525.Az

Məhkəmə Rafiq Tağının qətli ilə bağlı cinayət işinin dayandırılması haqqında qərardan verilən şikayəti təmin etməyib

[25.04.14]
Məhkəmə Rafiq Tağının qətli ilə bağlı cinayət işinin dayandırılması haqqında qərardan verilən şikayəti təmin etməyib<b style="color:red"></b>

Nəsimi Rayon Məhkəməsində yazıçı-publisist Rafiq Tağının qətlə yetirilməsi ilə bağlı başlanmış cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan verilən şikayətə baxılıb.

APA-nın məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov “Facebook” sosial şəbəkəsində məlumat yayıb. Onun yazdığına görə, məhkəmə şikayəti təmin etməyib. Həmin qərardan apellyasiya şikayəti verilib.
 
Qeyd edək ki, 2011-ci il noyabrın 19-da saat 22.00 radələrində işdən evə qayıdan 8 saylı Təcili Tibbi Yardım stansiyasının həkimi, yazıçı-publisist Tağıyev Rafiq Nəzir oğluna yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilib. Bir neçə gün Klinik Tibbi Mərkəzdə müalicə olunan Rafiq Tağı noyabrın 23-də xəstəxanada dünyasını dəyişib.
 
Hadisə ilə bağlı əvvəl Cinayət Məcəlləsinin 126.1-ci (qəsdəm sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, lakin Rafiq Tağının ölümündən dərhal sonra Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif olunub.
 
Bir müddət əvvəl isə cinayət işi üzrə icraat dayandırılıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.