525.Az

Azərbaycanlılar ABŞ Dövlət Departamentinin qarşısında etiraz aksiyası keçirib

[23.05.14]
Azərbaycanlılar ABŞ Dövlət Departamentinin qarşısında etiraz aksiyası keçirib<b style="color:red"></b>

Ötən gün bir qrup azərbaycanlı mühacir fəal Vaşinqton (ABŞ) şəhərində etiraz aksiyası keçirib.

APA-nın “Araznews”a istinadən verdiyi məlumata görə, 2006-cı ilin mayında Güney Azərbaycanda baş vermiş hadisələrin 8-ci ildönümü münasibətilə ABŞ Dövlət Departamentinin qarşısında düzənlənmiş piketin məqsədi bu ölkənin rəsmilərinin və ictimaiyyətinin diqqətini İranda azərbaycanlılara qarşı həyata keçirilən ayrı-seçkilik siyasətinə yönəltmək olub.
 
Aksiya əllərində ingilis dilində yazılmış plakatlar tutaraq “Şəhidlərimizi unutmadıq!”, “Güney Azərbaycana insan haqları!”, “Ana dilində mədrəsə, “İran sadəcə farslardan ibarət deyil!”, “Fars hökmranlığı irqçilikdir!”, “Bütün siyasi fəallara azadlıq!”, “Güney Azərbaycan İran deyil!” kimi şüarlar səsləndirilib, İranda azərbaycanlıların hüquqlarının pozulmasına, azərbaycanlı siyasi fəalların həbslərinə, ana dilində təhsil olmamasına, Urmiya gölünün qurumasına biganə yanaşılmasına etiraz edilib. Piket bəyanatın oxunması ilə başa çatıb.
 
Qeyd edək ki, 2006-cı il mayında “İran” adlanan rəsmi qəzetdə azərbaycanlıların hamam böcəyinə bənzədilməsi kütləvi etirazlara səbəb olub. İran təhlükəsizlik qüvvələri Güney Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Sulduz və digər şəhərlərində keçirilən aksiyaları yatırmaq üçün müxtəlif vasitələrdən, hətta odlu silahdan istifadə etməkdən belə çəkinməyiblər. Nəticədə onlarla nümayişçi həlak olub, minlərlə insan həbs edilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.