525.Az

Nuri Şahinə “Liverpul”a keçməyi kim məsləhət görüb?

[27.08.12]
Nuri Şahinə “Liverpul”a keçməyi kim məsləhət görüb?

Bu yaxınlarda “Real”dan “Liverpul”a transfer olunan Nuri Şahin maraqlı açıqlama ilə diqqətləri üzərinə çəkib.

Qol.Az-ın məlumatına görə, İngiltərə mətbuatında açıqlamasında türkiyəli futbolçu Liverpul klubuna keçidində keçmiş komanda yoldaşı Xavi Alonsonun birbaşa təsiri olduğunu bildirib:

“Xavi Alonso o futbolçulardandı ki, futbolu çox gözəl bilir və onun məsləhətlərinə hər zaman qulaq asmışam. “Liverpul”un mənimlə maraqlandığını eşidən kimi, mənə bu klub və təmsil etdiyi şəhər haqda bir çox məlumatlar verdi. Daha sonra mənə dedi ki, Nuri, bu klubun təklifini qəbul et, peşman olmayacaqsan. Sən “Liverpul”u və onun azarkeşlərini sevəcəksən. “Enfild Roud” və oradakı fanatlar dünyada ən yaxşılardandı”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.