərbi, ictimai-siyasi mənzərəsini özündə əks etdirən, tariximizin qaranlıq naməlum məqamlarına işıq salan, mötəbər zəngin faktları ilə yüksək elmi dəyərə malik mətnlər, materiallar Polşa nəşrində üstünlük təşkil edir.

Son illərin yazıları” (“Ozan”, 2010, 600 səh.) Vilayət müəllimin hər bir azərbaycanlıya qürur iftixar hissi yaşadan kitablarındandır. Elmi-publisistik üslubda işlənmiş buyazılarla dərindən tanış olduqda bitkin mükəmməl struktura, zəngin fakt yeniliyinə, cazibədar təqdimat manevrlərinə, millətsevərlik yurdsevərlik ruhu ilə yoğrulmuş yenilməz ruha, qayəyə, məfkurəyə malik tutumlu, sanballı əsərlərlə üz-üzə dayandığına əminliyini ifadə etməyə bilmirsən.  Onun bu topluya daxil etdiyi məqalələr tarixi vətənindən uzaqlarda mühacir həyatı yaşamış, Azərbaycanla gen, qan mənəvi bağlılığı olan, yaşadıqları ölkələrdə yüksək mövqeyə nüfuza sahib çıxan görkəmli şəxsiyyətlərin, ictimai-siyasi xadimlərin, mütəfəkkirlərin, elm ədəbiyyat adamlarının keşməkeşli ömür yolu, qəribə taleləri haqqında dəyərli salnamələrdir.

V.Quliyevin vətəndaş-alim, ictimai-siyasi xadim fədakarlığının nəticəsində Türkiyədə yaxşı tanınan Azərbaycan əsilli alimlərin, nazirlərin, generalların, mədəniyyət nümayəndələrinin fəaliyyəti barədə üzə çıxarılan araşdırmalar fərəh doğurur. Məqalələrin sərlövhələri az informasiya ilə yüklənməyib: “Sonuncu mogikanƏhməd bəy Ağaoğlu”, “Səməd Ağaoğluatasına layiq oğul”, “Əhməd CəfəroğluGəncədən bütün türk dünyasına”,  İstanbulda azərbaycanlı bir xanımNazan Ölçər”, “Türk ordusunun azərbaycanlı generallarıBərköz qardaşları”.

Türkiyənin demokrat inkişafında fəal iştirak edən həmyerlilərimizdən Səməd Ağaoğlu ölkənin Baş nazirinin birinci müavini, sənaye naziri vəzifələrində çalışıb, əslən Şəkidən olan istiqlal medallı Məhəmməd Sarıkərimli (Bərköz) Türkiyə Jandarmeriyasının baş komandanı, general-polkovnik, qardaşı Mahmud Sarıkərimli (Bərköz) III Ordu komandanı, ordu generalı kimi yüksək vəzifə rütbəyə layiq görülmüşdür. Əhməd Cəfəroğlu İstanbul Universitetinin professoru, Türkiyyat İnstitutunun direktoru kimi vəzifələrə yüksəlmişdi. Xalqımızın bu görkəmli oğullarının uğurlarını, nailiyyətlərini ilk dəfə geniş sistemli şəkildə Azərbaycan oxucularına məhz professor Vilayət Quliyev çatdırmışdır.

Son illərin yazılarında yer alan, Azərbaycan dövlətçiliyinə xidmət edən digər xalqların tanınmış nümayəndələrinin fəaliyyətləri haqqında məqalələr ciddi maraq doğurur. “Polşa tatarları Azərbaycan dövlətçiliyinin xidmətindəsilsiləsindənGeneral Masey Sulkeviç”, “Kriçinski qardaşları”, “Şapşalazərbaycanşünas, yaxud qardaşlarımız karaimlər b. məqalələr beynəlxalq əməkdaşlığın üfüqlərini genişləndirmək baxımından aktualdır.

Professor Vilayət Quliyevi poliqlot da adlandırmaq olar. O, ingilis, polyak, rus, türk, fars ərəb dillərini mükəmməl bilir əcnəbi dillərdən əsərlər çevirir. V.Quliyevin mütərcimlik fəaliyyətini, tərcümə yaradıcılığının sənətkarlıq xüsusiyyətlərini  ayrıca araşdırmağa, bu işə monoqrafiyalar həsr etməyə dəyər. Onun xüsusilə rus, türk ingilis dillərindən çevirdiyi ədəbi-bədii materiallar səriştəlilik aktuallıq baxımından beynəlxalq mədəni əlaqələr sahəsində uğurlu addımlardır. Lev QumilyovunQədim türklər” (1993), Ə.M.TopçubaşovunParis məktubları” (1998), V.Baxtin İ.PanovunMəhəmməd Peyğəmbərin həyatı” (2003), “Azərbaycan Paris Sülh konfransında” (2008), Səməd AğaoğlununHekayələr. Memuarlar” (2009), Corc OruellinSeçilmiş əsərləri” (2009) Heyvanstan” (2012) povesti söylənilən fikirlər üçün mötəbər söykək sayıla bilər. Onun kitab məqalələri Polşada, Rusiyada, Türkiyədə, İranda digər ölkələrdə çap edilmişdir.

Bu yığcam yazıda yetərincə vurğulamasam da şübhəsiz ki, Vilayət Quliyev hər şeydən öncə fədakar ədəbiyyatşünas-alim, ədəbiyyat tarixçisi tənqidçidir. Məhz ədəbiyyatşünaslıq sahəsindəki xidmətlərinə görə o 2010-cu ildə Azərbaycan Dövlət mükafatına ilk layiq görülənlərdən biri idi.

Taleyinin son 16 ili siyasətlə sıx bağlıdır. 1996-2000-ci illərdə Birinci çağırış Azərbaycan Milli Məclisinin deputatı kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 1999-cu il tarixli sərəncamı ilə xarici işlər naziri vəzifəsinə təyin edilmiş 2004- ilə qədər bu vəzifədə işləmişdir. 1999-2004- illərdə eyni zamanda Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü, YUNESKO-nun Azərbaycan Milli Komitəsinin sədri Diplomatiya aləmində” (Azərbaycan, rus, ingilis dillərində) jurnalının baş redaktoru olmuşdur. 2004- il iyun ayının 7-dən 2010-cu ilədək Azərbaycanın Polşadakı Fövqəladə Səlahiyyətli səfiri, 2010-cu ildən indiyədək ölkəmizin Macarıstanda Fövqəladə Səlahiyyətli səfiridir.

Polşa Prezidentinin sərəncamı ilə 2010-cu ildə Vilayət Quliyev iki ölkə arasındakı diplomatik münasibətlərin, siyasi, ədəbi-mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə ikinci dərəcəliBöyük Komandorordenilə təltif edilmişdir.

Son iki ildə AzərbaycanMacarıstan arasındakı çoxsahəli əlaqələr ən yüksək səviyyəyə ucalmışdır. Azərbaycan ordusunun zabiti Ramil Səfərovun macar dilindən azərbaycancaya çevirdiyi Maqda SabonunQapı”, Ferens MolnarınPal küçəsinin oğlanlarıəsərlərinin Bakıda nəşr edilməsində, Macarıstanda təbliğ olunmasında cənab səfirin dəstəyi danılmazdır. Cəsur zabitimizin Budapeştin Kozma həbsxanasından Azərbaycana qüsursuz ekstradisiya edilməsində səfirliyimizin şəxsən Vilayət Quliyevin xidmətləri səmimi təşəkkürlərə layiqdir.

Yaradıcılığına  yaxından bələd olduğum bu fədakar insanın 60 illik yubileyi münasibətilə qələmə aldığım bu qeydləri yekunlaşdırma ərəfəsində sosial şəbəkələrdə belə bir informasiyaya rast gəldim: “Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Budapeştdə ingilis macar dillərindəAğdam: Qafqazın Xirosimasıadlı fotoalbom nəşr edilib... Səfir Vilayət Quliyev foto-albomaAğdam: Qara taleli şəhəradlı müqəddimə yazıb.”

Azərbaycan həqiqətlərinin Avropa ölkələrində tanıtımı yalnız vəzifə borcu deyil, eyni zamanda ziyalılıq səlahiyyəti, fədakarlıq missiyasıdır.

Asif RÜSTƏMLİ

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.