525.Az

Vətəndaş cəmiyyəti institutlarının əsas fəaliyyət istiqamətləri: dünya və Azərbaycan təcrübəsi

[07.05.01]
Vətəndaş cəmiyyəti institutlarının əsas fəaliyyət istiqamətləri: dünya və Azərbaycan təcrübəsi <b style="color:red"></b>

QHT-lərin müxtəlif istiqamətlər üzrə dövlət siyasətlərinin proqramlarının həyata keçirilməsində bilavasitə iştirakı  ayrı-ayrı qanunlarda da nəzərdə tutulub: "Əhalinin ekoloji təhsili maarifləndirilməsi haqqında" Qanun ekoloji təhsil maarifləndirmə sahəsində dövlət  siyasətinin həyata keçirilməsində QHT-lərin iştirakına şərait yaradılmasını ekoloji təhsil maarifləndirmə sahəsində onların fəaliyyətinin əlaqələndirilməsi, istiqamətləndirilməsi stimullaşdırılmasını dövlət hakimiyyət orqanlarının vəzifəsi kimi müəyyən edir. Bundan başqa, həmin qanun QHT-lərin dövlət siyasətinə dair təklif layihələrin, dövlət proqramlarının hazırlanmasında, ekoloji təhsilin keyfiyyəti üzrə aparılan monitorinqdə, sahə üzrə beynəlxalq əməkdaşlıq proqramlarının işlənməsində həyata keçirilməsində iştirak etmək, təhsil prosesini təmin etmək məqsədilə tələb olunan ekoloji məlumatlara dair sorğu  göndərmək onu əldə etmək, məlumat-tədris ekoloji təhsil  bazasını yaratmaq ondan istifadə etmək, ekoloji biliklərə  yiyələnmək, ekoloji təhsili qanunvericiliyə müvafiq olaraq dövlət  təhsil standartlarına uyğun həyata keçirmək, müvafiq  qanunvericiliyin icrası ilə bağlı ictimai nəzarətin həyata  keçirilməsində iştirak  etmək digər hüquqlarını nəzərdə tutur. Qanuna əsasən əhalinin ekoloji təhsili   maarifləndirilməsinin təşkili, onun həyata keçirilməsi sahəsində dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları QHT-lərin fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərkibində yaradılan sahələrarası komissiyaya  QHT-lərin nümayəndələrinin daxil olması nəzərdə tutulur. "Atmosfer havasının mühafizəsi haqqında" Qanuna əsasən, QHT-lər müvafiq dövlət yerli tədbirlərin   proqramların hazırlanmasında həyata keçirilməsində iştirak  etmək, qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti   yerli özünüidarəetmə orqanları qarşısında əhalinin maraqlarına cavab verən məsələlər qaldırmaq, atmosfer havasının  çirklənməsinin qarşısının alınması tələblərinə riayət edilməsinə  ictimai nəzarəti həyata keçirmək hüququna malikdirlər. "Gənclər siyasəti haqqında" Qanuna uyğun olaraq  gənclər təşkilatları tərəfindən gənclər siyasətinin əsas  istiqamətlərinə uyğun hazırlanmış proqramlar (layihələr)  müsabiqə əsasında seçilərək dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilə bilər, həmçinin gənclər siyasəti sahəsində layihələrin həyata keçirilməsi gənclər təşkilatlarına həvalə edilə bilər. Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş  "Yetkinlik yaşına çatmayanların işləri hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında" Əsasnaməyə uyğun olaraq yetkinlik  yaşına çatmayanların işləri hüquqlarının müdafiəsi üzrə  komissiyaların tərkibinə qeyri-hökumət təşkilatlarının (ictimai  birliklərin fondların) nümayəndələri daxil edilə bilərlər. "Yetkinlik yaşına çatmayanların baxımsızlığının hüquq  pozuntularının profilaktikası haqqında" Qanuna əsasən, yetkinlik  yaşına çatmayanların baxımsızlığının hüquq pozuntularının  profilaktikası üzrə fəaliyyətdə qeyri-hökumət təşkilatlarının iştirakı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş  qaydada həmin orqanların səlahiyyətləri çərçivəsində həyata  keçirilir. "Narkoloji xidmət nəzarət haqqında Qanun" dövlət  orqanlarının qeyri-hökumət təşkilatlarının fəaliyyətinin  uzlaşdırılmasını narkoloji xidmətin nəzarətin məqsədlərinin  təmin edilməsi üçün əsas prinsiplərdən biri kimi təsbit edir,  narkoloji xəstələrə onların ailə üzvlərinə hüquqi ya digər  yardım göstərən qeyri-hökumət təşkilatlarının fəaliyyətini  əlaqələndirməyi  müvafiq icra hakimiyyəti orqanının vəzifəsi  hesab edir. "İnsan alverinə qarşı mübarizə haqqında" Qanun insan  alverinə qarşı mübarizəyə qeyri-hökumət təşkilatlarının cəlb  edilməsini əsas prinsiplərdən biri kimi müəyyən edir. Daha sonra həmin Qanun təsbit edir ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Azərbaycan  Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planında müxtəlif qurumların, o cümlədən QHT-lərin  iştirakını bu qurumların fəaliyyətinin Milli Koordinator  tərəfindən əlaqələndirilməsini nəzərdə tutur. Bunlardan başqa, Qanunda insan alverinin qarşısının alınması sahəsində qeyri-  hökumət təşkilatları ilə əməkdaşlıq etmək dövlət orqanlarının  vəzifəsi kimi təsbit edilir qeyd olunur ki, insan alverinin  qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları insan alverinin potensial qurbanlarının  maarifləndirilməsi işlərinə, insan alveri qurbanları üçün xüsusi  müəssisələrin fəaliyyətinin təşkil edilməsinə, insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsinə onların sosial  reabilitasiyasına cəlb edilirlər. Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş  "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası  haqqında Əsasnamə" QHT-lərlə əməkdaşlıq etməyi zərurət olduqda, onları müəyyən işlərin görülməsinə cəlb etməyi, habelə korrupsiyaya qarşı mübarizə məsələləri ilə  əlaqədar proqramların layihələrin hazırlanması həyata  keçirilməsi üçün QHT-lərə maliyyə yardımı göstərməyi bir vəzifə  kimi Komissiyaya həvalə edir. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Qanuna uyğun olaraq  sosial adaptasiya tədbirlərinin həyata keçirilməsində bələdiyyələr, fiziki şəxslər, mülkiyyət növündən təşkilati-hüquqi formasından  asılı olmayaraq hüquqi şəxslərlə yanaşı, QHT-lər da könüllülük  əsasında iştirak edə bilərlər. "Yaşayış minimumu haqqında" Qanuna əsasən minimum istehlak səbətinin tərkibinin müəyyənləşdirilməsində QHT-lər  iştirak edirlər.

QHT-lərin dövlət proqramlarında iştirakı

QHT-lər dövlət orqanları tərəfindən dövlət proqramlarının layihələrinin hazırlanmasına, müzakirəsinə bu layihələrin icrasına cəlb edilirlər. Yalnız 1998-2009-cu illərdə QHT-lər 13 dövlət proqramında 17 istiqamət üzrə 40 tədbirin həyata keçirilməsində tərəfdaş kimi iştirak ediblər. QHT-lərin aşağıda qeyd edilən dövlət proqramlarının həyata keçirilməsində iştirakı da həyata keçirilib: Avropa Sosial Xartiyasında nəzərdə tutulmuş normaların tətbiqi üzrə Dövlət Proqramı; Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-  illər üçün Dövlət Proqramı;  Azərbaycan Gəncliyi Dövlət proqramı; Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı; Azərbaycan Respublikasında demoqrafiya əhali  sakinliyinin inkişafı sahəsində  Dövlət Proqramı; Azərbaycan Respublikasında dövlət uşaq  müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər); Narkotik vasitələrin, psixotrop maddələrin   prekursorların qanunsuz dövriyyəsi narkomanlığın  yayılması ilə mübarizə üzrə Proqram; "Qaçqınların məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramı;  Xüsusi istedada malik olan uşaqların (gənclərin)  yaradıcılıq potensialının inkişafı üzrə Dövlət proqramı; Şəkərli diabet üzrə Dövlət Proqramı; 2008-2015-ci illərdə Azərbaycan Respublikasında  yoxsulluğun azaldılması davamlı inkişaf Dövlət  Proqramı s.

Ümumiyyətlə, siyasi nəzəriyyələr bütün tarixi boyunca Vətəndaş Cəmiyyətinə universal bir yanaşma izahat ortaya qoymayıb. Ancaq bütün izahatlar üçün otraq olan bir keyfiyyət var ki, o da fərdlərin onların birliklərinin ümumi maraq məqsədləri uğrunda könüllü kollektiv fəaliyyətidir. Son onilliklərin sosial-siyasi inkişaf tendensiyaları ənənəvi olan insan kapitalının inkişafı konsepsiyasına qarşı məhz insanların "birləşərək ictimai işlərdə iştirak etmək" bacarıqlarının təşəbbüslərinin keyfiyyətini nəzərdə tutan sosial kapitalın inkişafı konsepsiyasını aktuallaşdırıb. Vətəndaş Cəmiyyəti sosial strukturun aparıcı komponenti kimi sosial-iqtisadi, siyasi inkişaf prosesinin əsas iştirakçısına körükləyicisinə çevrilib. Vətəndaş Cəmiyyəti təşkilatları dövlət, bazar ailə ilə yanaşı, ortaq fəaliyyət sferalarında olsa da, fərqli funksiyalarla cəmiyyətin inkişafına öz əvəzsiz töhfələrini verirlər. Bu gün yoxsulluğun azaldılması, idarəetmədə qərarvermədə əksmərkəzləşmə, ictimai iştirakçılığın təmin olunması, ictimai siyasətlərin yaxşılaşdırılması ehtiyaclara uyğunlaşdırılması, azad ədalətli seçkilər, insan hüquqlarının qorunması, sağlamlıq, təhlükəsiz qida ətraf mühit, sülh demokratiyanın bərqərar olması Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının istədikləri ən ümumi məqsəd dəyərlərdir.

AQİL


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.